Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/2 s. 3—18
  • Yehovanın xalqı bəxtiyardır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın xalqı bəxtiyardır
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Ruhani tələbatların dərk edilməsi
  • Yaslılar necə bəxtiyar ola bilərlər?
  • Həlimlər bəxtiyardırlar
  • Salehliyə susayanlar bəxtiyardırlar
  • Mərhəmətli olanlar bəxtiyardırlar
  • Ürəyi təmiz olanlar və sülhpərvərlər
  • İsanın sözləri bizə necə bəxtiyarlıq gətirə bilər?
    Gözətçi qülləsi 2009
  • Xoşbəxt Allaha ibadət edənlər bəxtiyardır
    Gözətçi qülləsi 2018
  • Xoşbəxtliyə necə nail olmaq olar?
    Gözətçi qülləsi 2010
  • Başqaları ilə necə rəftar etməliyik?
    Gözətçi qülləsi 2008
Gözətçi qülləsi 2005
w05 1/2 s. 3—18

Yehovanın xalqı bəxtiyardır

«Ruhən yoxsullar [«ruhani tələbatlarını dərk edənlər», YD] nə bəxtiyardırlar!» (MATTA 5:3).

1. Əsl bəxtiyarlıq nədir və o nəyi göstərir?

BƏXTİYARLIQ — Yehovanın xalqının malik olduğu qiymətli əmlakdır. Məzmurçu Davud nida edirdi: «Nə bəxtiyardır Allahı Rəbb [«Yehova», YD] olan xalq!» (Məzmur 144:15). Bəxtiyarlıq — dərin məmnunluq və sevinc hissidir. Əsl bəxtiyarlıq, bizi bütünlüklə əhatə edən bir hissdir; bu hiss, Yehovanın bizə xeyir-dua verdiyini dərk etməkdən hasil olur (Süleymanın məsəlləri 10:22). Bu cür bəxtiyarlıq bizim səmavi Atamızla yaxın qarşılıqlı münasibətimiz olduğunu və Onun iradəsini yerinə yetirdiyimizi göstərir (Məzmur 112:1; 119:1, 2). İsa Məsih xoşbəxt olmağımız üçün doqquz səbəb sadalamışdır. Bunları bu və növbəti məqalədə nəzərdən keçirərək, «xoşbəxt Allah» olan Yehovaya sadiq xidmət edənlərin nə dərəcədə xoşbəxt olduqlarını başa düşəcəyik (1 Timoteyə 1:11, YD).

Ruhani tələbatların dərk edilməsi

2. İsa xoşbəxtlik haqqında nə vaxt danışmışdır və o, öz təbliğinə nədən başlamışdır?

2 İsa eramızın 31-ci ilində bütün dövrlərin ən məşhur nitqini söyləmişdir. Həmin nitq Dağüstü təbliğ adlanır, çünki İsa onu Qalileya dənizi yaxınlığındakı dağın döşündə söyləmişdir. Mattanın Müjdəsində oxuyuruq: «İsa izdihamı görüb dağa çıxdı; və Özü oturduqda, şagirdləri Onun yanına gəldilər. Və O, söz açıb onlara belə öyüd verdi: “Ruhən yoxsullar [«ruhani tələbatlarını dərk edənlər», YD] nə bəxtiyardırlar!”». Bir tərcümədə İsanın giriş sözləri hərfi olaraq belə tərcümə edilmişdir: «Ruhən sədəqə axtaranlar bəxtiyardırlar» (Matta 5:1-3). Başqa bir tərcümədə isə bu ifadə belə verilmişdir: «Haqq-Taalaya olan tələbatlarını dərk edənlər xeyir-dua alırlar».

3. Həlimlik xoşbəxt olmağımıza necə kömək edir?

3 Dağ döşündə söylədiyi təbliğində İsa izah etdi ki, insan öz ruhani tələbatlarını dərk etsə, daha da xoşbəxt olar. Həlim məsihçilər günahkar olduqlarını tam surətdə e’tiraf edərək, Məsihin qurbanlığı əsasında Yehovadan onları bağışlamasını diləyirlər (1 Yəhya 1:9). Beləliklə onlar qəlb rahatlığına və həqiqi xoşbəxtliyə nail olurlar. «Asiliyi bağışlanan, günahı əfv olunan insan nə bəxtiyardır!» (Məzmur 32:1; 119:165).

4. a) Ruhani tələbatlarımızı dərk etdiyimizi və yaxınlarımızın ruhani tələbatlarının qayğısına qaldığımızı necə göstərə bilərik? b) Ruhani tələbatlarımızı dərk etməklə, biz necə daha da xoşbəxt oluruq?

4 Öz ruhani tələbatlarımızı dərk etməyimizin sayəsində gündəlik olaraq Müqəddəs Kitabı oxumağa, «sadiq və ağıllı qul»un vaxtlı-vaxtında təqdim etdiyi ruhani qidanı məmnuniyyətlə dadmağa və müntəzəm olaraq yığıncaq görüşlərində iştirak etməyə təşviq olunuruq (Matta 24:45; Məzmur 1:1, 2; 119:111; İbranilərə 10:25). Yaxınlarımıza olan məhəbbət hissi bizi təşviq edir ki, onların da ruhani tələbatlarının qayğısına qalaq və Padşahlıq haqqındakı xoş xəbəri sə’ylə təbliğ edərək, Allahın həqiqətlərini onlara da öyrədək (Mark 13:10; Romalılara 1:14-16). Biz Müqəddəs Kitab həqiqətlərini başqaları ilə bölüşərək, daha xoşbəxt oluruq (Həvarilərin işləri 20:20, 35). Padşahlığa olan gözəl ümid və onun gətirəcəyi xeyir-dualar haqqında düşünəndə, daha da xoşbəxt oluruq. Məsh edilmiş məsihçilərin «kiçik sürü»sünün Padşahlığa olan ümidi, Məsihlə birlikdə idarə edəcəkləri göylərdəki ölməz həyatla bağlıdır (Luka 12:32; 1 Korinflilərə 15:50, 54). ‘Başqa qoyunlar’ üçün isə bu ümid, Padşahlığın rəhbərliyi altında yer üzündə olacaq Cənnətdəki əbədi həyatla bağlıdır (Yəhya 10:16; Məzmur 37:11; Matta 25:34, 46).

Yaslılar necə bəxtiyar ola bilərlər?

5. a) «Yaslı olanlar nə bəxtiyardırlar» ifadəsi nə deməkdir? b) Yaslı olanlar təsəllini necə tapırlar?

5 İsanın xatırlatdığı bəxriyarlıq üçün növbəti səbəb ilk baxışdan ziddiyyətli görünür: «Yaslı olanlar nə bəxtiyardırlar! Çünki onlar təsəlli tapacaqlar» (Matta 5:4). Məgər yaslı adam xoşbəxt ola bilərmi? İsanın sözlərini başa düşmək üçün onun nəyi nəzərdə tutduğunu aydınlaşdırmaq tələb olunur. Şagird Yaqub bizim günahlı vəziyyətimizin kədərlənmək üçün səbəb olduğunu izah etmişdir. O yazmışdır: «Ey günahkarlar, əllərinizi təmizləyin! Ey mütərəddidlər, ürəklərinizi saflaşdırın! Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün! Rəbbin hüzurunda alçalın, O isə sizi yüksəldəcəkdir» (Yaqub 4:8-10). Öz günahlı vəziyyətləri ucbatından həqiqətən də kədərli olanlar Məsihin fidiyə qurbanlığına iman gətirərək və səmimi qəlbdən tövbə edib, Yehovanın iradəsini yerinə yetirərək, günahlarının bağışlanacağını biləndə təsəlli tapırlar (Yəhya 3:16; 2 Korinflilərə 7:9, 10). Beləliklə onlar Yehova ilə dəyərli qarşılıqlı münasibətlər və Ona xidmət edərək və izzət gətirərək əbədi yaşamaq ümidini qazanırlar. Onlar bundan xoşbəxtlik və sevinc duyurlar (Romalılara 4:7, 8).

6. Bə’ziləri hansı mə’nada yaslıdırlar və onlar təsəllini nədə tapırlar?

6 İsanın sözləri həmçinin yer üzündə baş verən iyrəncliklərə görə yaslı olanlara da aiddir. İsa özü Yeşaya 61:1-3 ayələrində yazılan sözləri özünə aid etdi: «Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbləri sınıq olanların yaralarını sarımaq... yaslıların hamısına təsəlli vermək üçün... Rəbb məni göndərdi». Bu tapşırıq yer üzündə yaşayan məsh edilmiş məsihçilərə də aiddir, onlar bu tapşırığı öz köməkçiləri olan «başqa qoyunlar»la birlikdə yerinə yetirirlər. Məcazi dillə desək, onların hamısı «orada [xristian dünyasını təmsil edən dönük Yerusəlimdə] edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy»urlar (Yezekel 9:4). Bu cür yaslı olanlara Padşahlıq haqqındakı xoş xəbər təsəlli verir (Matta 24:14). Onlar Şeytanın bu pis dünyasının tezliklə Yehovanın salehlik ömür sürəcək yeni dünyası ilə əvəz olunacağını biləndə, özlərini xoşbəxt hiss edirlər.

Həlimlər bəxtiyardırlar

7. «Həlimlik» ifadəsi hansı mə’nanı daşımır?

7 İsa Dağüstü təbliğinə növbəti sözlərlə davam edir: «Həlimlər nə bəxtiyardırlar! Çünki yeri miras alacaqlar» (Matta 5:5). Bə’ziləri həlimliyin zəiflik olduğunu düşünürlər. Lakin bu belə deyil. Bir Müqəddəs Kitab alimi «həlimlər» kimi tərcümə olunan sözü izah edərək yazır: «[Həlim] insanın ən görkəmli xüsusiyyəti tamamilə özünə hakim olmaqdır. Bu, nə iradəsizlik, nə həssaslıq, nə də ki, passivlikdir. Bu, özünü idarə etməyi bacaran güclü insanın xüsusiyyətidir». İsa özü haqqında demişdir: «Mən həlim və qəlbdən təvazökaram» (Matta 11:29). Bununla belə o, ədalətli prinsipləri qətiyyətlə müdafiə edirdi (Matta 21:12, 13; 23:13-33).

8. Həlimlik nə ilə sıx bağlıdır və bu xüsusiyyət insanlarla münasibətimizdə nə üçün vacibdir?

8 Beləliklə, həlimlik özünə hakim olmaq bacarığı ilə sıx bağlıdır. Həvari Pavel ruhun səmərəsini təsvir edərkən bu iki xüsusiyyəti birgə xatırlatmışdır (Qalatiyalılara 5:22, 23). Həlimliyi müqəddəs ruhun köməyilə yetişdirmək lazımdır. Məsihçi şəxsiyyətinə xas olan bu xüsusiyyət yığıncaqdakı bacı-qardaşlarla və başqa insanlarla sülhdə olmağa kömək edir. Pavel yazırdı: «Şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin; bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın» (Koloslulara 3:12, 13).

9. a) Nəyə görə həlimlik yalnız insanlarla münasibətdə tələb olunmur? b) Həlimlər hansı mə’nada «yeri miras alacaqlar»?

9 Lakin həlimlik yalnız insanlarla münasibətdə təzahür olunmur. Bu xüsusiyyəti Yehovanın hökmranlığına könüllü surətdə tabe olmağımızla da əks etdiririk. Buna dair ən böyük nümunəni İsa Məsih vermişdir. Yer üzündə yaşayan zaman o, həlim idi. Və Atasının iradəsinə tam şəkildə tabe olurdu (Yəhya 5:19, 30). İsa yer üzünü sözün əsl mə’nasında miras alacaq, çünki o, yerin Hökmdarı tə’yin olunmuşdur (Məzmur 2:6-8; Daniel 7:13, 14). Onun yer üzərində padşahlıq etmək üçün «insanlar arasından» seçilmiş 144 000 «həmvarisləri» var (Romalılara 8:17; Vəhy 5:9, 10; 14:1, 3, 4; Daniel 7:27). Məsih və onun hakimiyyət şərikləri qoyunlarla müqayisə olunan mil­yon­lar­la xoşbəxt insanları idarə edəcəklər. Həmin insanların üzərində məzmurun növbəti peyğəmbərlik sözləri yerinə yetəcəkdir: «Məzlumlar [həlimlər] ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq» (Məzmur 37:11; Matta 25:33, 34, 4 6).

Salehliyə susayanlar bəxtiyardırlar

10. «Salehliyə can atıb susayanlar» necə doya bilərlər?

10 İsa bəxtiyarlığın növbəti səbəbi haqda belə demişdir: «Salehliyə can atıb susayanlar nə bəxtiyardırlar! Çünki onlar doyacaqlar» (Matta 5:6). Məsihçilər üçün salehlik prinsiplərini Yehova tə’yin edir. Buna görə də salehliyə susayanlar, əslində Allahın rəhbərliyinə susamış olurlar. Bu cür insanlar günahlı vəziyyətlərini və qeyri-kamil olduqlarını kəskin surətdə hiss edir və Yehovanın iltifatını qazanmağı çox istəyirlər. Onlar Allahın Kəlamından öyrənəndə ki, tövbə edib, Məsihin fidiyə qurbanlığı əsasında bağışlanmağı diləməklə Allahın gözündə saleh sayıla bilərlər, çox xoşbəxt olurlar! (Həvarilərin işləri 2:38; 10:43; 13:38, 39; Romalılara 5:19).

11, 12. a) Məsh edilmiş məsihçilər salehliyə necə nail olurlar? b) «Başqa qoyunlar» salehliyə olan susuzluqlarını necə tə’min edirlər?

11 İsa demişdir ki, belə insanlar bəxtiyardırlar, ona görə ki, onlar «doyacaqlar», tə’min ediləcəklər (Matta 5:6). Məsihlə göydə padşahlıq etməyə də’vət olunan məsh edilmiş məsihçilər «yaşamaq üçün» saleh e’lan olunurlar (Romalılara 5:1, 9, 16-18). Yehova onları ruhani mə’nada oğulluğa götürür. Onlar Məsihin səmavi Padşahlığında padşah və kahinlər olmaq üçün onun həmvarisləri olurlar (Yəhya 3:3; 1 Peter 2:9).

12 «Başqa qoyunlar» yaşamaq üçün hələ ki, saleh e’lan olunmamışlar. Bununla belə Yehova onları müəyyən dərəcədə saleh sayır, çünki onlar Məsihin tökülən qanına iman edirlər (Yaqub 2:22-25; Vəhy 7:9, 10). Onlar Yehovanın dostları kimi saleh e’lan olunur və «böyük məşəqqət» zamanı azad olunacaqlar (Vəhy 7:14). Onların salehliyə olan susuzluqları «yeni göylər»in rəhbərliyi altında «salehlik ömür» sürəcək ‘yeni yerin’ bir hissəsi olduqları zaman daha çox tə’min olunacaqdır (2 Peter 3:13; Məzmur 37:29).

Mərhəmətli olanlar bəxtiyardırlar

13, 14. Mərhəmətli olduğumuzu əməldə necə göstərə bilərik və bunun bizim özümüz üçün faydası nədədir?

13 İsa Dağüstü təbliğinə davam edərək demişdir: «Mərhəmətli olanlar nə bəxtiyardırlar! Çünki onlara mərhəmət ediləcəkdir» (Matta 5:7). Məhkəmə icraatında mərhəmət etmək adətən əfvlə əlaqədar istifadə olunur. Əfv etmə — cinayətkarın qanun tərəfindən nəzərdə tutulan cəzadan azad edilməsi və ya cəzasının yüngülləşdirilməsidir. Müqəddəs Kitabda isə «mərhəmət» kimi tərcümə olunan söz əsas e’tibarilə rəhm və şəfqət hissindən irəli gələrək məhrum edilmiş insanlara kömək etməyə hazır olmaq mə’nasını daşıyır. Beləliklə, mərhəmətli olanlar öz şəfqətlərini əməldə göstərirlər. İsanın məsəlindəki xeyirxah samariyalı — fəlakətə düşən adama mərhəmət göstərməyə dair gözəl nümunə vermişdir (Luka 10:29-37).

14 Mərhəmətli olanların nə dərəcədə xoşbəxt olduqlarını dərk etmək üçün köməyə ehtiyac duyanlara yaxşılıq etmək gərəkdir (Qalatiyalılara 6:10). İsanın insanlara ürəyi yanırdı. Bir dəfə «onlara yazığı gəldi; çünki çobansız qoyunlar kimi idilər. Və onlara çox şeylər öyrətməyə başladı» (Mark 6:34). İsa insanların hər şeydən çox ruhani köməyə ehtiyac duyduqlarını başa düşürdü. Biz də insanlarla ən çox ehtiyac duyduqları «Padşahlıq haqqında... Müjdə»ni bölüşməklə şəfqət və mərhəmət təzahür etdirə bilərik (Matta 24:14). Həmçinin yaşlılara, dullara, yetimlərə kömək edə və ‘cəsarətsizlərə’, yə’ni kədərli olanlara təsəlli verə bilərik (1 Saloniklilərə 5:14; Süleymanın məsəlləri 12:25; Yaqub 1:27). Bunun sayəsində biz xoşbəxtlik əldə etməklə bərabər, həm də öz üzərimizdə Yehovanın mərhəmətini hiss edəcəyik (Həvarilərin işləri 20:35; Yaqub 2:13).

Ürəyi təmiz olanlar və sülhpərvərlər

15. Ürəyi təmiz və sülhpərvər olmağa necə nail olmaq olar?

15 Bəxtiyarlığın altıncı və yeddinci səbəbini İsa belə ifadə etmişdir: «Ürəyi təmiz olanlar nə bəxtiyardırlar! Çünki onlar Allahı görəcəklər. Sülhpərvərlər nə bəxtiyardırlar! Çünki onlara Allahın oğulları deyiləcək» (Matta 5:8, 9). Ürək yalnız əxlaqi cəhətdən deyil, həm də ruhani cəhətdən təmiz olmalıdır; bundan əlavə ürək bütünlüklə Yehovaya sadiq olmalıdır (1 Salnamələr 28:9; Məzmur 86:11). Sülhpərvər insanlar isə məsihçi qardaşları ilə, eləcə də əllərindən gəldiyi qədər başqa insanlarla sülhü qoruyurlar (Romalılara 12:17-21). Onlar ‘sülh axtarır’ və ona can atırlar (1 Peter 3:11).

16, 17. a) Nəyə görə məsh edilmişlər «Allahın oğulları» adlanırlar və onlar hansı tərzdə «Allahı görəcəklər»? b) «Başqa qoyunlar» Allahı necə görürlər? c) «Başqa qoyunlar» necə və nə vaxt tam mə’nada «Allahın oğulları» olacaqlar?

16 Təmiz ürəkli sülhpərvər insanlara və’d edilir ki, onlara «Allahın oğulları deyiləcək» və onlar «Allahı görəcəklər». Yehova ruhdan doğulan məsh edilmiş məsihçiləri onlar hələ yerdə yaşayarkən oğulluğa götürür (Romalılara 8:14-17). Dirildikdən sonra göyə daxil olaraq, onlar Məsihlə birlikdə Yehovanın hüzurunda xidmət edir və həqiqətən də Onu görürlər (1 Yəhya 3:1, 2; Vəhy 4:9-11).

17 Sülpərvər «başqa qoyunlar» onların «Əbədi Ata»sı olan Yaxşı Çobana, yə’ni İsa Məsihə tabe olaraq Yehovaya xidmət edirlər (Yəhya 10:14, 16; Yeşaya 9:6). Məsihin Minillik hökmranlığından sonra sonuncu sınağa tab gətirənlər yer üzündə yaşayacaq övladlar kimi Yehova tərəfindən övladlığa götürüləcəklər və «Allahın övladlarının izzətli azadlığına qovuşacaqlar» (Romalılara 8:21; Vəhy 20:7, 9). Onlar bu anı gözləyərək Yehovanı Ata adlandırırlar, çünki onlar həyatlarını Ona həsr etmiş və Onun Həyatverən olduğunu qəbul edirlər (Yeşaya 64:8). Qədimdə yaşamış Əyyub və Musa kimi, onlar Allahı imanın gözləri ilə «görür»lər (Əyyub 42:5; İbranilərə 11:27). Onlar ‘ürəyin gözləri’ ilə baxaraq və Allah haqqında dəqiq bilik əldə edərək, Yehovanın gözəl keyfiyyətlərini görür və Onun iradəsini yerinə yetirərək, Allahı təqlid etməyə çalışırlar (Efeslilərə 1:18; Romalılara 1:19, 20; 3 Yəhya 11).

18. İsa həqiqi xoşbəxtliyin hansı ilk yeddi səbəbini xatırlatdı?

18 Öyrəndik ki, ruhani tələbatlarını dərk edənlər, yaslılar, həlimlər, salehliyə can atıb susayanlar, mərhəmətli olanlar və sülhpərvərlər Yehovaya xidmətdən həqiqi xoşbəxtlik duyurlar. Lakin belə insanlar həmişə qarşıdurmalarla, hətta tə’qiblərlə qarşılaşırlar. Bu onların xoşbəxtliyini pozurmu? Bu sualı növbəti məqalədə müzakirə edəcəyik.

Təkrar

• Ruhani tələbatlarını dərk edənlər hansı cəhətlərdən xoşbəxtdirlər?

• Yaslılar təsəllini necə tapırlar?

• Həlimliyi necə təzahür etdirmək olar?

• Nəyə görə mərhəmətli, ürəyi təmiz və sülhpərvər olmalıyıq?

[7-ci səhifədəki şəkil]

Ruhən yoxsullar nə bəxtiyardırlar!

[7-ci səhifədəki şəkillər]

Salehliyə can atıb susayanlar nə bəxtiyardırlar!

[7-ci səhifədəki şəkil]

Mərhəmətli olanlar nə bəxtiyardırlar!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş