Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lff d. 36
  • Hər sahədə dürüst olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hər sahədə dürüst olun
  • Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Başlıqlar
  • Oxşar material
  • D Ə R İ N L İ Y Ə  V A R I N
  • İCMAL
  • Ə L A V Ə  M Ə L U M A T
  • Hər sahədə dürüst ol
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Hər sahədə dürüst ol
    Allahın məhəbbətindən ayrılmayın
  • Dürüstlüyün xeyri
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Ləl-cavahiratdan qiymətli xüsusiyyət
    Gözətçi qülləsi 2016
Əlavə
Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
lff d. 36
Dərs 36. Kişi sənədi imzalayır.

DƏRS 36

Hər sahədə dürüst olun

Çap versiyası
Çap versiyası
Çap versiyası

Hər kəs dostlarının dürüst olmasını istəyir. Eynilə Yehova da dostlarından dürüstlük gözləyir. Amma bu heç də asan deyil. Çünki yaşadığımız dünyada əksər insanlar nadürüstlük edir. Bununla belə, hər sahədə dürüst olmağın çoxlu faydaları var. Gəlin görək bunlar hansılardır.

1. Ən əsası nəyə görə dürüst olmalıyıq?

Dürüst davrananda Yehovanı sevdiyimizi, Ona hörmət etdiyimizi göstəririk. Bizim düşüncələrimiz, əməllərimiz Yehovanın gözü önündədir (İbranilərə 4:13). Dürüst davranmağımız Yehovanın diqqətindən yayınmır. Bu Ona xoş gedir. Onun Kəlamında deyilir: «Yehova fitnəkardan ikrah edər, amma saleh adamla dostluq edər» (Məsəllər 3:32).

2. Həyatın hansı sahələrində dürüst olmaq lazımdır?

Yehova Kəlamında buyurur: «Bir-birinizə həqiqəti söyləyin» (Zəkəriyyə 8:16, 17). Nə mənada? Ailə üzvlərimizlə, iş yoldaşlarımızla, dindaşlarımızla və hökumət nümayəndələri ilə danışanda biz nə yalan söyləyirik, nə də yanlış məlumat veririk. Dürüst insan oğurluq etmir, heç kimə kələk gəlmir. (Məsəllər 24:28 və Efeslilərə 4:28 ayələrini oxuyun.) Bütün vergiləri ödəyir (Romalılara 13:5—7). Beləliklə, biz hər sahədə dürüst olmağa çalışırıq (İbranilərə 13:18).

3. Dürüst olmağın hansı faydaları var?

Dürüst insana başqaları etibar edir. Dürüst davranışımızla biz yığıncağın mehriban ailə kimi olmasına, hər kəsin özünü arxayın hiss etməsinə töhfə veririk. Həmçinin vicdanımız təmiz olur. Ən əsası, dürüstlüyümüzlə «Xilaskarımız Allahın təlimini» bəzəyirik və başqalarında Yehovaya ibadət etmək istəyi oyadırıq (Titusa 2:10).

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün Yehova dürüstlüyə necə yanaşır, dürüstlüyün bizə hansı faydası var və həyatın müxtəlif sahələrində necə dürüst davrana bilərik.

4. Dürüstlük Yehovaya xoş gedir

Zəbur 44:21 və Məlaki 3:16 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • Həqiqəti ört-basdır edə biləcəyimizi düşünmək nəyə görə ağılsızlıqdır?

  • Sizcə, çətin olanda da düzünü danışırıqsa, Yehova nə hiss edir?

Ata əyilib uşağı ilə söhbət edir. Meyvə şirəsi stola dağılıb.

Uşaqlar düzünü danışanda valideynləri sevinir. Biz də həqiqəti söyləyəndə Yehovaya xoş gedir

5. Hər zaman dürüst davranın

Çoxları düşünür ki, həmişə dürüst davranmağa gərək yoxdur. Amma görün biz nə üçün hər zaman dürüst davranmalıyıq. VİDEOYA baxın.

VİDEO: «Sevinc gətirən amillər. Təmiz vicdan» (2:32)

«Sevinc gətirən amillər. Təmiz vicdan» adlı videodan səhnə. Ben şirkətə böyük ziyan vurduğunu müdirinə deyəndən sonra, onlar əl verib görüşürlər.

İbranilərə 13:18 ayəsini oxuyun və müzakirə edin: Növbəti sahələrdə necə dürüst ola bilərsiniz?

  • Ailədə

  • İşdə və ya məktəbdə

  • Digər sahələrdə

6. Dürüstlüyün xeyri

Bəzən dürüst davranmaq müəyyən problemlərə səbəb olsa da, bu, ən ağıllı hərəkətdir. Zəbur 34:12—16 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Dürüstlüyün sizə hansı xeyri var?

A) Ərlə arvad kofe içə-içə bir-biri ilə söhbət edirlər. B) Müdir mexaniki tərifləyir. C) Kişi polisə vəsiqəsini göstərir.
  1. Ərlə arvad dürüst olanda ailə möhkəm olur

  2. Dürüst işçi müdirin etibarını qazanır

  3. Dürüst vətəndaş hökumət nümayəndələrinin yanında yaxşı ad qazanır

BƏZİ İNSANLAR DEYİR: «Xırda yalanın heç kimə ziyanı yoxdur».

  • Sizcə, nəyə görə Yehova hər cür yalana nifrət edir?

İCMAL

Yehova istəyir ki, dostları hər zaman sözdə və əməldə dürüst olsun.

Təkrar

  • Hansı sahələrdə dürüst olmalıyıq?

  • Həqiqəti ört-basdır edə biləcəyimizi düşünmək nəyə görə ağılsızlıqdır?

  • Nəyə görə hər zaman dürüst olmaq istəyirsiniz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Valideynlər övladlarına dürüst olmağı necə aşılaya bilər?

«Dürüst ol» (1:44)

Verdiyimiz sözü tutmağın hansı faydası var?

«Əhdinə sadiq qal və xeyir-bərəkət qazan» (9:09)

Hətta düzgün məqsədlər üçün istifadə olunmasa belə, vergiləri ödəmək lazımdır?

«Vergiləri ödəmək lazımdır?» («Gözətçi qülləsi», 1 sentyabr 2011)

Görün nadürüst insanı dəyişməyə və halal pul qazanmağa nə təşviq etdi.

«Yehovanın mərhəmətli və bağışlayan olduğunu öyrəndim» («Gözətçi qülləsi», 1 may 2015)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş