Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/7 s. 3
  • Allahın iradəsi budurmu?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın iradəsi budurmu?
  • Gözətçi qülləsi 2004
  • Oxşar material
  • Ya Rəbb, bizə dua etməyi öyrət
    Gözətçi qülləsi 2004
  • İsa Məsihə dua etmək caizdir?
    Gözətçi qülləsi 2015
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • İsa nəyə görə böyük müəllim olub?
    Böyük Müəllimdən öyrən
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/7 s. 3

Allahın iradəsi budurmu?

“Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” (Matta 6:10).

SARSILMIŞ Xulio və Kristinanın gözü qarşısında dörd uşağı yandı. Onların dayanacaqda saxladıqları maşınlarına, sürücüsü sərxoş olan başqa bir maşın çırpılmış, maşın yanmışdı. Beşinci uşağı, Markosu, alovun içindən xilas edə bildilər. Lakin alovdan aldığı xəsarət onu həmişəlik eybəcər hala salmışdı. Onun doqquz yaşı vardı. Ata dərin kədər içində idi. O, özünə və doğmalarına belə sözlərlə təsəlli verirdi: “Bu, Allahın iradəsidir. Hər necə olursa-olsun, onu qəbul etməliyik”.

Bu kimi dəhşətli hallar baş verərkən, çoxları belə reaksiya göstərirlər. Onlar belə düşünürlər: “Bir halda ki, Allah hər şeyə qadirdir və bizim qeydimizə qalır, deməli, anlamaq çətin olsa da, baş verən hadisənin bizim üçün hansısa xeyri var”. Siz bu fikirlə razısınızmı?

Yaxşı və ya pis hər nə baş verirsə-versin, bütün bunlar Allahın iradəsinin təzahürüdür. Bu cür fikir adətən çoxlarına Rəbbin duası kimi tanış olan və İsa Məsihin yuxarıda sitat gətirilən sözlərinə əsaslanır. Allahın iradəsi göydə yerinə yetir, elə deyilmi? Məgər “yerdə də Sənin iradən olsun” deyə dua edərkən, biz yer üzündə baş verənlərin Allahın iradəsi olduğunu e’tiraf etmirikmi?

Çoxları bu cür mülahizələrin doğruluğuna şübhə edirlər. Onların fikrincə, bu o deməkdir ki, Allah Öz yaratdığı insanlara qarşı şəfqət hissindən məhrumdur. “Sevən Allah günahsız insanların başına dəhşətli işlərin gəlməsini necə istəyə bilər? — deyə onlar soruşur. — Əgər Allah bununla bizə nə isə öyrətmək istəyirsə, onda bu üsulla nə öyrənməyin mümkün olduğu aydın deyil”. Ola bilər ki, siz də eyni hissləri yaşayırsınız.

İsanın anabir qardaşı şagird Yaqub bu haqda yazmışdır: “İmtahan olunan zaman, qoy heç kim: “Allah məni imtahan edir”,— deməsin. Çünki Allah pisliklə imtahan olunmur və Özü də heç kimi imtahan etmir” (Yaqub 1:13). Allah pislik mənbəyi deyil. Buna görə də, sözsüz ki, bu gün yer üzündə baş verənlərin hamısı Allahın iradəsilə olmur. Müqəddəs Yazılarda həmçinin insanın, xalqların və hətta İblisin iradəsindən söz edilir (Yəhya 1:13; 2 Timoteyə 2:26; 1 Peter 4:3). Razı deyilmisiniz ki, Xulio və Kristinanın başına gələnlər sevən səmavi Atanın iradəsi ola bilməzdi?

Bəs onda İsa öz davamçılarına “Sənin iradən olsun” deyə dua etməyi öyrədərkən, əslində nəyi nəzərdə tuturdu? Bu, sadəcə xüsusi hallarda Allahın müdaxiləsi üçün olan xahiş idimi, yoxsa İsa bizə daha vacib və yaxşı şey — hər kəsin ümid edə biləcəyi bir dəyişiklik üçün dua etməyi öyrədirdi? Gəlin, Müqəddəs Kitabın bu haqda nə dediyini nəzərdən keçirək.

[İcazə ilə]

Car: Dominique Faget-STF/AFP/Getty Images; child: FAO photo/B. Imevbore

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş