Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp16 №  6 s. 4—7
  • Göylərin sirrini açan vəhylər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Göylərin sirrini açan vəhylər
  • Gözətçi qülləsi (kütləvi) 2016
  • Başlıqlar
  • Oxşar material
  • YEHOVA ALLAH UCA YARADANDIR
  • İSA PEYĞƏMBƏR ALLAHIN YANINDADIR
  • MƏLƏKLƏR ALLAHA XİDMƏT EDİR
  • ŞEYTAN ÇOXLARINI YOLDAN ÇIXARIR
  • GÖY ÜZÜNƏ DƏVƏT OLUNANLAR
  • ONLAR NƏLƏR EDƏCƏKLƏR?
  • Mələklər ‘xidmətçi ruhlardır’
    Gözətçi qülləsi 2009
  • Müqəddəs Kitab mələklər barədə nə deyir?
    Müqəddəs Kitab təlimləri
  • Mələklər kimlərdir və ya nələrdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Mələklər bizə necə kömək edir?
    Gözətçi qülləsi (kütləvi) 2017
Gözətçi qülləsi (kütləvi) 2016
wp16 №  6 s. 4—7
İsa Məsih Yehova Allahın mələklərlə əhatə olunmuş əzəmətli taxtının sağında əyləşib

ÜZ QABIĞINDAKI MÖVZU | QEYB ALƏMİNİN SİRLƏRİ

Göylərin sirrini açan vəhylər

Müqəddəs Kitabda bir sıra vəhylər yer alır. Bu vəhylərin sayəsində biz qeyb aləmi haqda müəyyən məlumatlar əldə edə bilərik. Gəlin bu vəhylərə diqqət yetirək. Vəhylərdə təsvir olunanların hamısını hərfən başa düşmək lazım deyil. Bununla belə, bu vəhylər sayəsində biz orada kimlərin yaşadığını və onların bizə hansı təsiri olduğunu öyrənəcəyik.

YEHOVA ALLAH UCA YARADANDIR

«Göydə bir taxt durub. Taxtda bir nəfər əyləşmişdi. Onun görkəmi yəşəm daşına və sard daşına bənzəyirdi. Taxt zümrüdə bənzər göy qurşağı ilə dövrələnmişdi» (Vəhy 4:2, 3).

«Onun ətrafında yağışlı gündə buludlar arasından çıxan göy qurşağına oxşar parıltı var idi. Ətrafındakı parıltı belə görünürdü. O, sanki, Yehovanın calalı idi» (Hizqiyal 1:27, 28).

Möhtəşəm taxt, gözqamaşdıran daş-qaşlar, göy qurşağı. Bütün bunlar insanlara tanışdır. Bu vəhylərdə bu cür təsvirlərin istifadə olunması bizə Külli-İxtiyar Allah olan Yehovanın əzəmətini təsəvvürümüzdə canlandırmağa kömək edir. Həmçinin Yehova Allahın dərgahının nə qədər heyrətamiz, calallı, ehtişamlı olduğundan xəbər verir, orada harmoniyanın hökm sürdüyünü göstərir.

Allahın dərgahının bu cür təsviri bir məzmurçunun sözü ilə üst-üstə düşür. O demişdi: «Yehova böyükdür, hədsiz tərifə layiqdir, bütün allahlardan zəhmlidir. Axı xalqların allahları heçdir, Yehova isə göylərin yaradanıdır. Əzəmət və calal hüzurunda, qüdrət və gözəllik müqəddəs məkanındadır» (Zəbur 96:4—6).

Külli-İxtiyar Allah biz insanları Ona dua etməyə çağırır və əmin edir ki, hər birimizin duasını dinləyir (Zəbur 65:2). Allahımız bizi o qədər sevir ki, Müqəddəs Kitabda Onun haqda: «Allah məhəbbətdir», — deyə yazılıb (1 Yəhya 4:8).

İSA PEYĞƏMBƏR ALLAHIN YANINDADIR

«Müqəddəs ruhla dolmuş Stefan isə göyə baxdı, Allahın calalını və Onun sağında duran İsanı görüb dedi: “Budur, mən göyün açıldığını və insan Oğlunun Allahın sağında durduğunu görürəm”» (Həvarilərin işləri 7:55, 56).

Bu sözləri Stefan yəhudi din xadimlərinə demişdi. O, bu vəhyi almazdan bir müddət əvvəl onlar İsanı edam etmişdilər. Bu vəhy sübut edir ki, İsa Məsih dirildilib və Allahın dərgahındadır. Bu haqda Müqəddəs Kitabda belə yazılıb: «Allah bu gücü ilə Məsihi diriltdi və onu göylərdə, Öz sağında oturtdu, onu yalnız bu dövrdə deyil, gələcəkdə də hər cür hökumətdən, hakimiyyətdən, qüdrətdən, iqtidardan və addan üstün etdi» (Efeslilərə 1:20, 21).

İsa peyğəmbərin yüksək mövqeyini təsvir edən bu sözlər göstərir ki, o, bəşəriyyətin qeydinə qalır. Yer üzündə yaşayarkən o, xəstələri sağaltmış və ölən insanları diriltmişdi. Onun bəşəriyyət üçün canını qurban verməsi Allaha və insanlara olan dərin məhəbbətinin təcəssümüdür (Efeslilərə 2:4, 5). İsa Məsih tezliklə yer üzündə hakimiyyət sürəcək və itaətkar insanlara böyük nemətlər bəxş edəcək.

MƏLƏKLƏR ALLAHA XİDMƏT EDİR

«Mən [Dənyal peyğəmbər] durub baxırdım və gördüm ki, taxtlar qoyuldu, Əzəldən Var Olan [Yehova] əyləşdi... Minlərlə minlər Ona xidmət edir, on minlərlə on minlər hüzurunda dururdu» (Dənyal 7:9, 10).

Diqqət yetirin ki, Dənyal bu görüntüdə göylərdə bir yox, minlərlə mələk görmüşdü. Təsəvvür etmək olar, bu, necə möhtəşəm mənzərə idi. Mələklər gözəgörünməz varlıqlardır, onlar çox güclü və hikmətlidirlər. Onların bəziləri seraf və kərrub adlanır. Müqəddəs Kitabda «mələk» sözünə 250 dəfədən çox rast gəlinir.

Bəziləri düşünür ki, mələklər ölən insanların ruhlarıdır. Ancaq bu, belə deyil. Allah onları hələ insanı yaratmazdan əvvəl yaratmışdı. Müqəddəs Kitabda deyilir ki, Allah yer üzünü yaradanda mələklər bunu müşahidə edir, alqış oxuyurdular (Əyyub 38:4—7).

Allahın hüzurunda xidmət edən mələklər müxtəlif işlər görürlər. Məsələn, onlar hal-hazırda yer üzündə ən vacib iş olan Allahın Padşahlığı haqda xoş xəbərin yayılmasında iştirak edirlər (Mətta 24:14). Onların gördüyü bu iş haqda həvari Yəhya yazmışdı: «Göyün üzü ilə uçan başqa bir mələk gördüm. Bu mələkdə yer üzünün sakinlərinə — hər xalqa, tayfaya, dilə və ümmətə car çəkmək üçün əbədi müjdə vardı» (Vəhy 14:6). Keçmişdə mələklər insanlara görünüb onlarla danışsalar da, bu gün bu baş vermir. Bununla belə, mələklər xoş xəbəri təbliğ edən insanlara kömək edirlər ki, Allaha inanan insanları axtarıb tapsınlar.

ŞEYTAN ÇOXLARINI YOLDAN ÇIXARIR

«Sonra göydə müharibə oldu. Mikayıl [İsa Məsih] öz mələkləri ilə əjdahaya qarşı və əjdaha da öz mələkləri ilə onlara qarşı vuruşdu, lakin üstələyə bilmədi. Artıq onlar üçün göydə yer qalmadı. Beləliklə, İblis və Şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yerə atıldı, mələkləri də onunla birlikdə atıldı» (Vəhy 12:7—9).

Bir vaxtlar göylərdə sülh pozulmuşdu. Bəşər tarixinin başlanğıcında mələklərdən biri allahlıq iddiasına düşərək Yehova Allaha qarşı çıxmışdı. Buna görə o, «düşmən» mənasını verən «Şeytan» adını qazanmışdı. Sonradan bəzi mələklər də Şeytanın üsyanına qoşulub cin oldular. Olduqca pis olan bu mələklər böyük nifrətlə Allahın əleyhinə gedirlər və insanların çoxunu Allahın yolundan döndərirlər.

Şeytan və onun cinləri pis və qəddardırlar. Onlar bəşəriyyətin düşməni və bu dünyada baş verən əzab-əziyyətlərin səbəbkarıdırlar. Məsələn, Şeytan Əyyub peyğəmbərin sürülərini və xidmətçilərini öldürmüşdü. Bundan əlavə, o, tufan göndərib peyğəmbərin 10 övladının yığışdığı evi başlarına uçuraraq həyatlarına son qoymuşdu. Şeytan bununla kifayətlənmədi: Əyyub peyğəmbəri «təpədən-dırnağacan ağrıyan çibanlarla vurdu» (Əyyub 1:7—19; 2:7).

Yehova Allah tezliklə Şeytanı məhv edəcək. Göydən yer üzünə atılandan bəri, o özü də yaxşı bilir ki, məhv olacağı vaxta az qalıb (Vəhy 12:12). Şeytanın kitabı çoxdan bağlanıb. Bunu bilmək əlbəttə ki, sevindiricidir.

GÖY ÜZÜNƏ DƏVƏT OLUNANLAR

«Sən [İsa Məsih] öldürüldün və hər tayfaya, hər dilə, xalqa və ümmətə mənsub olan insanları öz qanınla Allah üçün satın aldın, onları Allahımıza məxsus padşah və kahin etdin. Onlar yer üzərində padşahlıq edəcəklər» (Vəhy 5:9, 10).

Allah İsa peyğəmbəri dirildib Öz dərgahına qaldırdığı kimi, bəzi insanları da öləndən sonra dirildib göyə qaldıracaq. İsa peyğəmbər öz davamçılarına demişdi: «Mən sizin üçün yer hazırlamağa gedirəm. Mən... qayıdıb sizi evə, öz yanıma aparacağam ki, siz də mən olan yerdə olasınız» (Yəhya 14:2, 3).

Bu insanların öləndən sonra göyə qaldırılmasının səbəbi var. Onlar İsa Məsihlə birgə Allahın Padşahlığında hakimiyyət sürəcəklər. Bu Padşahlıq Yeri idarə edəcək və orada yaşayanlara bol nemətlər bəxş edəcək. İsa Məsih Yer üzündə yaşayanda şagirdlərinə məhz bu Padşahlıq haqqında dua etməyi öyrətmişdi: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun. Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mətta 6:9, 10).

İsa Məsih və göydə yaşamaq üçün dirildilən insanlar

ONLAR NƏLƏR EDƏCƏKLƏR?

İsa Məsihin davamçısı həvari Yəhya ona nazil olan vəhyi belə təsvir etmişdi: «Taxtdan gələn gur səs eşitdim: “Budur, Allahın çadırı insanlarladır... O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi”» (Vəhy 21:3, 4).

Allahın Padşahlığı Şeytanın hakimiyyətinə son qoyanda və Yer üzünü Cənnətə çevirəndə bu vəhydəki sözlər həyata keçəcək. Bəşəriyyətə əzab və kədər gətirən şeylər artıq olmayacaq. İnsanlar daha ölməyəcək.

Bəs bu günə kimi ölən, lakin göydə yaşamaq üçün dirildilməyən milyardlarla insanın aqibəti necə olacaq? Allah gələcəkdə onları da dirildəcək. Onlar Cənnətə çevriləcək yer üzündə əbədi yaşayacaqlar (Luka 23:43).

CİNLƏRDƏN QORXMAQ LAZIM DEYİL

Əlləri zəncirlənmiş məhkumlar kimi, bu gün mövhumatların və pis ruhların vahiməsi milyonlarla insanı əsir edib. Bu insanlar özlərini pis ruhlardan qorumaq üçün həmail, gözmuncuğu taxır, falçılara üz tuturlar. Ancaq bunların heç birinə ehtiyac yoxdur. Müqəddəs Kitabda yazılıb: «Yehova bütün yer üzünü nəzərdən keçirir ki, sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü göstərsin» (2 Salnamələr 16:9). Yaradanımız Yehova Allah Şeytandan qat-qat güclüdür və əgər biz Ona bel bağlasaq, O, bizi qoruyacaq.

Yehovanın bizi qorumasını istəyiriksə, Onun nəyi bəyəndiyini öyrənməli və buna uyğun davranmalıyıq. Məsələn, birinci əsrdə Efes şəhərində yaşayan İsa peyğəmbərin davamçıları cindarlıqla bağlı kitablarını bir yerə yığıb yandırdılar (Həvarilərin işləri 19:19, 20). Allahın bizi qoruması üçün gərək biz də həmaillərdən, gözmuncuğundan, bütlərdən, sehrbazlıq və cadugərliklə bağlı bütün kitablardan, ümumiyyətlə, cindarlıqla bağlı istənilən şeydən azad olaq.

Müqəddəs Kitabda yazılıb: «Allaha tabe olun, İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaqub 4:7). Yehova Allaha tabe olub Ona ibadət etsəniz, əmin ola bilərsiniz ki, Şeytan və onun cinləri sizə heç bir təsir göstərə bilməyəcək.

Bütün bu vəhylər bizi əmin edir ki, Yehova Allah, göyə qaldırılmış İsa Məsih, sadiq mələklər və Yer üzündən seçilmiş bəzi insanlar bizim qayğımıza qalır və rifahımızı düşünürlər. Bu haqda daha ətraflı məlumat almaq üçün Yehovanın Şahidləri ilə əlaqə saxlayın və ya jw.org/az-latn saytından «Müqəddəs Kitab təlimləri» kitabını yükləyin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş