Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w13 1/4 s. 7
  • «O... dirilərin Allahıdır»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «O... dirilərin Allahıdır»
  • Gözətçi qülləsi 2013
  • Oxşar material
  • Dirilmə sənə aidiyyatı olan tə’limdir
    Gözətçi qülləsi 2005
  • Dirilməyə olan ümid inandırıcıdır!
    Gözətçi qülləsi 2000
  • Allah İbrahimin imanını sınayır
    Müqəddəs Kitab hekayələri
  • İman sınağı
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Gözətçi qülləsi 2013
w13 1/4 s. 7

ALLAHA YAXINLAŞIN

«O... dirilərin Allahıdır»

Ölüm Allahdan güclüdür? Əlbəttə yox! Nə ölüm, nə də başqa bir şey «Külli-İxtiyar Allah» olan Yehovadan güclü ola bilməz (1 Korinflilərə 15:26; Çıxış 6:3). Allah ölümü aradan qaldırmaq iqtidarındadır və söz verir ki, yer üzü Cənnət olanda ölüləri diriltməklə bunu edəcəka. Onun vədi nə dərəcədə etibarlıdır? İsa Məsihin bununla əlaqədar dediyi sözləri bizdə ümid yaradır. (Matta 22:31, 32 ayələrini oxuyun.)

Dirilməyə inanmayan sadukeylərlə (din xadimləri) söhbətində İsa peyğəmbər demişdi: «O ki qaldı ölülərin dirilməyinə, məgər Allahın sizə: “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”, — dediyini oxumamısınız? Bəli, O, ölülərin yox, dirilərin Allahıdır». Burada İsa b. e. ə. 1514-cü ildə Musa peyğəmbərin Allahla yanan kolun yanındakı söhbətinə istinad edir (Çıxış 3:1—6). İsa Məsihin sözlərinə əsasən, Yehova Allahın Musaya dediyi: «Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam», — sözləri dirilmə haqda vədin hökmən yerinə yetəcəyinə dəlalət edir. Nəyə görə belə nəticəyə gəlmək olar?

Kontekstə nəzər salaq. Yehova Musa ilə danışdığı zaman Allahın qulları olan İbrahim, İshaq və Yaqub artıq çoxdan vəfat etmişdilər. İbrahim 329, İshaq 224, Yaqub isə 197 il idi ki, həyatda yox idi. Bununla belə, Yehova Allah Çıxış 3:6 ayəsindəki sözləri keçmiş yox, sanki, onların üçü də hələ sağmış kimi, indiki zamanda demişdi. Nəyə görə?

İsa peyğəmbər izah etmişdi: «O, [Yehova] ölülərin yox, dirilərin Allahıdır». Gəlin bir anlıq bu sözlərin mənası üzərində düşünək. Əgər ölülərin dirilməsi olmasa, İbrahim, İshaq və Yaqub heç vaxt ölüm pəncəsindən azad ola bilməzlər. Belə halda Yehova dirilərin yox, ölülərin Allahı olardı. Onda belə çıxacaqdı ki, ölüm Allahdan güclüdür və O, sadiq xidmətçilərini ölüm əsarətindən azad etməkdə acizdir.

Belə isə, İbrahim, İshaq, Yaqub peyğəmbər kimi ölən sadiq xidmətçilər barədə hansı qənaətə gəlirik? İsa Məsih bu cür təsirli sözlər demişdi: «Onun üçün onların hamısı sağdır» (Luka 20:38). Həqiqətən də, Yehovanın sadiq xidmətçilərini diriltmək niyyəti o qədər qətidir ki, onları ölmüş hesab etmir (Romalılara 4:16, 17). Yehova dirilmə gününə kimi ölən bütün sadiq xidmətçilərini misilsiz yaddaşında saxlayacaq.

Allah ölümdən qat-qat güclüdür

Məgər itirdiyiniz əzizlərinizə qovuşacağınızı bilmək sizi sevindirmir? Heç vaxt unutmayın ki, Allah ölümdən qat-qat güclüdür. Yehovaya ölüləri diriltmək niyyətini həyata keçirməyə heç nə əngəl ola bilməz. Niyə də dirilmə və bunu vəd edən Allah haqda daha çox öyrənməyəsiniz? Əmin olun ki, onda siz dirilərin Allahı olan Yehovaya daha yaxın olacaqsınız.

MÜQƏDDƏS KİTABDAN NÖVBƏTİ FƏSİLLƏRİ OXUYUN

Matta 22-28; Mark 1-8

a Yer üzündə olacaq Cənnətdə ölülərin dirilib həyata qovuşacağı ilə bağlı Allahın verdiyi vəd haqda Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 7-ci fəslindən daha ətraflı öyrənə bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş