-
Aramızda birlik olsunGözətçi qülləsi 2018 | iyun
-
-
MƏHƏBBƏT VƏ TƏVAZÖKARLIQLA QƏRƏZƏ QALİB GƏLƏK
8. Məsihi birliyi hansı prinsipə dayanır? İzah edin.
8 İsa Məsihin şagirdlərinə dediyi sözlərdən birliyimizin əsasında duran prinsipi görmək olar. O demişdi: «Siz isə bir-birinizə qardaşsınız». (Mətta 23:8, 9 ayələrini oxuyun.) İlk növbədə, Adəmdən törədiyimizə görə hamımız bacı-qardaşıq (Həv. 17:26). Lakin bu, yeganə səbəb deyil. İsa demişdi ki, davamçılarının hamısının səmavi Atası bir olduğu üçün bacı-qardaşdırlar (Mət. 12:50). Üstəlik, onlar böyük ruhani ailənin üzvü olub məhəbbət və iman telləri ilə birləşiblər. Elə buna görə də həvarilər yığıncaqlara yazdıqları məktublarda dindaşlarına bacıları və qardaşları kimi müraciət edirdi (Rom. 1:13; 1 But. 2:17; 1 Yəh. 3:13)a.
-
-
Aramızda birlik olsunGözətçi qülləsi 2018 | iyun
-
-
a «Qardaşlar» deyilərkən məsihi yığıncağındakı bacılar da nəzərdə tutula bilər. Bulus Romalılara yazdığı məktubda «qardaşlar» deyə müraciət etsə də, sözsüz ki, bacıları da nəzərdə tuturdu. Çünki bəzi bacıların da adını çəkmişdi (Rom. 16:3, 6, 12). Uzun illərdir ki, «Gözətçi qülləsi» jurnalında yığıncaqlardakı məsihilərə «bacı-qardaşlar» deyə müraciət olunur.
-