-
Üzüm bağındakı işçilərİsa Məsihin həyatı və xidməti
-
-
Beləliklə, simvolik iş günü İsanın ölümü ilə başa çatır, artıq işçilərə əmək haqqı verməyin vaxtıdır. Bu məsəldə əmək haqqı əvvəlcə sonuncu gələnlərə verilir. «Axşam düşəndə üzümlüyün sahibi nökərbaşıya dedi: “İşçiləri çağır və sonuncudan başlayıb birinciyə qədər hamısının zəhmət haqqını ver”. Saat beşdən işləyənlər gəldilər və hərəsi bir dinar aldı. İşə birinci başlayanlar isə elə düşünürdülər ki, daha çox alacaqlar. Amma onlara da bir dinar verildi. Onlar pulu alanda mülkədara narazılıq etdilər: “Bu axırıncılar cəmi bir saat işləyiblər. Biz isə bütün günü bu istidə əlləşib-vuruşmuşuq. Amma sən onları bizə tay elədin”. Mülkədar onlardan birinə dedi: “Qardaş, mən sənə haqsızlıq etmirəm. Səninlə bir dinara danışmamışıq? Haqqını al, çıx get. Mən axırıncılara da bu qədər vermək istəyirəm. Özüm bilərəm, öz pulumla nə edirəm. Yoxsa xeyirxah olduğumu görüb paxıllığın tutur?” Beləcə, axırıncılar birinci, birincilər də axırıncı olacaq».
-
-
Üzüm bağındakı işçilərİsa Məsihin həyatı və xidməti
-
-
Çox çəkmədən birinci çağırılmış işçilər görürlər ki, İsanın şagirdləri simvolik dinarı alıb ondan istifadə edirlər. Lakin birinci çağırılanlar müqəddəs ruh və onun vasitəsilə verilən Padşahlıq imtiyazlarından da artıq bir şey istəyirlər. Onların narazılığı və deyinməsi nəticədə üzümlükdə çalışan «axırıncıların», yəni Məsihin şagirdlərinin təqib olunmasına gətirib çıxarır.
-
-
Üzüm bağındakı işçilərİsa Məsihin həyatı və xidməti
-
-
Bəs görəsən, İsanın bu məsəli təkcə birinci əsrə aiddir? Xeyr. Son əsrlərdə xristian dünyasının din xadimləri əllərində vəzifə və səlahiyyət olduğu üçün Allahın simvolik üzüm bağında «birinci» işçilər oldular. Onlar hesab edirlər ki, Yehovanın Şahidlərinin məsihçi yığıncağının üzvləri Allaha xidmətdə vacib tapşırıq almağa layiq deyillər, yəni «axırıncı»dırlar. Amma məhz din xadimlərinin həqarətlə baxdıqları bu «axırıncılar» dinar aldılar. Onlar Allahın Padşahlığının müqəddəs ruhla məsh olunmuş səfirləri şərəfinə layiq görüldülər. Matta 19:30—20:16.
-