-
«Qoy Padşahlığın gəlsin»Allahın Padşahlığı hökmranlıq edir!
-
-
15, 16. «Bu nəsil» ifadəsi kimlərə aiddir?
15 Bəs Allahın Padşahlığı nə vaxt gələcək? İsa bunun dəqiq vaxtını açıqlamadı (Mət. 24:36). Ancaq onun dediyi bəzi sözlərdən belə qənaətə gələ bilərik ki, son düşündüyümüzdən də yaxındır. Məsih izah etdi ki, Padşahlıq «bu nəsil» yuxarıda sadalanan peyğəmbərliyin əlamətlərinin şahidi olandan sonra gələcək. (Mətta 24:32—34 ayələrini oxuyun.) «Bu nəsil» deyildikdə kimlər nəzərdə tutulur? Gəlin İsanın bu sözlərinə diqqət yetirək.
16 «Bu nəsil». İsa burada ona iman etməyən insanları nəzərdə tuturdu? Xeyr. Onun kimə müraciət etdiyi yadınızdadır? O, bu peyğəmbərliyi «təklikdə onun yanına [gələn]» bir neçə həvarisinə demişdi (Mət. 24:3). Tezliklə həvarilər müqəddəs ruhla məsh olunacaqdılar. Həmçinin gəlin kontekstə nəzər salaq. İsa «bu nəsil» haqda danışmazdan əvvəl demişdi: «Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır. Siz də bütün bunları görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır». İsaya iman etməyən insanlar yox, məsh olunmuşlar onun dediklərini görüb məğzini, yəni İsanın qapının ağzında olduğunu anlayacaqdılar. Beləliklə, İsa «bu nəsil» deyərkən məsh olunmuş davamçılarını nəzərdə tuturdu.
17. «Nəsil» və «bütün bunlar» ifadəsi hansı mənanı kəsb edir?
17 «Bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək». Bu sözlər necə yerinə yetəcək? Bu suala cavab tapmaq üçün iki şeyi — «nəsil» və «bütün bunlar» ifadələrinin mənasını bilmək lazımdır. Adətən, «nəsil» dedikdə həyatları müəyyən vaxt ərzində kəsişən müxtəlif yaşda insanlar nəzərdə tutulur. Ümumiyyətlə, bir nəslin ömrü həddən artıq uzun ola bilməz, nə vaxtsa onun sonu gəlir (Çıx. 1:6). «Bütün bunlar» ifadəsi altında, peyğəmbərlikdə deyildiyi kimi, İsanın hüzuru zamanı — 1914-cü ildə başlayıb böyük müsibətdə kulminasiya nöqtəsinə çatana qədər baş verməli olan bütün hadisələr nəzərdə tutulur (Mət. 24:21).
18, 19. İsanın «bu nəsil»lə bağlı dediklərini necə başa düşmək olar və bundan biz hansı nəticəyə gələ bilərik?
18 Bəs onda İsanın «bu nəsil»lə bağlı dediklərini necə başa düşmək olar? Bu nəslə iki qrup məsh olunmuş daxildir: birincisi, 1914-cü ildə əlamətin yerinə yetməsinin başlanğıcını görən məsh olunmuşlar, ikincisi isə birinci qrupa daxil olan məsh olunmuşların müasirləri. İkinci qrupun bəzi üzvləri böyük müsibətin başlanğıcını görəcəklər. İki qrup bir «nəsli» təşkil edir, çünki, məsh olunmuş məsihilər kimi, onların həyatı müəyyən vaxt ərzində kəsişirc.
19 Bundan hansı nəticəyə gələ bilərik? Dünyada baş verən hadisələr göstərir ki, İsanın Padşah kimi hüzurunun əlaməti yerinə yetir. Üstəlik, «bu nəslin» bir hissəsi olan məsh olunmuşlar artıq yaşlıdırlar. Ancaq böyük müsibət başlayanda onlardan bəziləri hələ də sağ olacaq. Deməli, belə bir nəticəyə gələ bilərik ki, Allahın Padşahlığı tez bir zamanda gələcək və bütün yer üzünü idarə edəcək! O zaman İsanın «qoy padşahlığın gəlsin» sözlərinin yerinə yetdiyini görmək necə də həyəcanlandırıcı olacaq!
-