Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Padşah öz xalqını ruhani cəhətdən saflaşdırır
    Allahın Padşahlığı hökmranlıq edir!
    • 1—3. İsa məbədin murdarlandığını görəndə nə etdi?

      İSA MƏSİH Yerusəlimdəki məbədə böyük hörmətlə yanaşırdı, çünki onun nəyi təmsil etdiyindən agah idi. Bu məbəd uzun müddət yer üzündə həqiqi ibadətin mərkəzi olub. Müqəddəs Yehova Allaha edilən bu ibadət təmiz və pak olmalıdır. Buna görə də bir anlıq təsəvvür edin: eramızın 33-cü ilinin nisan ayının 10-da İsa məbədə gəlib onun murdarlandığını görəndə hansı hissləri keçirmişdi! Axı orada nə baş vermişdi? (Mətta 21:12, 13 ayələrini oxuyun.)

      2 Məbədin qeyri-yəhudilər üçün ayrılan həyətində acgöz alverçilər və pul dəyişənlər məbəddə Yehovaya qurban təqdim etmək üçün gələnlərdən sui-istifadə edərək haqsız qazanc əldə edirdiləra. İsa «bütün alverçiləri və müştəriləri qovdu, pul dəyişənlərin masalarını və göyərçin satanların kətillərini [çevirdi]». (Nəhəmya 13:7—9 ayələri ilə müqayisə edin.) Atasının evini «quldur yuvasına» döndərdikləri üçün o, bu xudbin insanları sərt şəkildə məzəmmətlədi. Bununla İsa məbədə və onun təmsil etdiyi həqiqi ibadətə dərin hörmət bəslədiyini göstərdi. Bəli, onun Atasına edilən ibadət pak və təmiz olmalıdır!

  • Padşah öz xalqını ruhani cəhətdən saflaşdırır
    Allahın Padşahlığı hökmranlıq edir!
    • a Ziyarətə gələn yəhudilər məbədin illik vergilərini müəyyən valyuta ilə ödəməli idilər, pul dəyişənlər isə gördükləri iş üçün əlavə pul tələb edirdilər. Üstəlik, ziyarətçilərdən bəziləri qurban gətirmək üçün heyvan almalı olurdular. Görünür, İsanın alverçiləri «quldur» adlandırmasının səbəbi onların insanları soyması idi.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş