DƏRS 44
Bütün bayramlar Allaha məqbuldur?
Yehova istəyir ki, biz həyatdan həzz alaq, həm də yeri gəldikcə şənlik keçirək. Bəs bayramların hamısı Yehovaya məqbuldur? Bu məsələ ilə bağlı qərar verərkən Yehovanı sevdiyimizi necə göstərə bilərik?
1. Nəyə görə bir çox bayramlar Yehovaya məqbul deyil?
Bəlkə də təəccüblənəcəksiniz, amma bir çox bayramların kökündə Müqəddəs Kitaba əsaslanmayan təlimlər və bütpərəstlik ayinləri durur. Bu cür bayramlar yalan dinlə, cindarlıqla əlaqəli ola bilər və ölməz ruh təliminə əsaslana bilər. Bəzi bayramların isə kökü xurafata, tale-qismət inancına gedib çıxır (Əşiya 65:11). Yehova Öz xidmətçilərinə xəbərdarlıq edir: «Onların arasından çıxın, ayrılın və bir də murdar şeylərə toxunmayın»a (2 Korinflilərə 6:17).
2. Yehova insanları ucaldan bayramlara necə yanaşır?
Yehova xəbərdarlıq edir ki, insana bel bağlamayaq, çünki bu, tələdir. (Ərəmya 17:5 ayəsini oxuyun.) Bəzi bayramlar rəhbərlərin, yaxud əsgərlərin şəninə keçirilir. Digər bayramlar dövlət rəmzlərinə və ya müstəqilliyə həsr olunur (1 Yəhya 5:21). Həmçinin siyasi və ictimai hərəkatlara da həsr olunmuş bayramlar var. Əgər hansısa insanı, yaxud təşkilatı ucaltsaq, xüsusən də əgər həmin şəxs və ya təşkilat Yehovanın niyyətinə zidd gedən fikirlər irəli sürübsə, Yehova nə hiss edər?
3. Bayramlarda Yehovaya məqbul olmayan hansı hərəkətlərə yol verilir?
Müqəddəs Kitabda əyyaşlıq, kef məclisləri və sərxoşluq günah hesab olunur (1 Butrus 4:3). Bəzi bayramlarda azğınlığa, əxlaqsızlığa yol verilir. Yehova ilə dostluğumuzu qorumaq istəyiriksə, bu cür əxlaqi natəmizlikdən uzaq durmalıyıq.
D Ə R İ N L İ Y Ə V A R I N
Görün bayramlarla bağlı düzgün qərar verərək Yehovanı necə razı sala bilərsiniz.
4. Yehovanın adına kölgə salan bayramları rədd edin
Efeslilərə 5:10 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Hansısa bayramı keçirib-keçirməyəcəyimizi müəyyən edərkən nəyə əmin olmalıyıq?
Sizin yaşadığınız ərazidə hansı bayramlar keçirilir?
Sizcə, bu bayramlar Yehovaya məqbuldur?
Məsələn, heç düşünmüsünüz, Allah ad günü barədə nə fikirləşir? Müqəddəs Kitabda Yehovanın heç bir xidmətçisinin ad günü keçirdiyi yazılmayıb. Amma orada Yehovaya xidmət etməyən iki şəxsin ad günündən danışılır. Yaradılış 40:20—22 və Mətta 14:6—10 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:
Hər iki ad günündə ümumi cəhət nə idi?
Müqəddəs Kitabdakı bu əhvalatlara əsasən, sizcə, Yehova ad gününə necə yanaşır?
Amma sizdə sual yarana bilər: «Görəsən ad günündə, yaxud hansısa bayramda iştirak edib-etməməyim Yehova üçün əhəmiyyət kəsb edir?» Çıxış 32:1—8 ayələrini oxuyun. Sonra VİDEOYA baxın və növbəti sualları müzakirə edin:
Nəyə görə Yehovaya nəyin məqbul olduğuna daima əmin olmaq vacibdir?
Bunu necə edə bilərik?
Görəsən bu bayram Allaha məqbuldur?
Müqəddəs Kitaba zidd gedən etiqadlara əsaslanır? Bunu bilmək üçün bayramın kökünü araşdırın.
İnsanları, təşkilatları, yaxud dövlət rəmzlərini ucaldır? Biz Yehovanı hər şeydən və hər kəsdən uca tuturuq. Həmçinin inanırıq ki, dünyanın problemlərini O həll edəcək.
Bayramdakı adətlər və davranış Müqəddəs Kitabdakı qayda-qanunlara zidd gedir? Biz əxlaqi təmizliyi qorumalıyıq.
5. Elə davranın ki, etiqadınıza hörmət etsinlər
Sizi Yehovaya məqbul olmayan bayramda iştirak etməyə məcbur edərlərsə, bu zaman etiraz etmək çətin ola bilər. Mövqeyinizi səbirlə və nəzakətlə izah edin. Nümunə üçün VİDEOYA baxın.
Mətta 7:12 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Bu ayəyə əsasən, imanınıza şərik olmayan ailə üzvlərinizin bayramı qeyd edib-etməyəcəyinə kim qərar verməlidir?
Ailə üzvlərinizi necə əmin edə bilərsiniz ki, onlarla birgə bayramı qeyd etməsəniz də, onları sevirsiniz?
6. Yehova xoşbəxtliyimizi istəyir
Yehova istəyir ki, biz ailəmizlə, dostlarımızla birgə xoş vaxt keçirək. Vaiz 8:15 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Bu ayə necə göstərir ki, Yehova bizim xoşbəxtliyimizi istəyir?
Yehova xalqının birgə şənlənməyini və xoş vaxt keçirməyini istəyir. VİDEOYA baxın və görün beynəlxalq toplantılarımızda bu necə aydın olur.
Qalatiyalılara 6:10 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Başqalarına yaxşılıq etmək üçün bayramları keçirmək mütləqdir?
Sizə nə daha çox sevinc bəxş edər: bayram vaxtı məcbur qalıb hədiyyə vermək, yoxsa ürəyiniz istəyən vaxt hədiyyə vermək?
Bir çox Yehovanın Şahidi övladları üçün vaxtaşırı şənliklər keçirir və onlara hədiyyələr verir. Övladınız varsa, onun üçün maraqlı nə edə bilərsiniz?
BƏZİ İNSANLAR DEYİR: «Bayramın mənşəyinin bizə nə aidiyyəti var? Əsas odur, ailənlə, dostlarınla birgə xoş vaxt keçirəsən».
Siz nə deyərdiniz?
İCMAL
Yehova istəyir ki, biz ailəmizlə, dostlarımızla birgə xoş vaxt keçirək. Amma həmçinin istəyir ki, Ona məqbul olmayan bayramlardan uzaq duraq.
Təkrar
Hansısa bayramın Yehovaya məqbul olub-olmadığını necə müəyyən edə bilərsiniz?
Ailə üzvlərinizə və dostlarınıza bayramla bağlı mövqeyinizi başa düşməyə necə kömək edə bilərsiniz?
Haradan bilirik ki, Yehova xoşbəxt olmağımızı və şənlənməyimizi istəyir?
Ə L A V Ə M Ə L U M A T
Məsihilərin qeyd etmədiyi bəzi bayramlara nəzər salın.
«Yehovanın Şahidləri nəyə görə müəyyən bayramları keçirmir?» (internet məqaləsi)
Nəyə görə ad günü Allaha məqbul deyil? Bunun dörd səbəbini öyrənin.
«Nəyə görə Yehovanın Şahidləri ad günü keçirmirlər?» (internet məqaləsi)
Görün Yehovanı sevən uşaqlar bayram ərəfəsində Onun könlünü necə şad edə bilər.
Milyonlarla məsihi Milad bayramını qeyd etmir. Onlar verdikləri bu qərar barədə nə düşünür?
«İndi daha xoşbəxtdirlər» («Gözətçi qülləsi», 1 dekabr 2012)
a Bayramlarda yaranan vəziyyətlərlə bağlı suallara cavab tapmaq üçün 5-ci əlavəyə baxın.