Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/04 s. 1
  • Gözlərini sağlam saxla

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gözlərini sağlam saxla
  • Müqəddəs ibadətimiz 2004
  • Oxşar material
  • Gözünü sağlam saxlayırsanmı?
    Müqəddəs ibadətimiz 2010
  • «Göz əvəzinə göz» ifadəsinin mənası nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Xüsusi konqresin təkrarı
    Müqəddəs ibadətimiz 2005
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2005
Əlavə
Müqəddəs ibadətimiz 2004
km 9/04 s. 1

Gözlərini sağlam saxla

1. Sağlam gözə malik olmaq nə deməkdir və bu nə üçün vacibdir?

1 İsa Dağüstü təbliğində ruhani və ya məcazi gözün bizim bütün həyat tərzimizə göstərə biləcəyi böyük tə’sirə diqqət yönəltmişdir. O demişdir: “Beləliklə, gözün sağlam olsa, bütün bədənin işıqlı olacaqdır. Fəqət gözün şikəst olarsa, bütün bədənin qaranlıq olar” (Mat. 6:22, 23). Sağlam göz yalnız bir məqsədə — Allahın iradəsini yerinə yetirməyə mərkəzləşdirilir və o maddi əşyalar üçün həddindən artıq narahatçılığa yayınmır (Mat. 6:19-21, 24-33). Gözü sağlam saxlamaqda bizə nə kömək ola bilər?

2. Maddi əşyalara dair Allahın Kəlamı hansı tarazlı nöqteyi-nəzərə təşviq edir?

2 Kifayətlənmək qabiliyyətini inkişaf etdir. Ailə üzvlərinin maddi ehtiyaclarını tə’min etmək Müqəddəs Kitabın üzərimizə qoyduğu məs’uliyyətdir (1 Tim. 5:8). Amma bu o demək deyil ki, biz daima ən yaxşı və ən yeni şeyllərin dalınca qaçmalıyıq (Sül. məs. 27:20; 30:8, 9). Əksinə, Müqəddəs Yazılar bizi təşviq edir ki, yemək və paltarla kifayətlənək (1 Tim. 6:8; İbr. 13:5, 6). Bu məsləhətə diqqət yetirməyimiz gözümüzün düzgün istiqamətdə olmasına kömək edə bilər.

3. Özümüzü əbəs yerə yükləməkdən qaçınmaqda bizə nə kömək edə bilər?

3 Özümüzü əbəs yerə borclarla və əmlakla yükləməli və ya çox vaxt və güc tələb edən işlərlə məşğul olmalı deyilik (1 Tim. 6:9, 10). Bunda bizə nə kömək edə bilər? Bir şey etməzdən əvvəl duada hər şeyi götür-qoy et və: “Bu mənim ruhani məqsədlərə nail olmağıma mane olacaqmı?” sualına vicdanla cavab ver. Ruhani işləri həyatında birinci yerə qoymağa qəti qərarlı ol (Filip. 1:10; 4:6, 7).

4. Həyat tərzimizi sadələşdirməyin yollarını axtarmaq nəyə görə lazımdır?

4 Həyat tərzini sadələşdir. Əgər həyat tərzimizi sadələşdirsək, var-dövlət hərisliyinə müqavimət göstərmək asan olacaqdır. Ailəsinin az maddi şeylərlə kifayətlənə biləcəyini görən bir qardaş belə demişdi: “İndi yığıncaqda qardaşlarıma xidmət etmək üçün daha çox şey edə bilirəm. Mən əminəm ki, Yehova həqiqi ibadəti şəxsi maraqlarından üstün tutan bütün xidmətçilərini xeyir-dualandırır”. Həyat tərzini sadələşdirməklə sən daha çox xeyir-dualar qazana bilərsənmi?

5. Gözlərimizi sağlam saxlamaq üçün nəyə görə daima güc sərf etmək lazımdır?

5 Şeytanın tə’sirinə, onun var-dövlətə hərislik meyli oyadan dünyasına və öz qeyri-kamilliyimizə müqavimət göstərmək üçün daima güc sərf etmək lazımdır. Gözlərimizin yayınmasına yol vermək əvəzinə, gəlin onları Allahın iradəsini yerinə yetirməyə və qiymətli əbədi həyat ümidimizə cəmləşdirək (Sül. məs. 4:25; 2 Kor. 4:18).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş