Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/1 s. 21—25
  • Budur, Yehovanın ürəyi istəyən Qul!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Budur, Yehovanın ürəyi istəyən Qul!
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Qulun kimliyi müəyyən edilir
  • Yehova Öz Quluna təlim verir
  • Qulun yer üzündəki xidməti
  • «Nur» və «əhd»
  • Yehova Öz ‘Qulunu’ ucaltdı
  • ‘İtaətsizliyimizə görə’ Yehovanın Qulunun «bədəni deşildi»
    Gözətçi qülləsi 2009
  • Məsih haqqında peyğəmbərliklər
    Gözətçi qülləsi 2009
Gözətçi qülləsi 2009
w09 15/1 s. 21—25

Budur, Yehovanın ürəyi istəyən Qul!

«Budur... ürəyim istəyən... qulum!» (YEŞAYA 42:1).

1. Yehovanın xalqı, xüsusilə də Xatirə Gecəsi ərəfəsində nə etməyə təşviq olunur və nə üçün?

MƏSİHİN ölümünün Xatirə Gecəsi yaxınlaşdığı ərəfədə Allahın xalqı Pavelin: «İmanımızın Banisi və Kamilləşdiricisi olan İsaya baxaq» məsləhətinə əməl etməyə təşviq olunur. O əlavə edir: «Günahkarlar tərəfindən Ona qarşı olan bu qədər müxalifətə tab gətirən Şəxsi fikirləşin ki, canınız yorulub, taqətdən düşməyəsiniz» (İbr. 12:2, 3). Diqqətimizi ən yüksək zirvəsi fidiyə qurbanlığı olan Məsihin sadiqlik nümunəsinə yönəltmək məsh olunmuşlara və digər qoyunlara Yehovaya daima sadiq qalmağa və ‘taqətdən düşməməyə’ kömək edəcək. (Qalatiyalılara 6:9 ayəsi ilə müqayisə et.)

2. Yeşayanın Allahın Oğlu barədə yazdığı peyğəmbərliklərdən nə öyrənə bilərik?

2 Yehova Yeşaya peyğəmbəri Oğlu barədə bir sıra peyğəmbərliklər yazmağa ilhamlandırmışdı. Bu peyğəmbərliklər bizə ‘imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya baxmağa’, yəni diqqətimizi ona yönəltməyə kömək edəcəka. Onlardan İsanın xüsusiyyətləri, iztirabları barədə, həmçinin onun Padşah və Satınalan kimi necə ucaldığını öyrənirik. Həmin peyğəmbərliklər bu il cümə axşamı aprelin 9-da günbatandan sonra qeyd edəcəyimiz Xatirə Gecəsinin məğzini daha dərindən başa düşməyimizə kömək edir.

Qulun kimliyi müəyyən edilir

3, 4. a) «Yeşaya» kitabında «qul» sözü kimlərə aiddir? b) «Yeşaya» kitabının 42, 49, 50, 52 və 53-cü fəsillərində bəhs edilən Qulun kim olduğunu Müqəddəs Kitab özü necə açıqlayır?

3 Yeşayanın kitabında «qul» sözünə dəfələrlə rast gəlinir. Bəzən bu sözün altında peyğəmbərin özü nəzərdə tutulur (Yeşaya 20:3; 44:26). Bəzən isə bütün İsrail xalqı, yəni Yaqub nəzərdə tutulur (Yeşaya 41:8, 9; 44:1, 2, 21). Bəs «Yeşaya» kitabının 42, 49, 50, 52 və 53-cü fəsillərindəki Qul haqqında möhtəşəm peyğəmbərliklər kimə aiddir? Yunanca Müqəddəs Yazılar bu fəsillərdə bəhs edilən Yehovanın Qulunun kim olduğunu aydın göstərir. Maraqlıdır ki, müqəddəs ruh müjdəçi Filipi «Həvarilərin işləri» kitabında xatırlanan həbəşistanlı xadimin yanına göndərəndə o bu peyğəmbərliklərdən birini oxuyurdu. Müqəddəs Kitablarımızda Yeşaya 53:7, 8 ayələrində olan sözləri oxuyan xadim Filipdən soruşdu: «Səndən rica edirəm, de görüm, peyğəmbər bunu kimin üçün söyləyir? Özü üçün, yoxsa başqası üçün?» Filip dərhal izah etdi ki, Yeşaya burada Məsih İsa haqqında danışır (Həv. iş. 8:26-35).

4 İsa hələ körpə ikən Şimon adında saleh bir adam ruh tərəfindən ilhamlanaraq, Yeşaya 42:6 və 49:6 ayələrində peyğəmbərlik edildiyi kimi, ‘Körpə İsanın millətləri aydınladacaq işıq’ olacağını bəyan etdi (Luka 2:25-32). Üstəlik, İsa sınağa çəkilən gecə onun necə alçaldılacağı haqda Yeşaya 50:6-9 ayələrində qabaqcadan xəbər verilmişdi (Mat. 26:67; Luka 22:63). Eramızın 33-cü ilinin Pentikost günündən sonra həvari Peter İsanın Yehovanın «Qulu» olduğunu açıq-aydın göstərdi. (Yeşaya 52:13; 53:11; Həvarilərin işləri 3:13, 26 ayələrini oxu.) Məsih haqqındakı bu peyğəmbərliklərdən nə öyrənirik?

Yehova Öz Quluna təlim verir

5. Qul hansı təlimi alıb?

5 Yeşayanın Allahın Qulu haqqındakı peyğəmbərliklərindən biri vahid Oğul yer üzünə gəlməzdən öncə Atası ilə aralarındakı yaxın münasibətlər haqqında bizə məlumat verir. (Yeşaya 50:4-9 ayələrini oxu.) Qulun özü Yehovanın onu öyrətdiyini göstərərək deyir: «O... qulağımı oyadır ki, savadlı adamlar [«şagirdlər», KM] kimi dinləyə bilim» (Yeşaya 50:4). Bütün bu vaxt ərzində Yehovanın Qulu Atasına qulaq asır və Ondan öyrənir, bununla da itaətkar bir şagird olur. Kainatın Yaradanından təlim almaq necə də nadir şərəfdir!

6. Qul Atasına tam itaətkar olduğunu necə göstərdi?

6 Bu peyğəmbərlikdə Qul Atasını «Xudavənd Rəbb» adlandırır. Bu göstərir ki, Qul Yehovanın Kainatın Ali Hökmdarı olduğu kimi vacib həqiqəti qəbul edir. Qul: «Xudavənd Rəbb qulağımı açdı, mən qarşı durmadım, geri çəkilmədim» sözlərilə Atasına tam itaət etdiyini göstərir (Yeşaya 50:5). Yehova Kainatı və insanı yaradanda o, Yaradanın yanında «mahir usta» (YD) kimi fəaliyyət göstərirdi. «Mahir usta» ‘hər gün fərəhlənirdi, [Yehovanın] hüzurunda həmişə sevinirdi. Yaratdığı aləmə görə sevinirdi, bəşər övladlarına görə fərəhlənirdi’ (Sül. məs. 8:22-31).

7. Nədən görünür ki, Qul sınaqlarla üzləşəndə Atasının onu dəstəklədiyinə əmin idi?

7 Qulun aldığı bu təlim və bəşəriyyətə bəslədiyi məhəbbət onu yer üzündə qarşılaşdığı çətin sınaqlara hazırlamışdı. Şiddətli təqiblərə baxmayaraq, o burada da Atasının iradəsini yerinə yetirməkdən sevinc duyurdu (Məz. 40:8; Mat. 26:42; Yəh. 6:38). Yer üzündə sınaqlarla üzləşdiyi müddət ərzində İsa əmin idi ki, Atası ondan razıdır və onu dəstəkləyir. İsa Yeşayanın peyğəmbərliyindəki kimi deyə bildi: «Mənə haqq qazandıran yaxındadır. Mənimlə kim mübahisə etmək istəyir?.. Mənə kömək edən Xudavənd Rəbdir» (Yeşaya 50:8, 9). Yehova, Yeşayanın başqa bir peyğəmbərliyində göstərildiyi kimi, sadiq Qulu yer üzündə xidmət edən zaman ona həqiqətən də kömək edirdi.

Qulun yer üzündəki xidməti

8. Yeşaya 42:1 ayəsində haqqında peyğəmbərlik edilən Yehovanın ‘seçilmiş qulunun’ İsa olduğunu nə sübut edir?

8 Eramızın 29-cu ilində İsa vəftiz olunan zaman nə baş verdiyi haqda Müqəddəs Kitabda deyilir: «Müqəddəs Ruh... Onun üzərinə endi və göydən: “Sən Mənim sevimli Oğlumsan, Səndən çox məmnunam”, — deyən bir səs gəldi» (Luka 3:21, 22). Belə etməklə Yehova Yeşayanın peyğəmbərliyində xatırlanan ‘seçilmiş qulunun’ kim olduğunu aydın göstərdi. (Yeşaya 42:1-7 ayələrini oxu.) Yer üzündəki xidməti ərzində İsa bu peyğəmbərliyi möhtəşəm şəkildə yerinə yetirdi. Matta öz Müjdəsində Yeşaya 42:1-4 ayələrini sitat gətirib İsaya tətbiq edir (Mat. 12:15-21).

9, 10. a) İsa xidməti zamanı Yeşaya 42:3 ayəsindəki peyğəmbərliyi necə yerinə yetirdi? b) Məsih yer üzündə olanda ədaləti necə yayırdı və o nə zaman ‘yer üzündə ədaləti quracaq’?

9 Yəhudi din rəhbərləri öz xalqından olan adi insanları alçaldırdılar (Yəh. 7:47-49). Onlarla kobud rəftar etdikləri üçün həmin insanları ‘əzilmiş qamışa’ və ‘közərən piltəyə’ bənzətmək olardı. Lakin İsa kasıblara və məzlumlara şəfqətlə yanaşırdı (Mat. 9:35, 36). Onları məhəbbətlə dəvət edirdi: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm» (Mat. 11:28). Üstəlik, İsa Yehovanın yaxşıya və pisə dair normaları haqda öyrətməklə ‘ədaləti yayırdı’ (Yeşaya 42:3). O, həmçinin göstərdi ki, Allahın Qanunu dərrakə və mərhəmətlə tətbiq olunmalıdır (Mat. 23:23). İsa ayrı-seçkilik etmədən həm varlılara, həm də kasıblara təbliğ etməklə ədalət təzahür etdirirdi (Mat. 11:5; Luka 18:18-2).

10 Yeşayanın peyğəmbərliyində həm də deyilir ki, Yehovanın ‘seçilmişi’ ‘yer üzündə ədaləti quracaq’ (Yeşaya 42:4). O, Allahın Padşahlığının Padşahı kimi, bütün insan hökumətlərini məhv edib öz ədalətli rəhbərliyi ilə əvəz edəndə bu peyğəmbərliyi tez bir zamanda yerinə yetirəcək. O, ‘salehliyin ömür sürəcəyi’ yeni bir dünya yaradacaq (2 Pet. 3:13; Dan. 2:44).

«Nur» və «əhd»

11. İsa hansı mənada birinci əsrdə «millətlərə nur» idi və o, millətlərə bu gün necə nur saçır?

11 İsa, Yeşaya 42:6 ayəsində deyildiyi kimi, həqiqətən də «millətlərə nur» oldu. Yerüzü xidməti zamanı o, əsas etibarilə yəhudilərə ruhani nur saçırdı (Mat. 15:24; Həv. iş. 3:26). Amma o demişdi: «Mən dünyanın Nuruyam» (Yəh. 8:12). O, yalnız yəhudiləri və digər xalqları ruhən maarifləndirdiyinə görə deyil, həm də öz kamil insan həyatını bütün bəşəriyyət uğrunda qurban verdiyinə görə nur idi (Mat. 20:28). Dirildikdən sonra o, şagirdlərinə «dünyanın ən uzaq yerlərinə qədər» ona şahid olmağı tapşırdı (Həv. iş. 1:8). Xidmət etdikləri müddətdə Pavel və Barnaba «millətlərə nur» olmaq ifadəsini sitat gətirərək qeyri-yəhudilər arasında icra etdikləri təbliğ işinə tətbiq etdilər. (Həv. iş. 13:46-48; müqayisə et: Yeşaya 42:6.) Bu iş hələ də davam edir, çünki İsanın yer üzündəki məsh olunmuş qardaşları və onların həmkarları insanlara ruhani nur çatdırır və «millətlərə nur» olan İsaya iman gətirməyə kömək edirlər.

12. Yehova Öz Qulunu ‘xalqlar üçün’ necə ‘əhd etdi’?

12 Həmin peyğəmbərlikdə Yehova seçilmiş Quluna demişdi: «Səni qoruyacağam, səni xalqım üçün əhd edəcəyəm» (Yeşaya 42:6). Şeytan İsanı var gücü ilə məhv etməyə və yer üzündəki xidmətini sonadək yerinə yetirməsinə mane olmaq istəyirdi, lakin ölüm vaxtı gəlincəyə qədər Yehova onu qorudu (Mat. 2:13; Yəh. 7:30). Sonra Yehova İsanı diriltdi və onu yer üzündəki xalqlar üçün «əhd», yəni vəd etdi. Bu müqəddəs vəd əmin edir ki, Allahın sadiq Qulu insanları ruhani zülmətdən çıxararaq «millətlərə nur» olmağa davam edəcək. (Yeşaya 49:8, 9 ayələrini oxu.)b

13. Yerüzü xidməti zamanı İsa ‘zülmətdə oturanları’ necə azad edirdi və o bunu bu gün necə edir?

13 Bu vədə müvafiq olaraq Yehovanın seçilmiş Qulu ‘korların gözlərini açacaq, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad edəcəkdi’ (Yeşaya 42:7). İsa bunu yerüzü xidməti zamanı yalan dini ənənələri ifşa etməklə və Padşahlıq haqqında xoş xəbəri təbliğ etməklə edirdi (Mat. 15:3; Luka 8:1). Beləliklə də o, sonralar onun şagirdi olan yəhudiləri ruhani zindandan azad etdi (Yəh. 8:31, 32). İsa milyonlarla qeyri-yəhudilərə də ruhani azadlıq bəxş etdi. O, davamçılarına ‘gedib, bütün xalqları şagirdi etməyi’ tapşırdı və ‘dövrün sonuna qədər’ onlarla olacağını vəd etdi (Mat. 28:19, 20). Hal-hazırda İsa Məsih ümumdünya təbliğ işinə göylərdən nəzarət edir.

Yehova Öz ‘Qulunu’ ucaltdı

14, 15. Yehova Öz Qulunu necə və nə üçün ucaltdı?

14 Yehova Qulu haqqında başqa bir peyğəmbərlikdə deyir: «Budur, Mənim qulum uğur qazanacaq, o yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək» (Yeşaya 52:13). Oğlu Onun ali hökmranlığına tabe olduğu və ən şiddətli sınaqlar qarşısında sadiq qaldığı üçün Yehova onu ucaltdı.

15 Həvari Peter demişdir: «İsa Məsih göyə qalxıb, Allahın sağındadır. Mələklər, hakimiyyət və qüdrət sahibləri də Ona tabe edildilər» (1 Pet. 3:22). Buna bənzər sözləri Pavel də yazmışdır: «O Öz təvazökarlığını göstərdi və ölümədək, hətta çarmıxa [«işgəncə dirəyinə», YD] çəkilməklə ölümədək itaətkarlıq etdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona bütün adlardan üstün olan adı bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına hörmətlə diz çöksün. Və Ata Allahın izzəti üçün hər dil iqrar etsin ki, İsa Məsih Rəbbdir» (Filip. 2:8-11).

16. İsa 1914-cü ildə necə ‘çox izzətləndirildi’ və o vaxtdan nələri həyata keçirib?

16 Yehova 1914-cü ildə İsanı daha da yüksəltdi. Yehova İsaya Padşahlıq taxtı verəndə o, ‘çox izzətləndirildi’ (Məz. 2:6; Dan. 7:13, 14). O vaxtdan Məsih ‘düşmənlərinin üzərində hökmranlıq edir’ (Məz. 110:2). İsa ilk növbədə Şeytanı və onun cinlərini yerin hüdudlarına ataraq onları məğlubiyyətə uğratdı (Vəhy 12:7-12). Sonra Məsih, Böyük Kir kimi davranaraq, məsh olunmuş qardaşlarının yer üzündəki qalığını ‘Böyük Babilin’ pəncəsindən qurtardı (Vəhy 18:2; Yeşaya 44:28). Ümumdünya təbliğ işinə rəhbərlik etməsi sayəsində onun ruhani qardaşlarının qalığı, sonra isə ‘kiçik sürünün’ sadiq həmkarları olan milyonlarla ‘başqa qoyunlar’ yığılmağa başlandı (Vəhy 12:17; Yəh. 10:16; Luka 12:32).

17. Yeşayanın «qul» haqqında peyğəmbərliyindən nə öyrəndik?

17 Şübhəsiz ki, Yeşayanın kitabındakı möhtəşəm peyğəmbərlikləri öyrənmək Padşahımız və Satınalanımız olan Məsihə minnətdarlığımızı daha da artırdı. Yerüzü xidməti zamanı onun bir oğul kimi itaətkarlıq göstərməsi yerə gəlməzdən əvvəl Atasının yanında aldığı təlimi əks etdirirdi. İsa öz xidməti və indiyədək təbliğ işinə rəhbərlik etməsi ilə «millətlərə nur» olduğunu göstərdi. Növbəti məqalədən görəcəyimiz kimi, Allahın Qulu haqqındakı başqa bir peyğəmbərlik onun əzab çəkəcəyini və özünü uğrumuzda qurban verəcəyini göstərir. Bizə onun ölümünün Xatirə Gecəsi yaxınlaşdığı ərəfədə bu haqda dərindən ‘fikirləşmək’ gərəkdir (İbr. 12:2, 3).

[Haşiyələr]

a  Bu peyğəmbərlikləri Yeşaya 42:1-7; 49:1-12; 50:4-9; və 52:13–53:12 ayələrindən oxuya bilərsiniz.

b  Yeşaya 49:1-12 ayələri «Yeşayanın peyğəmbərliyi — bütün bəşəriyyət üçün işıq II» kitabının 136-145-ci səhifələrində (rus.) müzakirə olunur.

Təkrar üçün suallar

• Yeşayanın peyğəmbərliyindəki «qul» kimdir və biz bunu haradan bilirik?

• Yehova Öz Quluna hansı təlimi verib?

• Nəyə görə İsa «millətlərə nur» adlanır?

• Qul necə ucaldıldı?

[21-ci səhifədəki şəkil]

Yeşayanın peyğəmbərliyində bəhs edilən ‘qulun’ Məsih İsa olduğunu Filip aydın göstərdi

[23-cü səhifədəki şəkil]

İsa, Yehovanın seçilmiş Qulu kimi, kasıblara və məzlumlara şəfqətlə yanaşırdı

[24-cü səhifədəki şəkil]

Atası İsanı ucaltdı və ona Padşahlıq taxtı verdi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş