-
Məsihin qardaşlarına sədaqətlə kömək edənlərGözətçi qülləsi 2015 | 15 mart
-
-
4 «Sion Gözətçi qülləsi»nin 1881-ci il sayında deyilirdi ki, həm Padşah, həm də «insan Oğlu» adlanan şəxs İsa Məsihdir. O dövrdə yaşamış Müqəddəs Kitab Tədqiqatçıları «Kral Yakovun Müqəddəs Kitabı»ndakı «qardaşlarım» sözünü Məsihlə birlikdə hakimiyyət sürəcək kəslərə, həmçinin yer üzündə kamilliyə qovuşan bütün insanlara aid edirdilər. Onlar düşünürdülər ki, qoyunların keçilərdən ayrılması Məsihin Minillik Hökmranlığı zamanı həyata keçiriləcək. Həmçinin onlar inanırdılar ki, insanlara qoyun hökmü Allahın məhəbbət qanunu əsasında yaşadıqları üçün çıxarılacaq.
5. 1920-ci illərdə məsəlin izahına necə aydınlıq gətirildi?
5 1920-ci illərin əvvəllərində Yehova Öz xalqına bu məsəli daha yaxşı başa düşməyə kömək etdi. «Gözətçi qülləsi»nin 1923-cü il 15 oktyabr sayında «insan Oğlu»nun İsa olduğu təsdiqləndi. Lakin orada Müqəddəs Yazılara əsaslanan sanballı dəlillər gətirildi ki, Məsihin qardaşları onunla birlikdə göydə idarə edəcək kəslərdir, qoyunlar isə Məsihin Padşahlığının hakimiyyəti altında yer üzündə əbədi yaşamağa ümid edən insanlardır. Qoyunların keçilərdən ayrılması vaxtına gəldikdə isə məqalədə deyilirdi ki, Məsihin qardaşları Minillik Hökmranlıq zamanı onunla birlikdə göydə idarə edəcəklər, buna görə də yer üzündə yaşayan kəslərin onlara kömək etmələri, yaxud da etməmələri qeyri-mümkün olacaq. Odur ki, qoyunların keçilərdən ayrılması Minillik Hökmranlıq başlamazdan əvvəl baş tutmalıdır. Məqalədə həmçinin deyilirdi ki, İsanı Ağa kimi qəbul etdikləri və gözəl həyatla bağlı ümidlərini Padşahlığa bağladıqları üçün insanlara qoyun hökmü çıxarılacaq.
-
-
Məsihin qardaşlarına sədaqətlə kömək edənlərGözətçi qülləsi 2015 | 15 mart
-
-
7. Biz indi qoyun və keçi məsəlini necə başa düşürük?
7 Bu gün qoyun və keçi məsəlini biz aydın başa düşürük. Haqqında bəhs olunan kəslərə gəlincə, Padşah və ya «insan Oğlu» İsa Məsihdir, Padşahın qardaşları onunla birgə göydə idarə edəcək məsh olunmuş kişi və qadınlardır (Rom. 8:16, 17). Qoyunlar və keçilər bütün xalqlardan olan adamları təmsil edir. Onlar müqəddəs ruhla məsh olunmayıblar. Hökmün vaxtına gəldikdə isə, bu, çox tezliklə baş verəcək böyük müsibətin sonuna yaxın olacaq. Bəs insanlara nəyin əsasında qoyun və ya keçi hökmü çıxarılacaq? Bu, onların Məsihin yer üzündəki məsh olunmuş qardaşlarına necə münasibət göstərmələrindən asılı olacaq. Biz Yehovaya minnətdarıq ki, bu dünyanın sonuna çox az qalan bir vaxtda O, bu məsələ, eləcə də Mətta 24, 25-ci fəsillərdəki digər məsəllərə tədricən aydınlıq gətirir.
-
-
Məsihin qardaşlarına sədaqətlə kömək edənlərGözətçi qülləsi 2015 | 15 mart
-
-
9 Əvvəla, unutmayaq ki, İsa məsəllərlə öyrədirdi. Aydındır ki, o, hərfi mənada qoyunları keçilərdən ayırmaqdan danışmırdı. Buna bənzər tərzdə, İsa onu nəzərdə tutmurdu ki, haqqında qoyun hökmü çıxarılan hər kəs şəxsən onun qardaşlarını yedizdirməli, içizdirməli, onlara qulluq etməli və ya dustaq olanlarına baş çəkməlidir. O, məcazi mənada qoyun olanların onun qardaşlarına münasibətindən danışırdı. İsa qoyunları ona görə saleh adlandırırdı ki, onlar Məsihin yer üzündə məsh olunmuş qardaşlarının olduğunu qəbul edir və çətin dövr olan axırzamanda onlara sədaqətlə kömək edirlər (Mət. 10:40—42; 25:40, 46; 2 Tim. 3:1—5).
10. Qoyunlar Məsihin qardaşlarına necə yaxşılıq edə bilərlər?
10 İkincisi, İsanın sözlərinin kontekstinə nəzər salın. O, hüzurunun və bu dövrün yekununun əlaməti barədə danışırdı (Mət. 24:3). Söhbətinin əvvəlində İsa bildirdi ki, əlamətin mühüm cəhətlərindən biri Padşahlıq haqda müjdənin «bütün yer üzündə təbliğ» edilməsi olacaq (Mət. 24:14). Həmçinin qoyun və keçi məsəlindən öncə talant məsəlini çəkdi. Ötən məqalədən öyrəndiyimiz kimi, İsa bu məsəllə göstərdi ki, onun məsh olunmuş şagirdləri, yəni qardaşları təbliğ işinə can qoymalıdır. Lakin İsanın hüzuru zamanı yer üzündə qalan az sayda məsh olunmuşun qarşısında çox böyük bir iş var: son gəlməzdən əvvəl «xalqların hamısına» təbliğ etmək. Qoyun və keçi məsəli göstərir ki, məsh olunmuşlara kömək ediləcək. Buna görə də qoyun hökmü çıxarılacaq kəslərin Məsihin qardaşlarına ən böyük yaxşılığı onların təbliğ işinə kömək etməkdir. Bəs məsh olunmuşlara necə kömək etmək olar? Bu, özünə yalnız maddi və emosional köməyi daxil edir, yoxsa buna başqa şeylər də daxildir?
-