Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp21 №  3 s. 6—8
  • Təhsil və pul xoşbəxt gələcəyə zəmanət verir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təhsil və pul xoşbəxt gələcəyə zəmanət verir?
  • Gözətçi qülləsi (kütləvi) 2021
  • Başlıqlar
  • Oxşar material
  • ÇOXLARININ SEÇDİYİ YOL
  • BƏS KÖMƏYİ DƏYİR?
  • NƏYƏ GÖRƏ TƏHSİL VƏ PUL ZƏMANƏT DEYİL?
  • Yehovanın Şahidləri təhsilə necə yanaşır?
    Tez-tez verilən suallar
  • Xoşbəxt gələcək qurmaq hər kəsin arzusudur
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Xoşbəxt gələcəyə aparan yol
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Həyatdan məmnunluq duymağın sirləri
    Oyanın! 2021
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2021
wp21 №  3 s. 6—8
İki gənc qız universitetə gedir.

Təhsil və pul xoşbəxt gələcəyə zəmanət verir?

Çoxları düşünür ki, ali təhsilli, varlı insanların gələcəyi gözəl olur. Onların fikrincə, ali təhsilli insan yaxşı işçi, yaxşı ailə üzvü, yaxşı vətəndaş olur. Düşünürlər ki, yaxşı təhsil insana yüksək məvacibli iş tapmağa kömək edir, çoxlu pul isə insanı xoşbəxt edir.

ÇOXLARININ SEÇDİYİ YOL

Jan Çen adlı çinli bir kişinin sözlərinə diqqət yetirək. O deyir: «Düşünürdüm ki, ali təhsil alsam, yoxsulluqdan qurtulacağam, yüksək məvacibli işə düzəlsəm, həyatım xoşbəxt, gözəl olacaq».

Özlərinə xoşbəxt gələcək qurmaq üçün çoxları tanınmış universitetlərdə, hətta başqa ölkələrdəki universitetlərdə təhsil almağa can atırlar. COVID-19 ucbatından beynəlxalq səfərlərə məhdudiyyət qoyulana qədər bu tendensiya günü-gündən artırdı. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2012-ci il hesabatında deyilir: «Xarici ölkələrdə təhsil alan tələbələrin 52 faizini asiyalılar təşkil edir».

Valideynlər uşaqlarını xaricə ali təhsil almağa göndərmək üçün böyük qurbanlar verirlər. Tayvandan olan Çenq deyir: «Valideynlərim elə də imkanlı deyildi. Buna baxmayaraq, dördümüzü də ABŞ-a kollecdə oxumağa göndərdi». Onun ailəsi də digər ailələr kimi, təhsil haqqını ödəmək üçün böyük borca girmişdi.

BƏS KÖMƏYİ DƏYİR?

Qızlardan biri gecə yarısı yorğun və gərgin halda kompüterin qarşısında əyləşib.

Ali təhsilə və var-dövlətə can atanların çoxu axırda məyus olur

Düzdür, təhsilin insana müəyyən faydası olsa da, adətən tələbələr gözlədikləri nəticəni əldə etmirlər. İllərlə zəhmət çəkən, böyük məbləğdə borca girən tələbələr sonradan istədikləri işə düzələ bilmirlər. Sinqapurda dərc olunan «Biznes Tayms» qəzetində çalışan Reyçel Mui demişdi: «Diplomlu işsizlərin sayı getdikcə artır». Tayvanda yaşayan Ciencey adlı bir elmlər doktoru deyir: «Çoxları məcbur qalıb, təhsilləri ilə heç bir əlaqəsi olmayan işlərdə işləyirlər».

Çox vaxt öz sənəti üzrə iş tapanların da ümidləri puça çıxır. Taylanddan olan Nayrin adlı bir nəfər Böyük Britaniyada universitetdə təhsil alandan sonra öz ixtisası üzrə iş tapmışdı. O deyir: «Ümid etdiyim kimi, aldığım təhsil mənə yüksək məvacibli iş tapmağa kömək etdi. Amma yüksək məvacib o deməkdir ki, işə daha çox vaxt sərf etməlisən, daha çox can qoymalısan. İş elə gətirdi ki, şirkətimizdə işçilərin əksəriyyəti ixtisara düşdü. Onların sırasında mən də var idim. Başa düşdüm ki, heç bir iş gözəl gələcəyə zəmanət deyil».

Hətta varlı, firavan həyat sürən insanların da ailədə problemləri olur, xəstələnirlər, iqtisadi çətinliklərlə üzləşirlər. Yaponiyadan olan Katsutoşi deyir: «Mən heç nədən korluq çəkmirdim. Amma daim rəqabətlə, paxıllıqla, pis rəftarla üzləşirdim». Vyetnamda yaşayan Lam adlı bir qadın deyir: «Çoxları yaxşı yaşamaq üçün yüksək maaşlı iş tapmağa çalışırlar. Amma belə bir iş tapanda bunun tam əksi olur. Onlar daha çox narahatlıq keçirir, səhhətlərində problem olur, emosional cəhətdən tükənirlər və məyusluğa qapılırlar».

NƏYƏ GÖRƏ TƏHSİL VƏ PUL ZƏMANƏT DEYİL?

Düzdür, özümüzü və ailəmizi dolandırmaq üçün müəyyən qədər təhsilimiz və pulumuz olmalıdır. Amma nə təhsil, nə də pul xoşbəxt gələcəyə zəmanət vermir. Nəyə görə? Görün Allahın Kəlamında bu barədə nə deyilir.

ALİ TƏHSİL HƏMİŞƏ UĞUR GƏTİRMİR.

«Qaçışı həmişə bərk qaçanlar udmur,.. var-dövlət həmişə ağıllılara nəsib olmur, uğuru da həmişə bilikli adam qazanmır. Çünki hamısının qabağına vaxt və təsadüf çıxır» (VAİZ 9:11).

Ən yaxşı təhsilə sahib olan insanlar belə, həmişə uğur qazanmır. Bunun səbəbi isə çox vaxt özlərindən asılı olmur. İqtisadi qeyri-sabitlik, sosial ədalətsizlik və qərəz, hətta ən təhsilli adama belə, istəyini həyata keçirməyə mane olur.

VAR-DÖVLƏT GƏLDİ-GEDƏRDİR.

«Var-dövlət qazanmaq üçün özünü yorma. Dayan və düşün, bir də baxıb görəcəksən ki, yoxdur. Qartaltək qanad açıb göylərə uçacaq» (MƏSƏLLƏR 23:4, 5).

Pulun gətirdiyi istənilən firavanlıq müvəqqətidir. Maliyyə böhranları bir gecənin içində insanın var-yoxunu talaya bilər. Təbii fəlakətlər, məsələn, zəlzələlər, yanğınlar və siklonlar insanı müflis edib evsiz-eşiksiz qoya bilər.

PUL BAŞA BƏLADIR.

«Varlının dövləti onu yatmağa qoymur» (VAİZ 5:12).

Honkonqda yaşayan Franklin bu hikmətli kəlamın həqiqət olduğuna öz həyatında şahid oldu. Onun ali təhsili və yüksək məvacibli işi var idi. Menecer vəzifəsinə kimi yüksəlmişdi. O deyir: «Stres sağlamlığıma təsir etməyə başladı. O qədər narahat olurdum ki, gecələr yata da bilmirdim». Franklin axırda gördü ki, daha belə davam edə bilmir. O deyir: «Özümdən soruşurdum: mən niyə bunları edirəm? Axı bu həyatın mənası nədir?»

«Var-dövlət qazanmaq üçün özünü yorma» (MƏSƏLLƏR 23:4)

Franklin kimi, bir çoxları düşünür ki, həyatda təhsildən, var-dövlətdən vacib şeylər var. Onlar çalışırlar ki, həyatlarını var-dövlət toplamağa həsr etməsinlər. Yaxşı insan olmaqla, başqalarına əl tutmaqla gözəl gələcək üçün təməl qoysunlar. Bəs yaxşı insan olmaq gözəl gələcək üçün zəmanətdir? Növbəti məqalədə bu sualın cavabı araşdırılacaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş