Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/9 s. 19—24
  • “Gedin, bütün xalqları şagirdim edin”

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Gedin, bütün xalqları şagirdim edin”
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • “Bütün hakimiyyət Mənə verilmişdir”
  • İnandırıcı səbəblər və düzgün meyllər
  • “Bütün xalqları şagirdim edin”
  • “Millətlərin hər çeşid dillərindən”
  • Sən məmnunluq gətirən xidmətə qoşula bilərsənmi?
  • Müxtəlif üsullardan istifadə edirik
  • “Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin”
    Gözətçi qülləsi 2004
  • Şagirdlər balıq əvəzinə adam «ovlayacaq»
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Əsaslı surətdə şahidlik etməyə öyrədilmişik
    Gözətçi qülləsi 2005
  • Dörd şagird çağırılır
    İsa Məsihin həyatı və xidməti
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/9 s. 19—24

“Gedin, bütün xalqları şagirdim edin”

“Göydə və yer üzündə bütün hakimiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün xalqları şagirdim edin” (MATTA 28:18, 19).

1, 2. a) İsa öz davamçılarına hansı tapşırığı verdi? b) İsanın tapşırığı ilə əlaqədar hansı sualları nəzərdən keçirəcəyik?

ERAMIZIN 33-cü ilidir. İsraildə yaz fəslidir və İsanın şagirdləri Qalileyadakı dağa toplaşıblar. Onların dirilmiş Rəbbləri tezliklə göyə qalxacaq, amma əvvəlcə onlara nə isə vacib bir söz deməlidir. İsanın onlara tapşırığı var. Bu nə tapşırıqdır? Şagirdlər bu tapşırığa necə hay verdilər? Və bu tapşırığın bizə hansı aidiyyatı var?

2 İsanın sözləri Matta 28:18-20 ayələrində yazılıb: “Göydə və yer üzündə bütün hakimiyyət Mənə verilmişdir. Beləliklə [“Buna görə”, YD], gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin; və budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm”. İsa dedi: “Bütün hakimiyyət”, “bütün xalqları”, “sizə əmr etdiyim hər şeyə”, “hər gün”. Bu dörd tapşırıqla əlaqədar dörd vacib sual yaranır: İsaya nəyə görə itaət etmək lazımdır? Şagirdlərin hazırlanması işi harada yerinə yetirilməlidir? Nəyi öyrətmək lazımdır? Və bunu nə vaxta qədər etmək lazımdır? Bu sualları sıra ilə nəzərdən keçirəka.

“Bütün hakimiyyət Mənə verilmişdir”

3. İsanın şagirdlər hazırlamaq tapşırığına nəyə görə itaət etməliyik?

3 Birincisi, İsaya nəyə görə itaət edib, onun şagirdlər hazırlamaq tapşırığını yerinə yetirməliyik? İsa demişdir: “Göydə və yer üzündə bütün hakimiyyət Mənə verilmişdir. Beləliklə [“Buna görə”, YD], gedin, bütün xalqları şagirdim edin”. “Buna görə” ifadəsi, tabe olmağımızın zəruri olduğuna ciddi səbəbi göstərir. Bu səbəb ondan ibarətdir ki, İsa (tapşırığı verən kəs) “bütün hakimiyyətə” malikdir. Onun hakimiyyəti nə qədər böyükdür?

4. a) İsanın hakimiyyəti nə dərəcədə böyükdür? b) İsanın malik olduğu hakimiyyətə dair anlayışımız şagirdlər hazırlamaq tapşırığına olan münasibətimizə necə tə’sir etməlidir?

4 İsanın öz yığıncağı üzərində hakimiyyəti var, 1914-cü ildən isə, Allahın həmin ildə qurulmuş Padşahlığı üzərində də hakimiyyətə malikdir (Koloslulara 1:13; Vəhy 11:15). O baş mələkdir və buna görə də sərəncamında yüz milyonlarla mələklərdən ibarət səmavi ordular var (1 Saloniklilərə 4:16; 1 Peter 3:22; Vəhy 19:14-16). Atası ona, adil prinsiplərə itaət etməyən “hər rəyasət, hər hakimiyyət və qüdrəti” məhv etmək hakimiyyəti vermişdir (1 Korinflilərə 15:24-26; Efeslilərə 1:20-23). İsa yalnız dirilərin üzərində hakimiyyətə malik deyil. O, həm də “dirilərin və ölülərin... Hakimi”dir, belə ki, Allah ona ölüm yuxusuna qərq olanları diriltmək qüvvəsi vermişdir (Həvarilərin işləri 10:42; Yəhya 5:26-28). Şübhəsiz ki, bu cür böyük hakimiyyətə malik olan şəxsin əmrinə çox ciddi yanaşmaq lazımdır. Elə bu səbəbdən biz Məsihin “gedin, bütün xalqları şagirdim edin” tapşırığına itaətkarlıqla və həvəslə riayət edirik.

5. a) Peter İsanın sözlərinə necə tabe oldu? b) İsanın göstərişini yerinə yetirməsi Peterə hansı xeyir-duaları gətirdi?

5 Yer üzündəki xidmətinin başlanğıcında İsa, onun hakimiyyətini e’tiraf etməyin və göstərişlərinə itaət etməyin xeyir-dualara gətirib çıxardığını valehedici surətdə öyrətdi. Bir dəfə İsa balıqçı olan Peterə dedi: “Dərin yerə sürün və ov üçün torlarınızı suya atın”. Peter həmin yerdə balıq olmadığına əmin idi, buna görə də İsaya dedi: “Ustad! Bütün gecə çalışdıq, heç bir şey tuta bilmədik”. Lakin Peter həlimliklə əlavə etdi: “Amma Sənin sözünə görə torları atacağam”. Məsihin göstərişinə riayət etdikdən sonra Peter ‘çoxlu balıq tutdu’. Sarsılan Peter: “Ya Rəbb, məndən uzaqlaş; çünki mən günahkar bir adamam”,— deyərək İsanın dizlərinə düşdü”. Lakin İsa cavab verdi: “Qorxma, bu gündən e’tibarən insanları tutacaqsan” (Luka 5:1-10; Matta 4:18). Biz bu hadisədən nə öyrənirik?

6. a) Qeyri-adi balıq ovu haqqındakı mə’lumat İsanın nə cür itaətkarlıq tələb etdiyini necə göstərir? b) Biz İsanı necə təqlid edə bilərik?

6 İsa Peterə, Andreyə və digər həvarilərə “insan tutan balıqçılar” olmaq tapşırığını, ancaq onların qeyri-adi tərzdə çoxlu balıq tutmalarından sonra verdi (Mark 1:16, 17). İsanın kor-koranə itaətkarlıq tələb etmədiyi aydındır. O, balıqçılara, ona qulaq asmağın inandırıcı səbəbini göstərdi. İsanın torları atmağa dair tapşırığına qulaq asmaq gözəl nəticələr verdiyi kimi, onun “insanları tutmaq” tapşırığına qulaq asmaq da böyük xeyir-dualara gətirib çıxaracaqdır. Tam iman gətirərək həvarilər itaət göstərdilər. Sonra deyilir ki, onlar “qayıqları sahilə çıxararaq, hər şeyi atıb, Onun ardınca getdilər” (Luka 5:11). Bu gün başqalarını şagirdlər hazırlamaq işində iştirak etməyə təşviq edərək, biz İsanı təqlid edirik. Biz tələb etmirik ki, insanlar onlara dediyimiz hər bir şeyi başa düşmədən etsinlər. Məsihin tapşırığına itaət göstərməyin səbəblərinə dair inandırıcı səbəblər gətiririk.

İnandırıcı səbəblər və düzgün meyllər

7, 8. a) Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etmək və şagirdlər hazırlamaq üçün, Müqəddəs Kitabdan hansı səbəblər göstərilir? b) Səni təbliğ işini davam etdirməyə Müqəddəs Yazıların hansı hissələri xüsusi olaraq təşviq edir? (Həmçinin haşiyəyə baxın.)

7 Biz Məsihin hökmranlığını qəbul etdiyimiz üçün Padşahlıq haqqındakı xoş xəbərin təbliğində və şagirdlər hazırlamaq işində iştirak edirik. Xeyirxah işlərə təşviq etmək istədiyimiz adamlara Müqəddəs Kitabdan daha hansı dəlilləri gətirə bilərdik? Müxtəlif ölkələrdən olan sadiq Şahidlərin nə dediklərinə baxaq və Müqəddəs Kitabdan gətirilmiş ayələrin onların sözlərini necə təsdiq etdiyinə diqqət yetirək.

8 1951-ci ildə vəftiz olunmuş Roy demişdir: “Özümü Yehovaya həsr edərkən, Ona əbədiyyən xidmət edəcəyimi və’d etdim. Mən bu və’dimin üstündə durmaq istəyirəm” (Məzmur 50:14; Matta 5:37). 1962-ci ildə vəftiz olunmuş Xeter deyir: “Yehovanın mənim üçün etdiyi hər bir şey haqqında düşünəndə, Ona olan minnətdarlığımı sadiq xidmətimlə təzahür etdirmək istəyirəm” (Məzmur 9:1, 9-11; Koloslulara 3:15). 1954-cü ildə vəftiz olunmuş Xannelora deyir: “Hər dəfə xidmətə çıxanda, bizi mələklər dəstəkləyir. Bu isə böyük üstünlükdür!” (Həvarilərin işləri 10:30-33; Vəhy 14:6, 7). 1969-cu ildə vəftiz olunmuş Onor bölüşür: “Yehovanın hökm günü gələndə istəmirəm ki, qonşuluqda yaşayan insanlardan kim isə Yehovanı və Onun Şahidlərini e’tinasızlıqda günahlandırıb, desin: “Məni xəbərdar edən olmayıb!” (Hezekiel 2:5; 3:17-19; Romalılara 10:16, 18). 1974-cü ildə vəftiz olunmuş Klaudio qeyd edir: “Biz xidmətdə “Allahın hüzurunda” və “Məsihdə” iştirak edirik. Bircə təsəvvür et! Biz xidmətdə olanda, iki ən yaxşı Dostumuz bizimlə olur” (2 Korinflilərə 2:17, İ–93)b.

9. a) Peterin və digər həvarilərin nümunəsindən göründüyü kimi, Məsihə hansı meyllərdən itaət etmək lazımdır? b) İnsanları bu gün Allaha və Məsihə itaət etməyə nə təşviq etməlidir və nəyə görə?

9 Qeyri-adi balıq ovu haqqındakı mə’lumat göstərir ki, Məsihə düzgün meyllərdən — məhəbbətdən itaət etmək lazımdır. Peter: “Ya Rəbb, məndən uzaqlaş” deyəndə, İsa uzaqlaşmadı; o, Peteri hansısa günahlarda da ittiham etmədi (Luka 5:8). Getməsi barədə yalvardığına görə İsa Peteri məzəmmət də etmədi. Əksinə, İsa mehribanlıqla dedi: “Qorxma”. Məsihə qeyri-adi qorxu hissindən tabe olmaq düzgün olmazdı. İsa dedi ki, Peter və onun dostları “insan tutan balıqçılar” olacaqlar. Bu gün biz də qorxutmaqla və ya mənfi fikirlər, məsələn, günah hissi oyatmaq və ya utandırmaqla heç kimi Məsihə itaət etməyə məcbur etmirik. Yehovanın ürəyinə yalnız Ona və Məsihə qarşı məhəbbətə əsaslanan səmimi itaətkarlıq sevinc gətirir (Matta 22:37).

“Bütün xalqları şagirdim edin”

10. a) İsanın göstərişinin hansı hissəsi şagirdlərin qarşısında çətin vəziyyət yaradırdı? b) Şagirdlər İsanın göstərişinə necə hay verdilər?

10 Məsihin göstərişi ilə bağlı yaranan ikinci sual ondan ibarətdir ki, şagirdlərin hazırlanması işi harada yerinə yetirilməlidir? İsa öz davamçılarına dedi: “Bütün xalqları şagirdim edin”. İsa xidmətinə başlamazdan əvvəl, başqa xalqlardan olan insanlar, əgər Yehovaya xidmət etmək üçün gəlirdilərsə, İsraildə mehribanlıqla qarşılanırdılar (1 Krallar 8:41-43). İsanın özü əsasən yəhudilərə təbliğ edirdi, lakin indi şagirdlərinə tapşırmışdır ki, bütün xalqlardan olan insanların yanına getsinlər. Əslində onun şagirdlərinin balıq tuta biləcəkləri yer və ya təbliğ sahələri balaca “gölməçə” ilə — təbii yəhudilərlə məhdud idi, lakin bu sahə tezliklə özünə bəşəriyyətin bütün “dənizini” daxil edərək genişləndi. Bu cür dəyişikliklər böyük sə’ylər tələb etsə də, şagirdlər İsanın tapşırığına həvəslə itaət etdilər. İsanın ölümündən 30 il keçməmiş həvari Pavel Müjdənin təkcə yəhudilərə deyil, ‘göy altında olan hər məxluqa təbliğ edildiyini’ söyləyə bildi (Koloslulara 1:23).

11. XX əsrin başlanğıcından e’tibarən “tor atmaq” işi nə qədər genişləndi?

11 Təbliğ sahəsinin buna bənzər genişlənməsi müasir dövrümüzdə baş verdi. XX əsrin əvvəllərində yalnız ayrı-ayrı ölkələrdə “tor atılırdı”. Bununla belə, Məsihin həmən dövrdə yaşayan şagirdləri I əsrin məsihçilərinin nümunəsini təqlid edir və təbliğ etdikləri ərazini fəal surətdə genişləndirirdilər (Romalılara 15:20). XX əsrin 30-cu illərinin əvvəllərinə yaxın onlar təxminən yüz ölkədə şagirdlər hazırlayırdılar. Bu gün biz 235 ölkədə və ərazilərdə “tor atırıq” (Mark 13:10).

“Millətlərin hər çeşid dillərindən”

12. Zəkarya 8:23 ayəsindəki peyğəmbərlik diqqəti nəyə yönəldir?

12 Bütün xalqlardan şagird hazırlamaq yalnız ərazi həcminə görə deyil, həm də dillərin çoxluğuna görə böyük sə’ylər tələb edən işdir. Zəkarya peyğəmbərin vasitəsilə Yehova qabaqcadan demişdir: “O günlərdə millətlərin hər çeşid dillərindən on adam bir Yəhudinin ətəyinə yapışacaqlar və: Sizinlə gedirik, çünki Allahın sizinlə bərabər olduğunu eşitdik, deyərək yapışacaqlar” (Zəkarya 8:23). Bu peyğəmbərliyin böyük icrasında “Yəhudi” — məsh edilmiş məsihçilərin qalığını, “on adam” isə, ‘böyük izdihamı’ təmsil edirc (Vəhy 7:9, 10; Qalatiyalılara 6:16). Zəkaryanın qeyd etdiyi kimi, Məsihin şagirdlərinin böyük izdihamını millətlərin hər çeşid dillərindən toplamaq lazım idi. Allahın xalqının müasir tarixi bunu təsdiq edirmi? Bəli, edir.

13. a) Müasir dövrdə Allahın xalqı arasında dillərə dair hansı dəyişiklik baş verdi? b) Sadiq qul sinfi müxtəlif dillərdə ruhani qidaya artan tələbata necə reaksiya göstərir? (“Kor insanlar üçün nəşrlər” çərçivəsindən fikirləri daxil edin.)

13 1950-ci ildə, bütün dünyada yaşayan Yehovanın Şahidlərinin 5-dən 3-nün ana dili ingilis dili idi. 1980-ci il üçün nisbət 5-dən 2-yə qədər dəyişdi, bu gün isə ingilis dili 5 Şahiddən yalnız 1-nin ana dilidir. “Sadiq və ağıllı qul” bu cür dəyişikliyə necə reaksiya göstərdi? O, ruhani qidanı daha çox dillərdə təqdim etməyə başladı (Matta 24:45). Məsələn, 1950-ci ildə bizim ədəbiyyat 90 dildə dərc olunurdu, bu gün isə dillərin sayı təxminən 400-ə qədər artıb. Müxtəlif dillərdə danışan insanlara göstərilən bu cür böyük diqqət səmərə gətirdimi? Əlbəttə! Bütün il boyu hər həftə “bütün... dillərdən” təxminən 5 000 adam Məsihin şagirdi olur! (Vəhy 7:9). Artım isə davam edir. Ayrı-ayrı ölkələrdə zəngin “balıq ovu” müşahidə edilir! (Luka 5:6; Yəhya 21:6).

Sən məmnunluq gətirən xidmətə qoşula bilərsənmi?

14. Bizim təbliğ etdiyimiz ərazidə yaşayan əcnəbidilli adamlara necə kömək etmək olar? (“Jest dili və şagirdlərin hazırlanması” çərçivəsindən fikirləri də daxil edin.)

14 Bir çox qərb ölkələrinə mühacirlərin gəlişi ilə həmən ölkələrdə ‘hər dildə’ danışan insanlar arasında şagirdlər hazırlamaq imkanı yaranıb (Vəhy 14:6). Bizim təbliğ etdiyimiz ərazidə yaşayan əcnəbidilli adamlara necə kömək etmək olar? (1 Timoteyə 2:4). Biz, məcazi dillə desək, düzgün balıqçılıq alətlərindən istifadə edə bilərik. Bu cür insanlara öz ana dillərində ədəbiyyat təklif et. Əgər mümkündürsə, qayğı göstər ki, həmin adamlara bu dili bilən Şahid baş çəksin (Həvarilərin işləri 22:2). Bunu etmək indi daha asandır, çünki bir çox Şahidlər başqalarına Məsihin şagirdləri olmaqda kömək etmək üçün başqa dil öyrəniblər. Hesabatlar göstərir ki, bu cür kömək əli uzatmaq təbliğçilərə məmnunluq gətirir.

15, 16. a) Hansı nümunələr göstərir ki, başqa dildə danışan adamlara kömək etmək məmnunluq gətirir? b) Əcnəbidilli ərazidə xidmət etməklə bağlı olan hansı sualların üzərində düşünməyə dəyər?

15 Padşahlıq haqqındakı təbliğ işinin mütəşəkkil surətdə 34 dildə yerinə yetirildiyi ölkədə — Niderlandda baş verən iki nümunəni nəzərdən keçirək. Şahid ər-arvad polyakdilli mühacirlər arasında şagirdlər hazırlamaq çağırışına hay verdilər. Onların cəhdinə elə yaxşı hay verdilər ki, ər həftə ərzində daha bir günü maraqlanan adamlarla Müqəddəs Kitabın öyrənməsinə ayırmaq üçün dünyəvi işinə az vaxt həsr etməyə başladı. Tezliklə bu ər-arvad hər həftə 20-dən artıq Müqəddəs Kitab öyrənməsi keçirirdilər. Onlar qeyd edirlər: “Xidmətimiz bizə böyük sevinc gətirir”. Şagird hazırlamaq işində iştirak edənlər Müqəddəs Kitab həqiqətlərini öz ana dilində eşidən insanlardan minnətdarlıq eşidəndə, xüsusi sevinc hissi duyurlar. Məsələn, vyetnam dilində keçirilən görüş zamanı yaşlı bir kişi ayağa qalxıb söz istədi. Gözləri yaşlı, Şahidlərə dedi: “Çox sağ olun ki, mənim çətin dilimi öyrənmək üçün sə’y göstərirsiniz. Qoca vaxtımda çox gözəl Müqəddəs Kitab həqiqətlərini öyrənməyimə çox xoşbəxtəm”.

16 Buna görə də təəccüblü deyil ki, əcnəbidilli yığıncaqlarda xidmət edənlər böyük məmnunluq hissi duyurlar. Böyük Britaniyadan olan bir ər-arvad bunları söylədilər: “Əcnəbidilli ərazidə təbliğ etmək, yəqin ki, 40 il ərzində Padşahlığın maraqları üçün etdiyimiz xidmətin ən ruhlandırıcısı olmuşdur”. Xidmətin şövqləndirici bu növündə iştirak etmək üçün sən həyatında nəyi isə dəyişə bilərdinmi? Əgər məktəbdə oxuyursansa, əcnəbi dil öyrənərək bu cür xidmətə hazırlaşa bilərdinmi? Bu, xeyir-dualarla dolu məmnunedici həyata yol aça bilər (Süleymanın məsəlləri 10:22). Bu barədə nəyə görə valideynlərinlə danışmayasan?

Müxtəlif üsullardan istifadə edirik

17. Nəyin sayəsində yığıncağımızın ərazisində daha çox insanlar tapmaq olar?

17 Aydındır ki, şəraitlər bizlərdən əksəriyyətimizə əcnəbidilli ərazilərdə “tor atmağa” imkan vermir. Lakin biz, ehtimal ki, daha çox insanları yığıncağımızın ərazisində tapa bilərdik. Necə? Çatdırdığımız xəbərə deyil, təbliğ üsullarımıza dəyişiklik daxil etməklə. Bir çox ölkələrdə insanların daha çox hissəsi yaxşı mühafizə olunan binalarda yaşayır. Bir çox başqaları, xidmətimiz zamanı onlara gələrkən evdə olmurlar. Buna görə biz, günün müxtəlif vaxtlarında və müxtəlif yerlərdə “tor atmalıyıq”. Beləliklə biz İsanı təqlid etmiş olacağıq. O, müxtəlif şəraitlərdə insanlarla söhbət etmək üçün üsullar tapırdı (Matta 9:9; Luka 19:1-10; Yəhya 4:6-15).

18. Müxtəlif yerlərdə təbliğ etmək nə qədər effektlidir? (“İşgüzar ərazidə şagirdlərin hazırlanması” çərçivəsindən fikirləri daxil edin.)

18 Dünyanın bə’zi hissələrində qardaşlarımız insanlar olan hər yerdə şahidlik etməklə effektli surətdə şagirdlər hazırlayırlar. Şagirdlərin hazırlanmasında böyük təcrübəsi olanlar, təbliğləri ilə daha çox müxtəlif əraziləri əhatə etməyə çalışırlar. Artıq təbliğçilər yalnız evdən-evə deyil, lakin hava limanlarında, idarələrdə, mağazalarda, avtomobil və avtobus dayanacaqlarında, küçələrdə, parklarda, çimərliklərdə və digər yerlərdə şahidlik edirlər. Havayada yeni vəftiz olunmuş Şahidlərdən olduqca çoxu həqiqətlə təbliğin məhz bu cür növü sayəsində tanış olmuşlar. Müxtəlif üsulların istifadə olunması bizə, İsanın şagirdlər hazırlamaq tapşırığını tam surətdə yerinə yetirməyə kömək edir (1 Korinflilərə 9:22, 23).

19. Növbəti məqalədə hansı suallar nəzərdən keçiriləcək?

19 İsanın şagirdlər hazırlamaq tapşırığı özünə yalnız nəyə görə və harada şagirdlər hazırlamağın təfsilatlarını daxil etmir, həm də nəyi öyrətməli və bunu nə vaxta qədər etməli olduğumuzu göstərir. Bu suallar növbəti məqalədə nəzərdən keçiriləcək.

[Haşiyələr]

a Biz bu məqalədə birinci iki sualı müzakirə edəcəyik. Qalan ikisi növbəti məqalədə müzakirə olunacaq.

b Təbliğ etmək üçün əlavə səbəbləri Süleymanın məsəlləri 10:5; Amos 3:8; Matta 24:42; Mark 12:17; Romalılara 1:14, 15 ayələrində tapmaq olar.

c Bu peyğəmbərliyin yerinə yetdiyinə dair daha geniş mə’lumatı “Gözətçi Qülləsi”nin 2001-ci il 1 avqust sayının 8, 9-cu səhifələrində və Yehovanın Şahidləri tərəfindən dərc edilmiş “İşayanın peyğəmbərliyi — bütün bəşəriyyət üçün işıqdır” kitabının (türk.) II cildində, 408-ci səhifədə tapmaq olar.

Xatırlayırsınızmı?

• Biz Padşahlıq haqqındakı təbliğ və şagirdlərin hazırlanması işində hansı səbəblərdən və hansı meyllərlə iştirak edirik?

• Bizim günlərdə Yehovanın xidmətçiləri İsanın bütün xalqlardan şagirdlər hazırlamaq tapşırığını hansı dərəcədə yerinə yetirirlər?

• “Balıq ovlamaq işində” müxtəlif üsullardan necə istifadə edə bilərik və bunu etmək nə üçün lazımdır?

[20-ci səhifədəki çərçivə/şəkillər]

Kor insanlar üçün nəşrlər

Albert ABŞ-da yaşayır. O, məsihçi ağsaqqal və tammüddətli xidmətçidir. Onun gözləri kordur. Brayl şrifti ilə dərc olunan Müqəddəs Kitab nəşrləri ona öz xidmətini, o cümlədən xidməti nəzarətçi vəzifəsini daha effektli surətdə yerinə yetirməyə kömək edir. O, yığıncaqdakı tapşırıqlarının öhdəsindən necə gəlir?

Sədrlik edən nəzarətçi Ceyms deyir: “Bizim yığıncaqda heç zaman Albert kimi yaxşı xidməti nəzarətçi olmayıb”. Albert ABŞ-da yaşayan, uzun illər ərzində Brayl şrifti ilə ingilis və ya ispan dillərində çap edilmiş nəşrlər alan təxminən 5 000 kordan biridir. Qeyd etməyə dəyər ki, 1912-ci ildən sadiq qul sinfi Brayl şrifti ilə yüzdən artıq ədəbiyyat çap etmişdir. Hal-hazırda, müasir texnologiyaların sayəsində Yehovanın Şahidlərinin tipoqrafiyalarında hər il ondan artıq dildə Brayl şrifti ilə milyonlarla səhifələr hazırlanır. Bu səhifələr sonra 70-dən artıq ölkəyə göndərilir. Kor olanlar üçün Brayl şrifti ilə çap edilmiş nəşrlərdən istifadə edə bilən kimi isə tanıyırsanmı?

[21-ci səhifədəki çərçivə/şəkil]

Jest dili və şagirdlərin hazırlanması

Bütün dünyada çalışqan gənc təbliğçilər də daxil olmaqla, minlərlə Şahidlər karlara Məsihin şagirdləri olmaqda kömək etmək üçün jest dilini öyrənmişlər. Nəticədə yalnız Braziliyada son bir il ərzində 63 kar adam vəftiz olunmuş və 35 kar Şahid isə tammüddətli müjdəçi kimi xidmət edir. Bütün dünyada jest dilində 1 200-dən artıq yığıncaq və qruplar mövcuddur. Rusiyadakı jest dilində olan teokratik rayon ərazisinə görə dünyada ən böyük rayondur, çünki özünə bütün ölkəni daxil edir!

[22-ci səhifədəki çərçivə]

İşgüzar ərazidə şagirdlərin hazırlanması

İşgüzar adamlara onların iş yerlərində baş çəkərək, Havayada bacımız nəqliyyat kompaniyasının müdiriyyətinin yanına gəldi. Məşğul olduğuna baxmayaraq, kişi Müqəddəs Kitabı hər həftə 30 dəqiqə ərzində öz ofisində öyrənməyə razılıq verdi. Hər çərşənbə günü səhər o öz əməkdaşlarına ona zəng vurmamağı tapşırır, sonra isə diqqətini bütünlüklə öyrənməyə yönəldir. Başqa bir bacı Havayada Müqəddəs Kitabı həftədə bir dəfə ayaqqabı tə’miri e’malatxanasının sahibəsi ilə öyrənir. Öyrənmə birbaşa piştaxtanın arxasında keçirilir. Müştəri gələndə bacı kənara çəkilir. Müştəri getdikdən sonra isə öyrənməni davam edirlər.

Həm müdir, həm də e’malatxananın sahibəsi Müqəddəs Kitabı ona görə öyrənməyə başlamışlar ki, Şahidlər təşəbbüs göstərərək müxtəlif yerlərdə “tor atırlar”. Evdə çətin tapılan adamlarla yığıncağının ərazisində başqa harada qarşılaşmağın mümkün olduğunu bilirsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş