Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/6 s. 4—7
  • İdeal rəhbər necə olmalıdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İdeal rəhbər necə olmalıdır?
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Və’d edilən rəhbər gəlir
  • Məsih - ideal Rəhbərdir
  • Biz nə etməliyik?
  • «Bir Rəhbəriniz var, o da Məsihdir»
    Gözətçi qülləsi 2010
  • Məsihi rəhbəriniz kimi qəbul edirsinizmi?
    Gözətçi qülləsi 2002
  • Məsih öz yığıncağına rəhbərlik edir
    Gözətçi qülləsi 2002
  • Yehova xalqına bələdçilik edir
    Gözətçi qülləsi 2017
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/6 s. 4—7

İdeal rəhbər necə olmalıdır?

“HƏR bir evin bənnası vardır, hər şeyin bənnası isə Allahdır” (İbranilərə 3:4; Vəhy 4:11). Bizi həqiqi Allah Yehova yaratdığı üçün, O, bizim “yaradılışımızı bilir”, yə’ni imkanlarımızın məhdudluğundan və tələbatlarımızdan xəbərdardır (Məzmur 103:14). O, sevən Allah olduğundan, bu tələbatlarımızı tə’min etmək istəyir (Məzmur 145:16; 1 Yəhya 4:8). Yaxşı rəhbərlərə olan tələbatımız da istisna deyil.

Yehova, İşaya peyğəmbərin vasitəsilə bəyan etdi: “Budur, mən onu şahid olaraq millətlərə, rəis [“rəhbər”, YD] və əmir olaraq millətlərə verdim” (İşaya 55:4). Bugünkü rəhbərlik böhranının öhdəsindən gəlmək üçün, Külli-İxtiyar tərəfindən tə’yin edilən həmin rəhbərin kim olduğunu müəyyən etmək və onun rəhbərliyinə riayət etmək lazımdır. Bəs qabaqcadan xəbər verilən “rəhbər və əmir” kimdir? Onun rəhbər olduğuna dair hansı sübutlar mövcuddur? O bizi hara gətirib çıxaracaq? Onun rəhbərliyinin fayda gətirməsi üçün biz nə etməliyik?

Və’d edilən rəhbər gəlir

Təxminən 2 500 il bundan əvvəl Cəbrayıl mələk Danielə görünüb dedi: “Bilib anla ki, Yerusəlimi əvvəlki halına qoymaq və bina etmək üçün əmrin çıxmasından məsh olunan hökmdara [“Hökmdar Məsihə”, YD] qədər yeddi həftə və altmış iki həftə olacaq; yenə küçələr və xəndəklər tikiləcək, bu da sıxıntı vaxtlarında olacaq” (Daniel 9:25).

Aydındır ki, mələk Danielə Yehova tərəfindən seçilən Rəhbərin gələcəyi dəqiq vaxt haqqında mə’lumat vermişdi. “Hökmdar Məsih”, yə’ni Rəhbər b. e. ə. 455-ci ildə Yerusəlimin bərpa olunması haqqında əmrin çıxmasından 483 il sonra - 69-cu həftənin sonunda gəlməli idia (Nehemya 2:1-8). Bu dövrün sonunda nə baş verdi? Müjdəçi Luka yazır: “Qeysər Tiberiusun hakimiyyətinin on beşinci ilində, Ponti Pilat Yəhudeya valisi, Hirod Qalileya tetrarxı... olduqları zaman [b. e. 29-cu ilində], səhrada Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı gəldi. Və o, İordan ətrafındakı bütün ölkəni dolaşaraq günahların bağışlanması üçün tövbə edib vəftiz olsunlar deyə insanları təbliğ edirdi”. O zaman “xalqın gözü” Hökmdar Məsihin, yə’ni Rəhbərin yolunda idi (Luka 3:1-3, 15). Xalq Yəhyanın yanına gəlsə də, haqqında bəhs olunan Rəhbər o deyildi.

Eramızın 29-cu ilində, təxminən oktyabr ayında Nazaretli İsa Yəhyanın yanına vəftiz olunmağa gəlir. Yəhya buna şahidlik edir: “Ruhun göydən göyərçin kimi endiyini və Onun üzərinə qonduğunu gördüm. Mən Onu tanımazdım, amma su ilə vəftiz etmək üçün məni Göndərən mənə dedi: “Kimin üzərinə Ruhun enib qaldığını görsən, Müqəddəs Ruhla vəftiz edən Odur”. Mən də görüb: “Allahın Oğlu Budur”,- deyə şəhadət etdim” (Yəhya 1:32-34). İsa vəftiz zamanı məsh edilmiş Rəhbər - Xilaskar, yə’ni Məsih oldu.

Bəli, peyğəmbərlikdə və’d edilən “rəhbər və əmir” İsa Məsih oldu. Əgər onun keyfiyyətlərinə nəzər yetirsək, bir rəhbər kimi onun müasir ideal hökmdar haqqında olan bütün təsəvvürlərdən üstün olduğunu dərhal görəcəyik.

Məsih - ideal Rəhbərdir

İdeal rəhbər davamçılarına aydın göstərişlər verir, çətinliklərin öhdəsindən gələ bilmələri üçün isə güc və qətiyyətə malik olmalarına kömək edir. “XXI əsrin rəhbərləri: 100 görkəmli rəhbərlə dialoq” adlı kitabda deyilir: “Bu, XXI əsrin rəhbərlərinin müvəffəqiyyətli fəaliyyəti üçün zəruri şərtdir” (“21st Century Leadership: Dialogues With 100 Top Leaders”). İnsanların həyatda qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmələrinə kömək etmək üçün, İsa necə də yaxşı hazırlanmışdır! Gəlin, Onun məşhur Dağüstü təbliğinə nəzər salaq. Mattanın Müjdəsinin 5-7-ci fəsillərində çoxlu praktiki məsləhətlər tapmaq olar.

Məsələn, fikir ayrılığını necə həll etməyə dair İsanın məsləhətini nəzərdən keçirək. İsa öyrədirdi: “Beləliklə, əgər öz qurbanını qurbangah qarşısına gətirdiyin zaman orada yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını orada qurbangahın qarşısında qoy, get əvvəlcə qardaşın ilə barış və ondan sonra gəl, qurbanını təqdim et” (Matta 5:23, 24). Başqaları ilə sülh münasibəti yaratmaqda təşəbbüs göstərmək, hətta dini vəzifələri icra etməkdən, məsələn, Musanın qanununa görə Yerusəlim mə’bədində qurbangaha təqdimələr gətirməkdən də üstündür. Əks təqdirdə xidmətimiz Allaha məqbul olmayacaq. İsanın məsləhəti yüz illər əvvəl olduğu kimi, bu gün də aktualdır.

İsa, həmçinin dinləyicilərinə əxlaqsızlığın tələsinə düşməməyə də kömək edirdi. O, onları təşviq edirdi: “Qədim zamanların adamlarına: “Zina etmə”,- deyildiyini eşitmisiniz. Amma Mən sizə deyirəm: Bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur” (Matta 5:27, 28). Necə də münasib xəbərdarlıqdır! Nəyə görə zina haqqında fikirləri inkişaf etdirərək, ona doğru aparan yola qədəm qoyasan? İsanın dediyi kimi, əxlaqsızlıq və zina ürəkdən başlayır (Matta 15:18, 19). Ürəyimizi qorumaq necə də müdriklikdir! (Süleymanın məsəlləri 4:23).

Dağüstü təbliğdə düşmənləri sevməyin, səxavətli olmağın, maddi və ruhani şeylərə düzgün yanaşmağın zəruriliyi barədə, həmçinin həyatın digər sahələrinə dair gözəl məsləhətlər var (Matta 5:43-47; 6:1-4, 19-21, 24-34). İsa dinləyicilərinə dua vasitəsilə Allahdan kömək axtarmağı da öyrətdi (Matta 6:9-13). “Hökmdar Məsih”, bütün bəşəriyyətin yaşadığı çətinliklərin öhdəsindən gələ bilsinlər deyə, davamçılarını möhkəmlədir və hazırlayır.

İsa, Dağüstü təbliğində dinləyicilərinə altı dəfə “siz eşitmisiniz ki... deyilmişdi...” və ya “yenə... deyildiyini eşitmisiniz” sözləri ilə müraciət edir və sonra “Mən isə deyirəm...” sözlərilə onlara nə isə bir yenilik çatdırır (Matta 5:21, 22, 27, 28, 31-34, 38, 39, 43, 44). Bu onu göstərir ki, onun dinləyiciləri fəriseylərin şifahi ən’ənələrinə müvafiq davranmağa öyrənmişdilər. Lakin İsa onlara Musanın qanunlarının həqiqi ruhunu əks etdirən başqa bir yolu göstərdi. Buna görə də İsa davamçılarına hansı sahələrdə dəyişilmək lazım gəldiyini göstərirdi, amma bunu elə edirdi ki, onlar bunu asanlıqla qəbul edə bilsinlər. Bəli, İsa insanları ruhani və əxlaqi cəhətdən kökündən dəyişikliklər etməyə təşviq edirdi. Bu cür bacarıq, həqiqi rəhbərin fərqləndirici əlamətidir.

Menecment sahəsi üzrə olan dərslikdə qeyd olunur ki, başqalarını özlərində bu cür dəyişikliklər etməyə həvəsləndirmək çox çətindir. Orada deyilir: “Dəyişilməyə təşviq edən [rəhbərə] ictimai xidmət sahəsində çalışan işçinin həssaslığı, psixoloqun uzaqgörənliyi, marafonçunun mətanətliliyi, buldoqun dözümlülüyü, zahidin özünə inamı və müqəddəsin səbri tələb olunur. Lakin bütün bu keyfiyyətlərin olması müvəffəqiyyətə zəmanət vermir”.

“Rəhbərlik. Səciyyəvi cizgilər vacibdirmi?” adlı məqalədə qeyd edilir: “Rəhbərlər özləri, davamçıları üçün irəli sürdükləri tələblərə uyğun olaraq hərəkət etməlidirlər” (“Leadership: Do Traits Matter?”). Axı yaxşı rəhbər öz təbliğinə müvafiq yaşayır. İsa Məsih məhz bu cür yaşayırdı! O, təvazökarlığa öyrətməklə yanaşı, həvarilərinin ayaqlarını yumaqla, özü bu keyfiyyəti təzahür etdirdi (Yəhya 13:5-15). Allahın Padşahlığı haqqındakı xoş xəbəri təbliğ etməyə yalnız şagirdlərini göndərmirdi, özü də bütün qüvvəsini bu işə sərf edirirdi (Matta 4:18-25; Luka 8:1-3; 9:1-6; 10:1-24; Yəhya 10:40-42). İsa, hakimiyyətlərə itaət etməkdə də nümunə qoydu. O özü barədə deyirdi: “Oğul, Atanın etdiyini gördüyü şeylərdən başqa Özündən bir şey edə bilməz” (Yəhya 5:19).

Yuxarıda deyilənlərdən göründüyü kimi, İsanın sözləri və əməlləri göstərir ki, o, ideal Rəhbərdir. Onun rəhbərliyi insanların yaxşı rəhbərə ümid etdiklərindən də artıqdır. İsa kamildir. Ölüb dirildikdən sonra o, ölməzliyi aldı (1 Peter 3:18; Vəhy 1:13-18). Hansı insan rəhbəri onunla müqayisə oluna bilər?

Biz nə etməliyik?

Allahın Padşahlığının padşahı kimi, “Hökmdar Məsih”, yə’ni Rəhbər itaətkar bəşəriyyətə xeyir-dualar yağdıracaq. Müqəddəs Yazılarda və’d edilir: “Sular dənizi necə doldurursa, dünya da Rəbb bilgisi ilə dolu olacaq” (İşaya 11:9). “Həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar” (Məzmur 37:11). “Hər kəs öz asması altında və öz əncir ağacı altında oturacaq; və onları qorxudan olmayacaq” (Mika 4:4). “Allahın Özü onlarla olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi” (Vəhy 21:3, 4).

Dünya bu gün rəhbərlik böhranını yaşayır. Lakin İsa Məsih saleh insanlara, Yehova Allaha birlikdə xidmət edəcəkləri və kamilliyə doğru gedəcəkləri yeni sülh dünyasına aparan yolu göstərir. Həqiqi Allah və Onun tə’yin etdiyi Rəhbər haqqında bilik əldə etmək və həmin biliklərə əsasən davranmaq bizim üçün necə də vacibdir! (Yəhya 17:3).

Kimə isə bəslədiyimiz ehtiramı təzahür etdirməyin ən gözəl üsulu, onu təqlid etməkdir. Məgər bəşər tarixində ən böyük Rəhbər olan İsa Məsihi təqlid etməyimizə dəyməzmi? Bunu necə edə bilərik? Onun rəhbərliyinə riayət etmək həyatımıza necə tə’sir göstərəcək? Bu və digər suallar növbəti iki məqalədə müzakirə olunacaqdır.

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən nəşr edilən “Danielin peyğəmbərliyinə diqqət yetirin!” kitabının 186-192-ci səhifələrinə baxın (rus.).

[4-cü səhifədəki şəkil]

Allah tərəfindən seçilən Rəhbərin gələcəyini, Daniel qabaqcadan xəbər vermişdir.

[7-ci səhifədəki şəkillər]

İsa Məsihin tə’limləri, insanları həyatda qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməyə hazırlayırdı.

[7-ci səhifədəki şəkil]

İsa Məsih itaətkar bəşəriyyəti yeni sülh dünyasına gətirib çıxaracaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş