Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 114 s. 264—s. 265 abz. 4
  • Məsih «qoyunlara və keçilərə» hökm kəsir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsih «qoyunlara və keçilərə» hökm kəsir
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Məsihin qardaşlarına sədaqətlə kömək edənlər
    Gözətçi qülləsi 2015
  • Axır günlərin əlaməti
    İsa Məsihin həyatı və xidməti
  • «Bizə de, bunlar nə vaxt baş verəcək?»
    Gözətçi qülləsi 2013
  • Məsihin gəlişi nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 114 s. 264—s. 265 abz. 4
Bütün xalqlardan olan insanlar göyə baxıb Məsihin hökmünü gözləyirlər

FƏSİL 114

Məsih «qoyunlara və keçilərə» hökm kəsir

MƏTTA 25:31—46

  • İSA MƏSİH «QOYUNLAR VƏ KEÇİLƏR» BARƏDƏ MƏSƏL ÇƏKİR

Zeytun dağında İsa Məsih elə indicə on qız və talantlar barədə məsəl çəkib. Görəsən, o, həvarilərinin onun hüzuruna və dövrün yekununa dair verdikləri suala cavabını necə yekunlaşdıracaq? O, cavabına qoyun və keçilər barədə məsəl çəkərək yekun vurur.

İsa peyğəmbər məsəlinə başlamazdan əvvəl hadisələrin hansı şəraitdə cərəyan edəcəyini təsvir edir: «İnsan Oğlu bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək» (Mətta 25:31). İsa peyğəmbər məsəlin baş qəhrəmanının özü olduğunu aydın şəkildə bildirir. O, bundan əvvəl də bir neçə dəfə özünü «insan Oğlu» adlandırıb (Mətta 8:20; 9:6; 20:18, 28).

İsa Məsih şanlı taxtında əyləşib saleh insanlara hökm çıxarır

Bəs bu məsəl nə vaxt gerçəkləşəcək? Bu məsəl İsa Məsih bütün mələklərlə öz calalında gəlib şanlı taxtında əyləşəndə gerçəkləşəcək. O, bundan əvvəl də insan Oğlunun qüdrətlə, calal içində və mələklərilə buludların üzərində gələcəyini demişdi. Bəs bu, nə vaxt olacaq? «Müsibətdən dərhal sonra» (Mətta 24:29—31; Mark 13:26, 27; Luka 21:27). Beləcə, bu məsəlin gerçəkləşməsi İsa Məsihin calal içində gələcəyi vaxtda olacaq. Bəs onda o, nə edəcək?

Məsih izah edir: «İnsan Oğlu... şanlı taxtına əyləşəcək. Bütün xalqlar onun önündə yığışacaq və o, insanları çoban qoyunları keçilərdən ayırdığı kimi, bir-birindən ayıracaq. Qoyunları sağ tərəfinə, keçiləri isə sol tərəfinə qoyacaq» (Mətta 25:31—33).

Sağ tərəfinə qoyduğu qoyunlar haqda o deyir: «Onda Padşah sağındakılara deyəcək: “Ey Atamın mübarək bəndələri! Gəlin, bəşərin təməli qoyulandan bəri sizin üçün hazırlanmış Padşahlığı miras alın”» (Mətta 25:34). Onlar Padşahın rəğbətini necə qazanıb?

Padşah izah edir: «Acmışdım, mənə yemək verdiniz; susamışdım, mənə su verdiniz; qərib idim, mənə qonaqpərvərlik göstərdiniz; çılpaq idim, məni geyindirdiniz; naxoşlamışdım, mənə baxdınız; dustaq idim, yanıma gəldiniz». Bu qoyunlar, yəni saleh insanlar bu savab işləri nə vaxt gördüklərini ondan soruşanda o cavab verir: «Bunu bu qardaşlarımdan ən kiçiyi üçün etdiyinizə görə, elə hesab edirəm ki, mənim üçün etmisiniz» (Mətta 25:35, 36, 40, 46). Onlar bu savab işləri göydə etmirlər, çünki orada nə xəstəlik, nə də aclıq var. Bu savab işlər yerdə Məsihin qardaşları üçün edilir.

Saleh olmayanlara hökm kəsilir

Bəs sol tərəfdə olan keçilər barədə nə demək olar? İsa peyğəmbər deyir: «Sonra o [Padşah], solundakılara deyəcək: “Rədd olun buradan, lənətə gəlmişlər! İblis və onun mələkləri üçün hazırlanmış əbədi alova gedin! Çünki acmışdım, mənə yemək vermədiniz; susamışdım, mənə su vermədiniz; qərib idim, mənə qonaqpərvərlik göstərmədiniz; çılpaq idim, məni geyindirmədiniz; naxoşlamışdım və dustaq idim, amma mənə baxmadınız”» (Mətta 25:41—43). Keçilər bu hökmə layiqdirlər, çünki onlar Məsihin qardaşları ilə mərhəmətlə davranmalı olduqları halda, bunu etmədilər.

Həvarilər başa düşürlər ki, gələcəkdə baş verəcək bu hökm əbədi nəticələr verəcək. İsa peyğəmbər onlara deyir: «Onda padşah onlara deyəcək: “Madam ki bunu bu kiçiklərdən birinə etmədiniz, deməli, mənə də etməmisiniz”. Bunlar əbədilik məhv ediləcəklər, salehlər isə əbədi həyata qovuşacaqlar» (Mətta 25:45, 46).

İsa Məsihin həvarilərinin sualına verdiyi cavab davamçılarını çox şey barədə düşündürməlidir. Bu cavab sayəsində onlar düşüncə tərzlərini və davranışlarını yoxlaya bilərlər.

  • Qoyunlar və keçilər məsəlində Padşah kimi təmsil edir və bu məsəl nə vaxt gerçəkləşəcək?

  • Nəyə görə qoyunlar İsa Məsihin rəğbətini qazanır?

  • İnsanlar nəyə əsasən keçi adlandırılacaq? Qoyunlarla keçilərin aqibəti necə olacaq?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş