Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/4 s. 13—15
  • Yehovanın sənə suallar verməsinə yol verirsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın sənə suallar verməsinə yol verirsənmi?
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • «Sual verəcəyəm, Mənə cavab ver»
  • Yehovanın bizə suallar verməsinə necə yol verə bilərik?
  • Suallar bizi Yehovaya yaxınlaşdırır
  • «Əyyub» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
  • Yehova onun yaralarına məlhəm oldu
    İman örnəkləri
  • Əyyub Yehovanın adına həmd edirdi
    Gözətçi qülləsi 2009
  • «Ümidini Yehovaya bağla»
    Gözətçi qülləsi 2022
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/4 s. 13—15

Yehovanın sənə suallar verməsinə yol verirsənmi?

MÜQƏDDƏS YAZILARDA ürəyin dərinliklərinə işləyən yüzlərlə suallar var. Yehova Allah Özü vacib həqiqətləri öyrətmək üçün suallardan istifadə edir. Məsələn, Yehova Qabili məhvə aparan yoldan çəkindirmək üçün ona bir neçə sual vermişdi (Yar. 4:6, 7). Bəzən isə Yehovanın bir sual verməsi kifayət idi ki, insan hərəkətə təşviq olunsun. Yehovanın «Kimi göndərim? Bizim üçün kim gedəcək?» sualını eşidən kimi Yeşaya peyğəmbər cavab vermişdi: «Mən buradayam. Məni göndər» (Yeşaya 6:8).

Böyük Müəllim İsa da suallardan effektiv şəkildə istifadə edirdi. Müjdələrdə İsanın 280-dən çox sualı qələmə alınıb. Bəzən o, sualları tənqidçilərini susdurmaq üçün versə də, çox vaxt onun məqsədi dinləyicilərini öz ruhani vəziyyətlərinin nə yerdə olduğunun üzərində düşünməyə vadar etmək və onların ürəyinə yol tapmaq idi (Mat. 22:41—46; Yəh. 14:9, 10). Yunanca Müqəddəs Yazıların 14 kitabını yazan həvari Pavel də suallardan inandırıcı tərzdə istifadə edirdi (Rom. 10:13—15). Məsələn, onun romalılara ünvanladığı məktubda xeyli suallar var. Pavelin sualları oxucularını «Allahın zənginlik və hikmət və elminin dərinliyi» barədə öyrənməyə və onları qiymətləndirməyə təşviq edir (Rom. 11:33).

Bəzi suallar cavab tələb etdiyi halda, digərləri dərindən düşünməyə təşviq edir. Müjdələrdən görürük ki, İsa ikinci variantdan geniş istifadə edirdi. Bir dəfə o, şagirdlərini xəbərdar edərək dedi: «Diqqətli olun! Fəriseylərin mayasından və Hirodun mayasından qorunun», bununla İsa onların ikiüzlülüyünü və yalan təlimlərini nəzərdə tuturdu (Mark 8:15; Mat. 16:12). Şagirdləri onu başa düşmədilər və çörək gətirməyi unutduqlarını düşünərək mübahisə etdilər. Bundan sonra qısa söhbət ərzində İsanın suallardan necə istifadə etdiyinə fikir verin. «İsa... onlara dedi: “Nə üçün çörəyiniz olmadığı haqda mübahisə edirsiniz? Hələ də ağlınıza gəlmirmi, anlamırsınızmı? Zehniniz kütləşibmi? Gözləriniz olan halda görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi?.. Hələ anlamırsınızmı?”» Bu sualları verməkdə İsanın məqsədi o idi ki, şagirdləri dediyi sözlərin əsil mənası üzərində düşünsünlər (Mark 8:16—21).

«Sual verəcəyəm, Mənə cavab ver»

Yehova Allah xidmətçisi Əyyubun düşüncə tərzinə düzəliş vermək üçün ona çoxlu suallar verdi. Bu sualların köməyi ilə O, Əyyuba öz Yaradanı ilə müqayisədə nə qədər kiçik olduğunu göstərdi (Əyyub, fəsillər 38—41). Yehova hər sualına cavab gözləyirdimi? Görünür ki, yox. «Mən yerin təməlini qoyarkən haradaydın?» kimi suallarla Allah Əyyubun ürəyinə təsir etmək və onu düşünməyə təşviq etmək istəyirdi. Belə güclü sorğu-sualdan sonra Əyyubun deməyə sözü yox idi. O, sadəcə dedi: «Sənə necə cavab verim, ağzımı əlimlə tutmuşam» (Əyy. 38:4; 40:4). Əyyub Yehovanın nə demək istədiyini başa düşüb, təvazökarlıq göstərdi. Lakin Yehovanın məqsədi Əyyuba sadəcə təvazökarlığı öyrətmək deyildi. Allah onun düşüncə tərzinə düzəliş verdi. Necə?

Əyyub saleh və nöqsansız insan olsa da, onun sözlərindən görünürdü ki, bəzi şeylərə dair onun baxışları yanlışdır. Elihu bunu görüb onu məzəmmət etdi, çünki o, ‘özünü Allahdan da saleh sayırdı’ (Əyy. 1:8; 32:2; 33:8—12). Beləliklə, Yehova suallar verməklə həm də Əyyubun düşüncə tərzinə düzəliş verdi. Qasırğanın içindən Əyyuba müraciət edərək Allah dedi: «Məsləhəti savadsız sözlərlə qaranlığa salan bu kimdir? İndi kişi kimi belinə qurşaq bağla, sual verəcəyəm, Mənə cavab ver» (Əyy. 38:1—3). Sonra suallar vasitəsilə Yehova onun diqqətini möhtəşəm işlərində özünü büruzə verən hədsiz müdriklik və gücünə yönəltdi. Bütün bunları anlamağın sayəsində Əyyub Yehovanın hökmlərinə və hərəkət tərzinə daha çox etibar etməyə başladı. Qadir Allah tərəfindən sorğu-sual edilmək Əyyub üçün necə də heyrətamiz idi!

Yehovanın bizə suallar verməsinə necə yol verə bilərik?

Bəs bizim haqqımızda nə demək olar? Müqəddəs Kitabda yazılan suallardan biz də faydalana bilərikmi? Bəli, bu sualların üzərində dayanıb düşünməyimiz ruhani cəhətdən bizə böyük xeyir-dualar gətirə bilər. Allahın Kəlamını effektiv edən şeylərdən biri də orada olan təsirli suallardır. Həqiqətən də, ‘Allahın kəlamı təsirlidir, ürəyin düşüncə və niyyətlərini ayırd edir’ (İbr. 4:12). Ancaq daha çox fayda əldə etmək üçün biz həmin sualları özümüzə yönəltməliyik, sanki, bu sualları Yehova şəxsən bizə ünvanlayıb (Rom. 15:4). Bir neçə nümunəni nəzərdən keçirək.

«Bütün dünyanın Hakimi belə ədalətsizlik edərmi?» (Yar. 18:25, YD). İbrahim bu ritorik sualı Yehova Sodom və Homorranı məhv etmək qərarını çıxaranda vermişdi. İbrahim hesab edirdi ki, Yehovanın pislərlə birgə salehləri də məhv edib ədalətsizliyə yol verməsi qeyri-mümkündür. Onun bu sualı Yehovanın ədalətli olduğuna dair dərin imanını əks etdirirdi.

Bu gün bəziləri Yehovanın gələcək hökmləri — Har-Megidondan kimlərin sağ çıxacağı, kimlərin diriləcəyi kimi məsələlər barədə fərziyyələr irəli sürə bilərlər. Bu kimi fikirlərin bizi narahat etməsinə yol vermək əvəzinə, yaxşı olardı ki, İbrahimin sualını yadımıza salaq. İbrahim kimi, bizim də Yehovanı xeyirxah səmavi Ata kimi tanımağımız və Onun ədalətli və mərhəmətli olduğuna əminliyimiz bizi vaxtımızı və qüvvəmizi alan yersiz narahatçılıqdan, ruhən zəiflədən şübhələrdən və boş mübahisələrdən qoruyur.

«Sizlərdən kim qayğı çəkməklə boyunu bir arşın artıra bilər?» (Mat. 6:27). İsa arasında şagirdlərinin də olduğu böyük izdihama bu sualı verməklə özlərini Yehovanın qayğıkeş əllərinə həvalə etmələrinin vacibliyini vurğuladı. Bu pis sistemin sonunda yaşadığımız üçün çoxlu qayğılarımız ola bilər, lakin bütün fikrimizi onlara cəmləməklə həyatımızı nə azad, nə də ki yaxşılaşdıra bilərik.

Özümüzə və doğmalarımıza görə narahatçılıq keçirəndə İsanın sualını yada salmaq bizi narahat edən şeylərə düzgün baxmağa, həmçinin əqli, emosional və fiziki cəhətdən əldən salan narahatçılığa qapılmamağa və mənfi fikirləri başımızdan atmağa kömək edə bilər. İsanın bizi əmin etdiyi kimi, göyün quşlarını yedizdirən və çöl bitkilərini geyindirən səmavi Atamız nəyə ehtiyac duyduğumuzu yaxşı bilir (Mat. 6:26—34).

«Bir kişi qoynuna od alanda əyin-başı yanmazmı?» (Sül. məs. 6:27). «Süleymanın məsəlləri» kitabının ilk 9 fəsli elə tərtib olunub ki, sanki, ata oğluna praktiki müdriklik aşılamaq üçün ona qısa hekayələr danışır. Abzasın əvvəlində verilən sual əxlaqsızlığın acı nəticələrə gətirib çıxardığını göstərir (Sül. məs. 6:29). Əgər görsək ki, kiminləsə eşqbazlığa yol verir və ya beynimizdə əxlaqsız fikirlər dolaşır, bu sual həyəcan təbili kimi bizi ayıltmalıdır. Ümumilikdə götürsək, insan hər hansı şirnikdirici vəziyyətlə üzləşəndə bu sualı özünə verməlidir. Burada Müqəddəs Kitabın «insan nəyi əkərsə, onu da biçəcəkdir» prinsipi necə də yerinə düşür! (Qalat. 6:7).

«Sən kimsən ki, başqasının qulunu mühakimə edirsən?» (Rom. 14:4). «Romalılara məktub»unda həvari Pavel birinci əsrdəki yığıncaqda yaranmış problemləri müzakirə edir. Müxtəlif mədəniyyətlərdən olduqları üçün bəzi məsihçilər həmimanlılarının qərarlarını və hərəkətlərini mühakimə etməyə meyilli idilər. Pavelin sualı onlara bir-birlərini sevinclə qarşılamalı və mühakiməni Yehovanın öhdəsinə buraxmalı olduqlarını xatırladırdı.

Bu gün də Yehovanın xalqı müxtəlif mənşəli və şəraitləri fərqli olan insanlardan ibarətdir. Ancaq Yehova bizi bir yerə toplayıb və birləşdirib. Birliyin olması üçün sən öz töhfəni verirsənmi? Əgər biz qardaşımızı vicdanına əsasən etdiyi hərəkətə görə dərhal mühakimə etməyə meyilliyiksə, onda yaxşı olardı ki, Pavelin bu sualını özümüzə verək.

Suallar bizi Yehovaya yaxınlaşdırır

Bu bir neçə nümunə Allahın Kəlamındakı sualların nə dərəcədə güclü təsir qüvvəsinə malik olduğunu göstərir. Hər sualın kontekstini nəzərdən keçirsək, onu öz vəziyyətimizə tətbiq edə bilərik. Müqəddəs Kitabı oxuyanda biz orada başqa faydalı suallar da tapacağıq. (14-cü səhifədəki çərçivəyə baxın.)

Allahın Kəlamındakı təsirli sualların ürəyimizin dərinliklərinə işləməsinə yol verməyin sayəsində düşüncə və ürəyimizi Allahın ədalətli normalarına uyğunlaşdıracağıq. Yehova Əyyuba suallar verdikdən sonra o etiraf etdi: «Qulaqlarıma sorağın çatmışdı, indisə Səni gözlərimlə görürəm» (Əyy. 42:5). Bəli, Yehova Əyyub üçün daha real oldu, sanki, düz onun gözünün qabağında dayanmışdı. Şagird Yaqub isə bunu belə ifadə edir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşar» (Yaq. 4:8). Qoy Allahın Kəlamının hər bir hissəsi, eləcə də oradakı suallar bizə ruhən böyüməyə və Yehovanı daha aydın ‘görməyə’ kömək etsin!

[14-cü səhifədəki çərçivə]

Növbəti sualların üzərində düşünmək Yehovanın nöqteyi-nəzərini mənimsəməyə necə kömək edə bilər?

▪ «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi?» (1 Şam. 15:22).

▪ «Gözlərə quruluş verən görməzmi?» (Məz. 94:9).

▪ «Ey tənbəl, nə qədər yatacaqsan? Nə vaxt yuxudan oyanacaqsan?» (Sül. məs. 6:9).

▪ «Hirslənməyin yaxşı işdirmi?» (Yun. 4:4).

▪ «İnsan bütün dünyaya yiyələnib öz canını itirərsə, ona nə fayda olacaqdır?» (Mat. 16:26).

▪ «Bizi Məsihin məhəbbətindən kim məhrum edəcək?» (Rom. 8:35).

▪ «Almadığın nəyin var?» (1 Kor. 4:7).

▪ «İşıqla qaranlıq arasında nə şəriklik ola bilər?» (2 Kor. 6:14).

[15-ci səhifədəki şəkil]

Əyyub Yehovanın suallarından nə öyrəndi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş