Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/3 s. 30—32
  • Bu çətin günlərdə ‘ürəyini təmiz’ saxla

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bu çətin günlərdə ‘ürəyini təmiz’ saxla
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • ‘Ürək təmizliyi’ nədir?
  • «Ürək təmizliyini» qorumaq asan deyil
  • Cismani arzular baş qaldıranda
  • Sınaqlarla üzləşəndə ‘ürək təmizliyini’ necə qorumaq olar?
  • Yehovaya məqbul ürəyə malik olun
    Gözətçi qülləsi 2002
  • Yehovanı tanıyan ürəyə sahibsənmi?
    Gözətçi qülləsi 2013
  • Yehovaya bütöv ürəklə xidmət edin
    Gözətçi qülləsi 2012
  • Ürəyinizi qoruyun
    Gözətçi qülləsi 2002
Gözətçi qülləsi 2010
w10 15/3 s. 30—32

Bu çətin günlərdə ‘ürəyini təmiz’ saxla

«HEÇ KƏS dana bilməz ki, bu gün kilsələrdə ismət deyilən şey qalmayıb,— deyə katolik jurnalisti Vittorio Messori bu yaxınlarda İtaliya Kilsəsində baş verən seks qalmaqallarını belə şərh edir. — Bu problemi yalnız keşişlərin subay qalmalarını tələb edən qanunu ləğv etməklə aradan qaldırmaq mümkün deyil, çünki bu kimi halların 80 faizi homoseksuallıqla əlaqəlidir, yəni keşişlər kişilərlə cinsi əlaqəyə girir və oğlan uşaqlarını pozurlar» («La Stampa»).

Pisliyin geniş vüsət alması, şübhəsiz, bu sistemin öz ‘axır günlərini’ yaşadığını göstərir (2 Tim. 3:1—5). Xəbərlərdən göründüyü kimi, nəticədə əxlaqi tənəzzül nəinki ümumilikdə insanlara, hətta özünü Allahın xidmətçisi adlandıranlara da təsir edir. Pozğun və çirkin ürəkləri onları pis əməllərə sürükləyir (Efes. 2:2). İsa əbəs yerə xəbərdarlıq etməmişdi: «Ürəkdən pis düşüncələr, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar» (Mat. 15:19). Lakin Yehova Allah istəyir ki, Onun xidmətçiləri «ürək təmizliyini» sevsinlər (Sül. məs. 22:11). Bəs məsihçilər bu çətin günlərdə ürəklərini necə təmiz saxlaya bilərlər?

‘Ürək təmizliyi’ nədir?

Müqəddəs Kitabda «ürək» sözü çox vaxt məcazi mənada işlənir. Bir arayış kitabçasında yazılanlara əsasən, Müqəddəs Kitabda ürək üçün istifadə edilən söz «insanın qəlbinin dərinliklərinə» və «insanın Allahla münasibətinin yarandığı, əxlaqi davranışı müəyyən edən dini həyatın kökləndiyi» bir yerə işarə edir. Ürək bizim daxili varlığımızı əks etdirir. Həmin kitabda qeyd edildiyi kimi, ürək Yehova Allahın Öz xidmətçilərində yoxlayıb araşdırdığı və qiymətləndirdiyi bir şeydir (1 Pet. 3:4).

Müqəddəs Kitabda «təmiz» və «pak» sözləri fiziki cəhətdən təmiz olan şeylərə aid edilə bilər. Ancaq bu sözlər həm də əxlaqi və dini cəhətdən saf — korlanmamış, təmiz və ya pozulmamış şeylərə də aid edilir. Dağüstü təbliğində İsa demişdi: «Ürəyi təmiz olanlar nə bəxtiyardırlar!» Bununla İsa daxildən təmiz olan insanları nəzərdə tuturdu (Mat. 5:8). Onların niyyətləri, arzu və istəkləri pakdır. Onlar Yehovanı sidqi-ürəkdən, riyasız və təmənnasız məhəbbətlə sevir, onların etdikləri hər bir işin arxasında məhəbbət və minnətdarlıq durur (Luka 10:27). Çox güman ki, sən də qəlbən təmiz olmaq istəyirsən, elə deyilmi?

«Ürək təmizliyini» qorumaq asan deyil

Yehovanın xidmətçisinin yalnız «əlləri» yox, ‘qəlbi’ də təmiz və pak olmalıdır (Məz. 24:3, 4). Amma bu gün Allahın xidmətçiləri üçün ‘ürəklərini təmiz’ saxlamaq günü-gündən çətinləşir. Şeytan və onun tabeçiliyi altında olan bu dünya, o cümlədən qeyri-kamil bədənimiz Yehovadan uzaqlaşdırmaq üçün bizə güclü təzyiqlər göstərir. Bunlara qarşı durmaq üçün ‘ürək təmizliyini sevmək’ və ondan bərk-bərk yapışmaq olduqca vacibdir. Bu, bizi və Allahla dostluğumuzu qoruyacaq. Belə isə, ürəyimizi necə təmiz saxlaya bilərik?

İbranilərə 3:12 ayəsində belə bir xəbərdarlıq oxuyuruq: «Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birində yaşayan Allahdan uzaqlaşan yaman və imansız bir ürək olmasın». Əgər ürəyimizdə ‘imansılığın’ kök salmasına yol versək, «ürək təmizliyini» qoruyub saxlaya bilməyəcəyik. İnsanların Allaha imanını sarsıtmaq üçün Şeytan İblis hansı fikirləri yayır? Bunlardan bəziləri təkamül nəzəriyyəsi, əxlaqi və dini nisbilik və Müqəddəs Yazıların Allahdan ilham almasına dair şübhələrdir. Biz zehnimizin bu kimi zərərli fikirlərə yoluxmasına yol verməməliyik (Kolos. 2:8). Şeytanın həmlələrindən qorunmağın ən əsas üsulu Müqəddəs Kitabı hər gün oxumaq və onun üzərindən dərindən düşünməkdir. Allahın Kəlamından aldığımız dəqiq biliklər Yehovaya bəslədiyimiz məhəbbəti alovlandıracaq və Onun insanlarla necə rəftar etdiyini daha yaxşı başa düşməyimizə kömək edəcək. Əgər biz yanlış mülahizələri rədd etmək və ürəyimizi təmiz saxlaya bilmək üçün Yehovaya imanımızı möhkəm qoruyub saxlamaq istəyiriksə, belə məhəbbət və anlayış olduqca zəruridir (1 Tim. 1:3—5).

Cismani arzular baş qaldıranda

Cismani arzular, eləcə də maddi şeylərə həvəs ürəyimizi təmiz saxlamaqda bizə maneçilik törədə bilər (1 Yəh. 2:15, 16). Pula məhəbbət və ya var-dövlət hərisliyi Allahın iradəsinə zidd gedən hərəkətlərə təhrik edərək məsihçinin ürəyini poza bilər. Bəziləri iş yerlərində nadürüst hərəkətlərə və başqalarını aldatmağa yol vermiş, hətta pul və başqa əşyalar oğurlamışlar (1 Tim. 6:9, 10).

Ancaq Yehovanın qarşısında sağlam qorxu inkişaf etdirməklə, ədaləti sevməklə və təmiz vicdanımızı qorumaqda qəti qərarlı olmaqla «ürək təmizliyini» sevdiyimizi göstəririk. Bu cür məhəbbət bizi daim ‘hər sahədə dürüst olmağa’ təşviq edir (İbr. 13:18, YD). Düzgün və dürüst davranışımız sayəsində yaxşı şahidlik verə bilərik. İctimai nəqliyyat şirkətində sürücü işləyən italiyalı Yehovanın Şahidi Emilio içində 470 avro (680 ABŞ dolları) olan pul kisəsi tapdı. O, kisəni rəisinə təhvil verdi, rəis də onu yiyəsinə qaytardı. Emilionun hərəkəti əməkdaşlarını yaman təəccübləndirdi. Bəzilərinə isə bu o qədər böyük təsir bağışladı ki, onlarda Allahın Kəlamına maraq oyandı və onlar Müqəddəs Kitabı öyrənməyə başladılar. Nəticədə, iki ailənin yeddi üzvü həqiqəti qəbul etdi. Bəli, gördüyümüz kimi, təmiz ürəklə dürüst davranmaq başqalarını Allaha həmd etməyə təşviq edə bilər (Tit. 2:10).

Məsihçinin ürəyinə mənfi təsir göstərə bilən digər şey isə cinsi əlaqəyə düzgün olmayan, natəmiz baxışdır. Nikahdan əvvəl, nikahdankənar və homoseksual cinsi əlaqənin çoxları tərəfindən normal qəbul edilməsi məsihçinin ürəyini poza bilər. Əxlaqsızlığa yol verən insan günahını gizlədərək ikili həyat sürməyə başlaya bilər. Əlbəttə, bu ‘ürəyin təmiz’ olduğundan xəbər vermir.

15 yaşında vəftiz olunan Qabriel dərhal pioner xidmətinə başladı. Amma bir qədər sonra o, gecə klublarında pis dostlara qoşuldu (Məz. 26:4). O, pozğun və ikili həyat tərzi sürməyə başladı və onu məsihçi yığıncağından kənar etmək lazım gəldi. Yehovanın bu cəzası onu ciddi düşünməyə vadar etdi. Qabriel deyir: «Əvvəllər barmaqarası baxdığım şeylərə ciddi yanaşmağa başladım. Yehovanın demək istədiklərini eşitmək üçün hər gün Müqəddəs Kitabı oxuyur və teokratik nəşrləri diqqətlə araşdırırdım. Mən şəxsi öyrənmənin nə qədər faydalı və sevindirici olduğunu, Müqəddəs Kitabı oxumağın və səmimi-qəlbdən dua etməyin insanı necə möhkəmləndirdiyini anladım». Bu, Qabrielə pis yoldan dönməyə və Yehova ilə münasibətini bərpa etməyə kömək etdi.

Qabriel yenidən pioner xidmətinə başladı, bu dəfə həyat yoldaşı ilə birlikdə. Onun başına gələnlər sübut edir ki, «sadiq və ağıllı qul»un nəşrlərini oxuyub araşdırmaq insana təmiz ürəyə yiyələnməyə və əxlaqsızlıqdan çəkinməyə kömək edə bilər (Mat. 24:45; Məz. 143:10).

Sınaqlarla üzləşəndə ‘ürək təmizliyini’ necə qorumaq olar?

Allahın xalqına qarşı çıxanların göstərdikləri təzyiqlər, iqtisadi çətinliklər və ciddi xəstəliklər Allahın bəzi xidmətçilərini ruhdan salır. Bəzən bu, onlara pis təsir edir. Belə bir şey hətta Davud padşahın da başına gəlmişdi. O deyirdi: «Ruhdan düşmüşəm, bu dəhşət qəlbimi sarsıtdı» (Məz. 143:4). Bəs belə anlarda ona nə kömək etmişdi? Davud Allahın Öz xidmətçiləri ilə necə rəftar etdiyi və şəxsən onu necə qurtardığı, eləcə də Onun Öz böyük adı naminə etdikləri barədə fikirləşirdi. O, Allahın işlərini dərindən düşünürdü (Məz. 143:5). Eynilə, Yaradanımız və Onun keçmişdə və hal-hazırda etdiyi şeylər barədə düşünmək bizə kömək edəcək — hətta ağır sınaqlar altında olanda belə.

Biz kiminsə xətrinə dəyəndə, yaxud başqaları bizim xətrimizə dəyəndə özümüzü pis hiss edə bilərik. Əgər həmin hadisə barədə düşünməyə davam etsək, bu, qardaşlarımıza qarşı mənfi hisslərin yaranmasına gətirib çıxara bilər. Başqalarından uzaq gəzməklə və insanlara qarşı soyuq davranmaqla biz get-gedə özümüzə qapana bilərik. Məgər belə davranış tərzi ‘ürəyimizin təmiz’ olmasını istədiyimizi göstərirmi? Aydındır ki, belə ürəyə sahib olmaq istəyənlər bacı-qardaşlarla münasibətlərinə və fikir ayrılıqlarına necə münasibət göstərdiklərinə diqqət yetirməlidirlər.

Biz həqiqi məsihçilər günü-gündən pozğunlaşan və əxlaqi tənəzzülə uğrayan bu dünyadan seçilirik, çünki biz «ürək təmizliyini» sevirik. Allahın iradəsini yerinə yetirməyin gətirdiyi sevinc bizə qəlb rahatlığı verir və həyatımıza müsbət təsir edir. Ən vacibi isə, biz «ürəyitəmiz olanlar»ı sevən Yaradanımız Yehova Allahla sıx dostluq münasibətindən zövq alırıq (Məz. 73:1). Bəli, biz xoşbəxtliyə qovuşacaq insanların sırasında ola bilərik, çünki, İsanın vəd etdiyi kimi, Allah «ürək təmizliyini» sevənlərin xatirinə hərəkətə keçəndə onlar Onu «görəcəklər» (Mat. 5:8).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş