Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 97
  • Üzüm bağındakı işçilər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Üzüm bağındakı işçilər
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Üzüm bağındakı işçilər barədə məsəl
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Rəhbərlərin iç üzü ortaya çıxır
    İsa Məsihin həyatı və xidməti
  • Üzümlük barədə iki məsəl
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • «Allahın salehliyini həyatınızda həmişə birinci yerə qoyun»
    Gözətçi qülləsi 2010
İsa Məsihin həyatı və xidməti
gt fəs. 97

Fəsil 97

Üzüm bağındakı işçilər

İNDİ İsa bir məsəl danışır. Bu məsəlin köməyi ilə o, «birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq» sözlərinin mənasını açıqlayır. O sözə başlayır: «Səmavi padşahlıq, səhər tezdən durub üzümlüyündə işləmək üçün adam tutmağa çıxan bir mülkədara bənzəyir».

«Mülkədar işçilərlə gününü bir dinara danışıb onları üzümlüyünə göndərdi. O, səhər saat doqquzda yenidən çölə çıxdı və bazar meydanında bikar durmuş bir neçə adam gördü və onlara dedi: “Siz də üzümlüyə gedin. Haqqınızı verəcəyəm”. Onlar getdilər. Mülkədar həm günorta saat on ikidə, həm üçdə çölə çıxdı və eyni şeyi etdi. O, axşamüstü saat beşdə də çölə çıxıb orada duran adamları gördü və onlara dedi: “Niyə bütün günü boş-bikar durmusunuz?” Onlar cavab verdilər: “Heç kəs bizə iş verməyib”. Mülkədar onlara dedi: “Siz də üzümlüyümə gedin”».

Mülkədar Yehova Allah, üzümlük isə İsrail xalqıdır. Üzümlükdə işləyən işçilər həvarilərin dövründə yaşayan və Qanun əhdinə tabe olan yəhudiləri təmsil edir. Mülkədar əmək haqqının məbləği barədə yalnız bütün günü işləyənlərlə sövdələşir. Bir günlük əmək haqqı bir dinardır. Səhər saat doqquzda gələnlər 9, günorta on ikidə gələnlər 6, üçdə gələnlər 3, axşamüstü beşdə gələnlər isə cəmi 1 saat işləyirlər.

«Səhər tezdən» işə çıxıb 12 saat işləyən işçilər daima dini fəaliyyətlə məşğul olan yəhudi rəhbərlərini təmsil edir. Onlardan fərqli olaraq, İsanın şagirdləri uzun illər boyu balıqçılıqla, yaxud digər peşələrlə məşğul olmuşlar. Yalnız eramızın 29-cu ilinin payızında «Mülkədar» bu şagirdləri toplamaq üçün İsa Məsihi yer üzünə göndərdi. Onlar «axırıncı», başqa sözlə, axşamüstü 5-də gələn işçilər oldular.

Beləliklə, simvolik iş günü İsanın ölümü ilə başa çatır, artıq işçilərə əmək haqqı verməyin vaxtıdır. Bu məsəldə əmək haqqı əvvəlcə sonuncu gələnlərə verilir. «Axşam düşəndə üzümlüyün sahibi nökərbaşıya dedi: “İşçiləri çağır və sonuncudan başlayıb birinciyə qədər hamısının zəhmət haqqını ver”. Saat beşdən işləyənlər gəldilər və hərəsi bir dinar aldı. İşə birinci başlayanlar isə elə düşünürdülər ki, daha çox alacaqlar. Amma onlara da bir dinar verildi. Onlar pulu alanda mülkədara narazılıq etdilər: “Bu axırıncılar cəmi bir saat işləyiblər. Biz isə bütün günü bu istidə əlləşib-vuruşmuşuq. Amma sən onları bizə tay elədin”. Mülkədar onlardan birinə dedi: “Qardaş, mən sənə haqsızlıq etmirəm. Səninlə bir dinara danışmamışıq? Haqqını al, çıx get. Mən axırıncılara da bu qədər vermək istəyirəm. Özüm bilərəm, öz pulumla nə edirəm. Yoxsa xeyirxah olduğumu görüb paxıllığın tutur?” Beləcə, axırıncılar birinci, birincilər də axırıncı olacaq».

Əmək haqqı İsa ölən vaxt yox, eramızın 33-cü ilinin Əllinci gün bayramında «nökərbaşı»nın, yəni Məsihin şagirdləri üzərinə müqəddəs ruh tökülən zaman verilir. İsanın bu şagirdləri «axırıncı», başqa sözlə, saat beşdə gələn işçilərdir. Dinar müqəddəs ruh ənamının özü deyil. Dinar ruhani İsrailin üzvü olub Allahın Padşahlığını təbliğ etmək üçün bu ruhla məsh olunmaq şərəfini bildirir. Şagirdlərin indiki və əbədi həyatı ondan asılıdır. Onlar yalnız yerdə ondan istifadə edirlər.

Çox çəkmədən birinci çağırılmış işçilər görürlər ki, İsanın şagirdləri simvolik dinarı alıb ondan istifadə edirlər. Lakin birinci çağırılanlar müqəddəs ruh və onun vasitəsilə verilən Padşahlıq imtiyazlarından da artıq bir şey istəyirlər. Onların narazılığı və deyinməsi nəticədə üzümlükdə çalışan «axırıncıların», yəni Məsihin şagirdlərinin təqib olunmasına gətirib çıxarır.

Bəs görəsən, İsanın bu məsəli təkcə birinci əsrə aiddir? Xeyr. Son əsrlərdə xristian dünyasının din xadimləri əllərində vəzifə və səlahiyyət olduğu üçün Allahın simvolik üzüm bağında «birinci» işçilər oldular. Onlar hesab edirlər ki, Yehovanın Şahidlərinin məsihçi yığıncağının üzvləri Allaha xidmətdə vacib tapşırıq almağa layiq deyillər, yəni «axırıncı»dırlar. Amma məhz din xadimlərinin həqarətlə baxdıqları bu «axırıncılar» dinar aldılar. Onlar Allahın Padşahlığının müqəddəs ruhla məsh olunmuş səfirləri şərəfinə layiq görüldülər. Matta 19:30—20:16.

▪ Üzümlük nədir? Mülkədar, 12 saat və 1 saat işləyən işçilər kimləri təmsil edir?

▪ Simvolik iş günü nə vaxt başa çatdı və əmək haqqı nə zaman verildi?

▪ Dinar nəyi bildirir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş