Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ruhani cənnəti genişləndirək
    Gözətçi qülləsi 2015 | 15 iyul
    • 1, 2. Tövratda «kətil» sözü nələrə aid işlənir?

      YEHOVA ALLAH nida etmişdi: «Göylər Mənim taxtımdır, yer ayağım altındakı kətildir» (Əşy. 66:1). Öz «kətili» haqda Yehova həmçinin bildirmişdi: «Ayağımçün olan yeri ehtişamlı edəcəyəm» (Əşy. 60:13). Yehova bunu necə edir? Allahın «kətilində» yaşayan bizlər üçün bu, hansı mənanı kəsb edir?

      2 Tövratda kətil sözü yerə aid işlənməklə yanaşı, həm də məcazi mənada qədim İsraildəki məbədi bildirir (1 Saln. 28:2; Zəb. 132:7). Yerdə yerləşən bu məbəd həqiqi ibadətin mərkəzi idi. Bu səbəbdən bu məbəd Yehovanın gözündə sözün əsil mənasında gözəl idi və onun mövcudluğu Yehovanın ayağı üçün olan yeri ehtişamlı edirdi.

      3. Yehovanın böyük ruhani məbədi nədir və o, nə vaxt peyda oldu?

      3 Bəs bu gün həqiqi ibadətin mərkəzi haradır? Bu, yer üzündə tikilmiş hansısa bir məbəd yox, ruhani məbəddir. Bu məbəd isə Yehovanı istənilən tikilidən qat-qat artıq şərəfləndirir. Ruhani məbəd İsa Məsihin kahinliyi və qurbanlığı vasitəsilə bəşəriyyəti Allahla barışdıran tədbirdir. Bu məbəd eramızın 29-cu ilində İsa vəftiz olunub Yehovanın böyük ruhani məbədinin Baş kahini kimi məsh olunan zaman peyda oldu (İbr. 9:11, 12).

      4, 5. a)  Yehovanın xidmətçilərinin ən ümdə arzusu 99-cu məzmurda necə təsvir olunur? b) Biz özümüzə hansı sualı verməliyik?

      4 Biz ruhani məbədə görə Yehovaya son dərəcə minnətdarıq. Buna görə də Yehovanın adını, mərhəmətlə verdiyi fidyəni aləmə car çəkərək Onu mədh edirik. Bəli, bu gün dünyada səkkiz milyondan çox həqiqi məsihi gecə-gündüz Yehovanın ehtişamını bəyan edir! Başqa dinlərin üzvləri yanlış olaraq düşünürlər ki, onlar Allahı göyə gedəndə mədh edəcəklər. Ancaq onlardan fərqli olaraq, Yehovanın Şahidləri dərk edirlər ki, Allahı indi və burada, yer üzündə mədh etmək lazımdır.

      5 Ona görə də biz Zəbur 99:1—3, 5—7 ayələrində haqqında bəhs edilən mömin insanların nümunəsini izləyirik. (Ayələri oxuyun.) Həmin məzmurda göstərildiyi kimi, Musa, Harun və İşmuil öz dövrlərində Allahın həqiqi ibadət üçün gördüyü tədbiri tam dəstəkləyirdilər. Müasir dövrdə isə məsh olunmuş məsihilər İsa ilə birlikdə kahin olmaq üçün göyə getməzdən əvvəl ruhani məbədin yerdəki həyətində sədaqətlə xidmət edirlər. Milyonlarla «başqa qoyunlar» onlara dayaq olurlar (Yəh. 10:16). Bu iki qrupdan olan insanların ümidi müxtəlif olsa da, onlar vəhdət içində burada, Yehovanın kətilində Ona ibadət edirlər. Ancaq yaxşı olar ki, hər birimiz özümüzdən soruşaq: «Mən Yehovanın həqiqi ibadət üçün olan tədbirini tam dəstəkləyirəm?»

  • Ruhani cənnəti genişləndirək
    Gözətçi qülləsi 2015 | 15 iyul
    • 7 1919-cu ildə kimlərin Yehovanı razı saldığı və Onun ruhani məbədində xidmət etdiyi artıq tam müəyyənləşmişdi. Onlar ruhani cəhətdən təmizlənmişdilər ki, Allaha daha məqbul şəkildə xidmət edə bilsinlər (Əşy. 4:2, 3; Məl. 3:1—4). Əsrlər öncə həvari Bulusun gördüyü görüntü kiçik miqyasda həyata keçməyə başladı.

      8, 9. Həvari Bulusun görüntüdə gördüyü cənnəti nələrə aid etmək olar?

      8 Həvari Bulusun gördüyü görüntü 2 Korinflilərə 12:1—4 ayələrində təsvir olunub. (Ayələri oxuyun.) Bulus gördüyü fövqəlbəşər görüntünü vəhy adlandırmışdı. Bu vəhy onun günlərinə yox, gələcəyə aid idi. Həvari Bulus «üçüncü göyə» aparılarkən orada «cənnət» görmüşdü. Bəs bu, hansı cənnət idi? Bulusun bəhs etdiyi cənnət yerdəki cənnəti, ruhani cənnəti və göydəki cənnəti bildirirdi. Gələcəkdə bunların üçü də eyni vaxtda mövcud olacaq. Bulusun gördüyü cənnəti gələcəkdə yer üzündə olacaq cənnətə aid etmək olar (Luka 23:43). Bunu həmçinin yeni dünyada tam mənada yaşanacaq ruhani cənnətə də şamil etmək olar. Bundan əlavə, bu cənnəti «Allahın cənnəti»nə, yəni səmavi aləmdə Yehovanın dərgahındakı mübarək mühitə aid etmək olar (Vəhy 2:7).

      9 Bəs nəyə görə həvari Bulus «dilə gətirilməsi, deyilməsi yasaq olan sözlər» eşitdiyini demişdi? Çünki həmin vaxt onun vəhydə gördüyü heyrətamiz şeyləri təfərrüatı ilə izah etməyin vaxtı deyildi. Lakin bu gün Allahın xalqının sahib olduğu nemətlərdən danışmaq olar.

      10. Nəyə görə ruhani cənnət və ruhani məbəd eyni mənanı daşımır?

      10 Biz «ruhani cənnət» ifadəsini tez-tez işlədirik. Bu ifadə Allahla və dindaşlarımızla sülhdə olmağa yol açan nadir, ruhani nemətlərlə zəngin vəziyyətimizi təsvir edir. Amma elə nəticəyə gəlməməliyik ki, ruhani cənnət və ruhani məbəd eyni şeydir. Ruhani məbəd Allahın həqiqi ibadət üçün gördüyü tədbirdir. Ruhani cənnətin sayəsində isə kimlərin Allahı razı saldığı və kimlərin bu gün Onun ruhani məbədində xidmət etdiyi müəyyənləşir (Məl. 3:18).

      11. Bu gün ruhani cənnətlə bağlı hansı şərəfə layiq görülmüşük?

      11 Yehovanın 1919-cu ildən qeyri-kamil bəndələrinə yer üzündə ruhani cənnəti becərmək, möhkəmləndirmək və genişləndirmək işində Onunla birgə çalışmağa izin verməsi böyük şərəfdir. Bu gözəl işdə sən də iştirak edirsən? Məgər bu şərəf səni təşviq etmir ki, Yehovanın ayağı üçün olan yeri ehtişamlı etmək işində bundan sonra da Onunla birgə çalışasan?

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş