-
Allahın gözündə təmiz olaqƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
4. Pis vərdişlərə qalib gəlin
Yehovanın köməyilə pis vərdişdən yaxa qurtara bilərik
Əgər siqaret çəkirsinizsə, yaxud qeyri-tibbi məqsədlə narkotikdən istifadə edirsinizsə, bunu tərgitmək asan olmaya bilər. Bəs sizə nə kömək edə bilər? Həmin vərdişin sizə necə təsir etdiyi barədə düşünün. Mətta 22:37—39 ayələrini oxuyun və müzakirə edin: Tütün çəkmək və ya qeyri-tibbi məqsədlə narkotikdən istifadə etmək həyatınızın növbəti sahələrinə necə təsir edir?
Yehova ilə dostluğunuza
Ailə üzvlərinizə və əhatənizdəki başqa insanlara
Pis vərdişə qalib gəlmək üçün plan qurunb. VİDEOYA baxın.
Filippililərə 4:13 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Müntəzəm dua etmək, Müqəddəs Kitabı araşdırmaq və yığıncaq görüşlərində iştirak etmək pis vərdişə qalib gəlməyə necə kömək edə bilər?
5. Natəmiz düşüncələrlə və əməllərlə mübarizə aparın
Koloslulara 3:5 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Haradan bilirik ki, pornoqrafiya, sekstinqc və masturbasiya Yehovanın gözündə natəmiz əməllərdir?
Sizcə, Yehovanın tələb etdiyi kimi, əxlaqi cəhətdən təmiz qalmaq mümkündür? Nəyə görə belə düşünürsünüz?
Görün natəmiz düşüncələrlə necə mübarizə aparmaq olar. VİDEOYA baxın.
İsa Məsih nümunə çəkərək göstərdi ki, əxlaqi cəhətdən təmiz olmaq üçün qəti addımlar atmalıyıq. Mətta 5:29, 30 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Bu ayələrdə İsa bədənimizə xətər yetirməyi nəzərdə tutmurdu. O demək istəyirdi ki, biz qəti addımlar atmalıyıq. Natəmiz düşüncələrdən yaxa qurtarmaq üçün nə etmək olar?d
Əgər natəmiz düşüncələri beyninizdən silib atmaq üçün əlinizdən gələni edirsinizsə, Yehova bunu qiymətləndirir. Zəbur 103:13, 14 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Əgər natəmiz vərdişlə mübarizə aparırsınızsa, bu ayə sizə təslim olmamağa necə güc verir?
Təslim olmayın!
İnsan asanlıqla belə fikirləşə bilər: «Bacarmadım. Mübarizə aparmağın xeyri yoxdur». Amma düşünün: qaçışçı büdrəyib yıxılırsa, bu o demək deyil ki, o, yarışı uduzub, yaxud qaçmağa start xəttindən başlamalıdır. Eynilə, arada zəiflik göstərmək o demək deyil ki, pis vərdişlə mübarizədə məğlub olmusunuz, yaxud indiyədək göstərdiyiniz cəhdlər hədər gedib. Arada zəiflik göstərmək qaçılmazdır. Vərdişdən tam yaxa qurtaranadək belə hallar olacaq. Təslim olmayın! Yehovanın köməyilə pis vərdişə qalib gələ bilərsiniz.
-
-
Məsihilərin spirtli içkiyə münasibətiƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
6. İçki aludəçiliyindən qurtulun
Görün bir nəfərə içki aludəçiliyindən qurtulmağa nə kömək etmişdi. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:
Dmitri içki içəndə özünü necə aparırdı?
O, içkini dərhal ata bildi?
Bəs o, bu asılılığına necə qalib gəldi?
1 Korinflilərə 6:10, 11 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Müqəddəs Kitabda içki düşkünlüyü barədə nə deyilir?
Ayələrdən necə görünür ki, içki düşkünlüyündən qurtulmaq mümkündür?
Mətta 5:30 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
İsa Məsih əli kəsib atmaq deyəndə Yehovanı razı salmaq üçün qurbanlar verməyi nəzərdə tuturdu. İçki aludəçiliyindən qurtulmaq sizə çətindirsə, nə edə bilərsiniz?a
1 Korinflilərə 15:33 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
İçməyi sevən adamlarla oturub-durursunuzsa, bu sizə necə təsir edəcək?
-