Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Yehova xalqını işıqla gözəlləşdirir
    Gözətçi qülləsi 2002 | 1 sentyabr
    • 12 Yol boyunca görünən yalnız tacirlər deyil. Siona doğru çobanlar da axışır. Peyğəmbərlikdə daha sonra deyilir: “Kedarın bütün sürüləri sənə toplanacaq, Nebayotun qoçları sənə yarayacaq” (İşaya 60:7a). Maldarlıqla məşğul olan tayfalar öz sürülərindən ən yaxşı heyvanları Yehovaya qurban vermək üçün, müqəddəs şəhərə gəlirlər. Siona qulluq etmək üçün onlar, hətta öz xidmətlərini də təklif edirlər! Yehova bu əcnəbiləri necə qəbul edəcək? Buna Allahın özü cavab verir: “Məqbul olaraq qurbangahıma çıxacaqlar; və gözəlliyimin evini bəzəyəcəyəm” (İşaya 60:7b). Yehova bu əcnəbilərin qurban və xidmətlərini inayətlə qəbul edir. Onların iştirakı mə’bədi gözəlləşdirir.

  • Yehova xalqını işıqla gözəlləşdirir
    Gözətçi qülləsi 2002 | 1 sentyabr
    • 15. a) İşaya 60:4-9 ayələrində hansı artım əvvəlcədən deyilmişdi? b) Məsihçilər hansı ruhu təzahür etdirirlər?

      15 Həqiqi ibadətin bütün dünyada genişlənməsinə dair mənzərə 4-9-cu ayələrdə necə də aydın təsvir edilir! Bu genişlənmə ­1919-cu ildən e’tibarən baş verir. Yehova nəyə görə Sionu bu cür artımla xeyir-dualandırır? Ona görə ki, Allahın İsraili 1919-cu ildən bəri itaətkarlıq göstərərək, daima Yehovadan gələn işığı əks etdirir. Bəs diqqət yetirdinizmi ki, 7-ci ayəyə əsasən, millətlərdən gələn yeni insanlar Allahın “qurbangahına” çıxırlar? Qurbangaha qurbanları qoyurlar, bu da ki, Yehovaya xidmətin qurbanlarla bağlı olduğunu xatırladır. Həvari Pavel yazırdı: “Sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim edin; mə’nəvi ibadətiniz budur” (Romalılara 12:1). Pavelin sözlərinə əsasən, səmimi qəlbli məsihçilər həftədə bir dəfə dini yığıncaqlarda iştirak etməklə kifayətlənmirlər. Onlar həqiqi ibadətin genişlənməsi naminə vaxtlarını, qüvvələrini və imkanlarını sərf edirlər. Məgər bu cür sadiq xidmətçilər Yehovanın evinə izzət gətirmirlərmi? İşayanın peyğəmbərliyinə əsasən elədir ki, var. Və biz də əmin ola bilərik ki, bu sə’yli xidmətçilər öz növbəsində Allahın gözündə gözəldirlər.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş