Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Talant məsəlindən nə öyrənirik?
    Gözətçi qülləsi 2015 | 15 mart
    • 4, 5. Məsəldəki ağa kimi təmsil edir və talantın dəyəri nə qədərdir?

      4 Mətta 25:14—30 ayələrini oxuyun. Uzun müddətdir nəşrlərimizdə izah olunur ki, məsəldəki ağa İsa Məsihi, onun başqa ölkəyə getməsi isə İsanın eramızın 33-cü ilində göyə qalxmasını təmsil edir. İsa daha öncə çəkdiyi bir məsəldə başqa ölkəyə getməsinin səbəbini açıqlamışdı. O demişdi ki, padşahlıq hakimiyyətini almağa gedir (Luka 19:12). İsa göyə gedən kimi Padşahlıq hakimiyyətinə tam yiyələnmədib. O, Allahın sağında əyləşib düşmənlərinin kətil kimi ayaqlarının altına qoyulmasını gözlədi (İbr. 10:12, 13).

  • Talant məsəlindən nə öyrənirik?
    Gözətçi qülləsi 2015 | 15 mart
    • d Həvarilərin ölümündən sonra Şeytan məsihilər arasına dönüklük toxumu səpdi və bu dönüklük əsrlərlə davam etdi. Bu vaxt ərzində şagird hazırlamaq işində durğunluq yarandı. Lakin biçin vaxtı, yəni axırzamanda hər şey dəyişdi (Mət. 13:24—30, 36—43). «Gözətçi qülləsi»nin 2013-cü il 15 iyul sayının 9—12 səhifələrinə baxın.

  • Talant məsəlindən nə öyrənirik?
    Gözətçi qülləsi 2015 | 15 mart
    • 8. Ağa nökərlərin hamısına eyni sayda talant verməsə də, onlardan nə gözləyirdi?

      8 Talant məsəlində ağa bir nökərinə beş talant, o biri nökərinə iki talant, digərinə isə cəmi bir talant verdi (Mət. 25:15). O, nökərlərin hamısına eyni sayda talant verməsə də, gözləyirdi ki, hamısı çalışqan olub talantlardan gəlir əldə etsinlər. Bu, o deməkdir ki, İsa şagirdlərinin xidmətdə əllərindən gələni etmələrini gözləyir (Mət. 22:37; Kol. 3:23). Eramızın birinci əsrində, 33-cü ilin Əllinci gün bayramından etibarən, Məsihin davamçıları talantları dövriyyəyə buraxmağa başladılar. Onların cidd-cəhdlə təbliğ etməsinə və şagird hazırlamasına «Həvarilərin işləri» kitabı yazılı sübutdurd (Həv. 6:7; 12:24; 19:20).

      AXIRZAMANDA TALANTLAR DÖVRİYYƏYƏ BURAXILIR

      9. a) İlk iki nökər talantlarla nə etdi və bu, nəyi göstərir? b) «Başqa qoyunların» rolu nədən ibarətdir?

      9 Axırzamanda, xüsusilə 1919-cu ildən başlayaraq, Məsihin yer üzündə sadiq məsh olunmuş nökərləri onun talantlarını dövriyyəyə buraxırlar. İlk iki nökər kimi, məsh olunmuş bacı-qardaşlar xidmətdə əllərindən gələni edirlər. Kimin beş, kimin iki talant alması barədə fərziyyələr irəli sürməyə gərək yoxdur. Məsəldə hər iki nökər ağasının ona əmanət etdiyini ikiqat artırdı. Deməli, hər ikisi eyni dərəcədə çalışqanlıq göstərdi. Bəs yerdə əbədi yaşamağa ümid edənlər bu işdə hansı rolu oynayırlar? Çox vacib bir rolu! İsanın qoyunlar və keçilər məsəlindən öyrənirik ki, yer üzündə əbədi yaşamağa ümid edənlər İsanın məsh olunmuş qardaşlarına təbliğ və təlim işində kömək etmək şərəfinə layiq görülüblər. Olduqca çətin dövr olan axırzamanda hər iki qrup bir sürü kimi çiyin-çiyinə çalışaraq şagird hazırlamaq işini cidd-cəhdlə icra edir (Yəh. 10:16).

      10. İsanın hüzurunun əlamətinin mühüm cəhətlərindən biri nədir?

      10 Ağa haqlı olaraq nökərlərindən yaxşı nəticə gözləyir. Artıq qeyd etdiyimiz kimi birinci əsrdəki şagirdləri onun əmlakını artırmışdılar. Bəs talant məsəlinin aid olduğu bu axırzaman barədə nə demək olar? İsanın sadiq, çalışqan xidmətçiləri tarixdə görülməmiş miqyasda təbliğ edir və şagird hazırlayırlar. Onların birlikdə çəkdiyi zəhmətin sayəsində hər il Padşahlığın müjdəçiləri sırasına yüz minlərlə yeni şagird qoşulur. Beləcə, təbliğ və təlim işi İsanın Padşah kimi hüzuruna əlamətin mühüm cəhətlərindən birinə çevrilir. Sözsüz ki, Ağa öz nökərlərindən çox razıdır!

      Yehovanın xidmətçiləri şagird hazırlamaq işinin müxtəlif növlərindən iştirak edirlər

      Məsih xidmətçilərinə təbliğ etmək kimi dəyərli iş etibar edib (10-cu abzasa baxın)

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş