Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Xoş xəbərin müjdəçiləri
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
    • 4. Hamıya təbliğ etmək üçün var gücümüzlə çalışırıq

      Yehovanın Şahidləri əllərindən gələni edirlər ki, xoş xəbəri bütün dünyada yaşayan insanlara çatdırsınlar. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

      VİDEO: «“Yerin ucqarlarınadək” təbliğ olunur» (7:38)

      • Yehovanın Şahidlərinin təbliğə münasibətində sizin nə xoşunuza gəlir?

      Mətta 22:39 və Romalılara 10:13—15 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

      • Təbliğ işimizdən insanları sevdiyimiz necə görünür?

      • Yehova müjdəni təbliğ edənlərə necə yanaşır? (15-ci ayəyə baxın.)

  • Allahın gözündə təmiz olaq
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
    • 4. Pis vərdişlərə qalib gəlin

      Bir nəfər siqaretləri zibil qutusuna atır.

      Yehovanın köməyilə pis vərdişdən yaxa qurtara bilərik

      Əgər siqaret çəkirsinizsə, yaxud qeyri-tibbi məqsədlə narkotikdən istifadə edirsinizsə, bunu tərgitmək asan olmaya bilər. Bəs sizə nə kömək edə bilər? Həmin vərdişin sizə necə təsir etdiyi barədə düşünün. Mətta 22:37—39 ayələrini oxuyun və müzakirə edin: Tütün çəkmək və ya qeyri-tibbi məqsədlə narkotikdən istifadə etmək həyatınızın növbəti sahələrinə necə təsir edir?

      • Yehova ilə dostluğunuza

      • Ailə üzvlərinizə və əhatənizdəki başqa insanlara

      Pis vərdişə qalib gəlmək üçün plan qurunb. VİDEOYA baxın.

      VİDEO: «Özünüzə hakim olun» (2:47)

      Filippililərə 4:13 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

      • Müntəzəm dua etmək, Müqəddəs Kitabı araşdırmaq və yığıncaq görüşlərində iştirak etmək pis vərdişə qalib gəlməyə necə kömək edə bilər?

      5. Natəmiz düşüncələrlə və əməllərlə mübarizə aparın

      Koloslulara 3:5 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

      • Haradan bilirik ki, pornoqrafiya, sekstinqc və masturbasiya Yehovanın gözündə natəmiz əməllərdir?

      • Sizcə, Yehovanın tələb etdiyi kimi, əxlaqi cəhətdən təmiz qalmaq mümkündür? Nəyə görə belə düşünürsünüz?

      Görün natəmiz düşüncələrlə necə mübarizə aparmaq olar. VİDEOYA baxın.

      VİDEO: «Təmiz qalmaq üçün mübarizə aparın» (1:51)

      İsa Məsih nümunə çəkərək göstərdi ki, əxlaqi cəhətdən təmiz olmaq üçün qəti addımlar atmalıyıq. Mətta 5:29, 30 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

      • Bu ayələrdə İsa bədənimizə xətər yetirməyi nəzərdə tutmurdu. O demək istəyirdi ki, biz qəti addımlar atmalıyıq. Natəmiz düşüncələrdən yaxa qurtarmaq üçün nə etmək olar?d

      Əgər natəmiz düşüncələri beyninizdən silib atmaq üçün əlinizdən gələni edirsinizsə, Yehova bunu qiymətləndirir. Zəbur 103:13, 14 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

      • Əgər natəmiz vərdişlə mübarizə aparırsınızsa, bu ayə sizə təslim olmamağa necə güc verir?

      Təslim olmayın!

      İnsan asanlıqla belə fikirləşə bilər: «Bacarmadım. Mübarizə aparmağın xeyri yoxdur». Amma düşünün: qaçışçı büdrəyib yıxılırsa, bu o demək deyil ki, o, yarışı uduzub, yaxud qaçmağa start xəttindən başlamalıdır. Eynilə, arada zəiflik göstərmək o demək deyil ki, pis vərdişlə mübarizədə məğlub olmusunuz, yaxud indiyədək göstərdiyiniz cəhdlər hədər gedib. Arada zəiflik göstərmək qaçılmazdır. Vərdişdən tam yaxa qurtaranadək belə hallar olacaq. Təslim olmayın! Yehovanın köməyilə pis vərdişə qalib gələ bilərsiniz.

      Yarışda yıxılan qaçışçı ayağa qalxır.
Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş