Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Qərarlarınızla Allahı sevindirin
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
    • 5. Başqalarının vicdanını nəzərə alın

      İnsanlar fərqli olduğu kimi, verdikləri qərarlar da fərqli olur. Bəs biz başqalarının vicdanını nəzərə aldığımızı necə göstərə bilərik? İki nümunəyə baxaq:

      1-ci nümunə: Kosmetikadan istifadə edən bir bacı elə yığıncağa keçir ki, oradakı bacıların çoxu kosmetika çəkməyə pis baxır.

      Romalılara 15:1 və 1 Korinflilərə 10:23, 24 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

      • Bacı bu ayələrə əsaslanaraq hansı qərara gələ bilər? Sizin vicdanınızın yol verdiyi şeyi yanınızdakı adamın vicdanı götürmürsə, nə edərsiniz?

      2-ci nümunə: Bir qardaş bilir ki, Allah qədərində spirtli içki içməyə icazə verir. Bununla belə, o qərar verib ki, içki içməsin. Ancaq bir məclisdə olanda qardaşların içki içdiyini görür.

      Vaiz 7:16 və Romalılara 14:1, 10 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

      • Qardaş bu ayələrə əsaslanaraq hansı qərara gələ bilər? Yanınızdakı adam vicdanınızın yol vermədiyi bir şeyi etsə, nə edərsiniz?

      Düzgün qərar vermək üçün nə etmək lazımdır?

      Qadın dua edir.

      1. Yehovaya dua edin. Ondan xahiş edin ki, sizə qərar verməyə kömək etsin (Yaqub 1:5).

      Həmin qadın Müqəddəs Kitab, ona əsaslanan nəşrlər və kompüter vasitəsilə araşdırma aparır.

      2. Araşdırma aparın. Müqəddəs Kitabdan və ona əsaslanan nəşrlərdən vəziyyətə aid prinsiplər axtarın. Həmçinin təcrübəli məsihilərlə də məsləhətləşə bilərsiniz.

      Həmin qadın düşünür.

      3. Nəticəni düşünün. Verdiyiniz qərarın sizin vicdanınıza və başqalarının vicdanına necə təsir edəcəyini nəzərə alın.

  • Danışığınızla Yehovanı sevindirin
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
    • 5. Başqaları haqda xoş danışın

      Başqalarına acı, yaxud kobud sözlər deməkdən necə qaçına bilərik? VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

      VİDEO: «Başqalarını möhkəmləndirən yaxşı sözlər söyləyin» (4:07)

      • Qardaş nəyə görə danışıq tərzini dəyişmək istədi?

      • O dəyişmək üçün nə etdi?

      Vaiz 7:16 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

      • Kiminsə haqqında pis danışmaq istəyəndə nəyi yadımıza salmalıyıq?

      Vaiz 7:21, 22 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

      • Kimsə sizin barənizdə pis danışanda bu ayələr sizə dilxor olmamağa necə kömək edə bilər?

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş