-
«O günü və o saatı bilmirsiniz»Gözətçi qülləsi 2012 | 15 sentyabr
-
-
«O günü və o saatı bilmirsiniz»
«Buna görə də oyaq qalın, çünki o günü və o saatı bilmirsiniz» (MAT. 25:13).
-
-
«O günü və o saatı bilmirsiniz»Gözətçi qülləsi 2012 | 15 sentyabr
-
-
1-3. a) Hansı vəziyyətlər İsanın çəkdiyi iki məsəlin məğzini başa düşməyə kömək edir? b) Biz hansı suallara cavab tapmalıyıq?
TƏSƏVVÜR ET Kİ, bir dövlət məmuru səndən onu vacib görüşə aparmağını xahiş edir. Yola düşməyinə bir neçə dəqiqə qalmış birdən yanacaq çənində benzinin kifayət qədər olmadığını görürsən. Yanacaq məntəqəsinə gedib-qayıdana qədər məlum olur ki, məmur artıq gedib: o tələsirdi və səni yerində tapmayanda başqasından onu görüşə çatdırmasını xahiş etdi. Bu vəziyyətdə özünü necə hiss edərdin?
2 İndi isə başqa vəziyyəti təsəvvür et. Sən məmursan və üç səriştəli adama vacib bir iş tapşırırsan. Vəzifələrini başa saldıqdan sonra onların üçü də canla-başla həmin işi görməyə razılaşır. Ancaq bir müddətdən sonra qayıdıb görürsən ki, onlardan yalnız ikisi işin öhdəsindən gəlib. Üçüncüsü isə özünə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirir, halbuki əlini ağdan qaraya belə vurmayıb. Bəs belə vəziyyətdə nə hiss edərdin?
3 İsa ağıllı və ağılsız qızlar, o cümlədə talant məsəllərində eyni vəziyyətləri təsvir etmişdi. Hər iki məsəl son günlərə aiddir və bu məsəllərdə izah olunur ki, nəyə görə bəzi məsh olunmuşlar son günlərdə sadiq və ağıllı olacaq, digərləri isə yoxa (Mat. 25:1—30). Bu məsəllərin məğzini vurğulayaraq o dedi: «Buna görə də oyaq qalın, çünki o günü və o saatı [yəni İsanın nə zaman Şeytanın dünyası üzərində Yehovanın hökmünü icra etmək üçün gələcəyi vaxtı] bilmirsiniz» (Mat. 25:13). Bu göstərişə biz də əməl etməliyik. İsanın oyaq qalmaq barədə dediklərinə riayət etmək bizə hansı faydanı gətirir? Kimlər oyaq qalaraq özlərini xilas üçün hazır vəziyyətdə saxlayırdılar? Və oyaq qalmaq üçün biz indidən nə etməliyik?
-