-
Rəhbərlərin iç üzü ortaya çıxırİsa Məsihin həyatı və xidməti
-
-
Yehova Allahı təmsil edən «mülkədar» «nökərlərini», yəni peyğəmbərləri «üzüm bağına», «bağbanların» yanına göndərir. Bu «bağbanlar» Müqəddəs Kitabda «üzüm bağı» ilə təmsil olunan İsrail xalqının rəhbərləridir.
-
-
Rəhbərlərin iç üzü ortaya çıxırİsa Məsihin həyatı və xidməti
-
-
Bu rəhbərlər öz dilləri ilə özlərini məhkum edirlər. Axı onlar da Yehova Allahın «üzüm bağı» olan İsrail xalqının «bağbanları» arasındadırlar. Yehova Allah bu bağbanlardan bəhrə, yəni Onun Oğluna — Məsihə iman gətirmələrini gözləyir. Bu bəhrələri vermədiklərinə görə İsa onları xəbərdar edir: «Məgər Müqəddəs Yazılarda: “Bənnaların rədd etdikləri daş əsas guşədaşı oldu. Bunu edən Yehovadır və biz buna heyran qalmışıq”, — sözlərini heç oxumamısınız? Buna görə də eşidin və agah olun, Allahın padşahlığı sizdən alınacaq və onun bəhrəsini gətirən xalqa veriləcək. Həmçinin bunu da bilin ki, bu daşın üstünə yıxılan hər bir kəs əzilib öləcək. Bu daş kimin üstünə düşsə, onu tələf edəcək».
-