Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lff d. 56
  • Yığıncaqda birliyi qoruyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yığıncaqda birliyi qoruyun
  • Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Başlıqlar
  • Oxşar material
  • D Ə R İ N L İ Y Ə  V A R I N
  • İCMAL
  • Ə L A V Ə  M Ə L U M A T
  • Dindaşlarımıza yaxın olmaq xoşdur!
    Gözətçi qülləsi 2025
  • «Bu kiçiklərdən birini» büdrətməyin
    Gözətçi qülləsi 2021
  • Yehovanın əfvi bizə örnəkdir
    Gözətçi qülləsi 2025
  • Ruhani ailənizə yaxın olun
    Gözətçi qülləsi 2021
Əlavə
Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
lff d. 56
Dərs 56. Fərqli irqlərdən olan iki bacı bir-birini gülərüzlə salamlayır.

DƏRS 56

Yığıncaqda birliyi qoruyun

Çap versiyası
Çap versiyası
Çap versiyası

«Nə yaxşıdır, nə xoşdur, qardaşlar bir olub, bir yaşayanda!» (Zəbur 133:1). Dindaşlarımızın arasında olanda biz də Davud padşahın bu sözlərinə şərik oluruq. Aramızdakı birlik öz-özünə yaranmır. Bu birliyin olmasına hər birimiz öz töhfəmizi verməliyik.

1. Allahın xalqının səciyyəvi cəhəti hansıdır?

Başqa ölkədəki ibadət görüşündə iştirak etsəniz, bəlkə də onların dilini başa düşməyəcəksiniz, amma özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Nə üçün? Çünki bütün dünyada Yehovanın Şahidləri eyni nəşrlərin vasitəsilə Müqəddəs Kitabı araşdırır. Biz həmçinin bir-birimizə məhəbbət göstərməyə can atırıq. Harada yaşamağımızdan asılı olmayaraq, hamımız Yehovanın adını çağırırıq, çiyin-çiyinə Ona qulluq edirik (Səfənya 3:9).

2. Birliyə necə töhfə verə bilərsiniz?

«Bir-birinizi səmimi-qəlbdən, hərarətlə sevin» (1 Butrus 1:22). Bu məsləhətə necə əməl edə bilərsiniz? Diqqəti insanların çatışmayan cəhətlərinə cəmləməyin, onlarda yaxşı şeyləri görməyə çalışın. Təkcə maraqlarınızın üst-üstə düşdüyü şəxslərlə oturub-durmayın, müxtəlif bacı-qardaşlarla tanış olun. Həmçinin ürəyinizdə qərəz varsa, onu çıxarıb atına. (1 Butrus 2:17 ayəsini oxuyun.)

3. Dindaşınızla aranızda anlaşılmazlıq yarananda nə etməlisiniz?

Aramızda birlik olsa da, biz qeyri-kamilik. Bəzən bir-birimizi məyus edir, yaxud incidirik. Buna görə də Allahın Kəlamında məsləhət görülür: «Bir-birinizi ürəkdən bağışlayın». Ardınca deyilir: «Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız». (Koloslulara 3:13 ayəsini oxuyun.) Biz Yehovanı dəfələrlə məyus edirik, amma O bizi bağışlayır. Bu səbəbdən, bizdən də gözləyir ki, dindaşlarımızı bağışlayaq. Əgər görsəniz ki, kiminsə xətrinə dəymisiniz, məsələni yoluna qoymaq üçün özünüz təşəbbüs göstərinb. (Mətta 5:23, 24 ayələrini oxuyun.)

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün yığıncaqda birliyi və sülhü qorumaq üçün nə edə bilərsiniz.

Şəkillər: Qardaş dindaşı ilə barışır. 1) Başqa qardaş onunla kobud danışır. 2) O, dindaşının dediyi sözlər barədə fikirləşir. 3) O, Müqəddəs Kitabda belə vəziyyətlə bağlı verilən məsləhəti düşünür. 4) Həmin dindaşını kofe içməyə dəvət edib, onunla barışır.

Barışmaq üçün nə edərdiniz?

4. Qərəzə yol verməyin

Biz istəyirik ki, bütün bacı-qardaşlarımıza sevgi bəsləyək. Amma bəzən bizdən fərqli olan adamları sevmək çətin olur. Bu zaman nə kömək edə bilər? Həvarilərin işləri 10:34, 35 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Yehova hər cür insanların içindən özünə Şahid seçir. Bu fikir sizdən fərqlənən insanlara münasibətinizə necə təsir etməlidir?

  • Ərazinizdə kimlərə qərəzlə yanaşırlar? Nəyə görə bu qərəzdən uzaq durmalısınız?

2 Korinflilərə 6:11—13 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Bütün bacı-qardaşlara məhəbbət göstərməyi necə öyrənə bilərsiniz?

5. Ürəkdən bağışlayın və barışın

Yehova heç vaxt heç kimə qarşı səhv etmir. Bununla belə, O hamını ürəkdən bağışlayır. Zəbur 86:5 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Yehova nə dərəcədə bağışlayır?

  • Nəyə görə Yehovanın bağışlayan olması sizi sevindirir?

  • Hansı vəziyyətlərdə başqaları ilə yola getmək çətin olur?

Yehovadan nümunə götürüb bacı-qardaşlarımızla aramızdakı birliyi necə qoruya bilərik? Məsəllər 19:11 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Kimsə sizi əsəbiləşdirəndə, yaxud xətrinizə dəyəndə vəziyyəti yumşaltmaq üçün nə edə bilərsiniz?

Bəzən biz özümüz də başqalarının xətrinə dəyirik. Bu zaman nə etməliyik? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

VİDEO: «Sülh yaratmaq xeyir-dualar gətirir» (6:01)

  • Bacı barışmaq üçün nə etdi?

6. Bacı-qardaşların yaxşı cəhətlərinə fikir verin

Bacı-qardaşlarımızı yaxından tanıdıqca onların həm müsbət, həm də mənfi cəhətlərini görürük. Diqqətimizi onların müsbət cəhətlərinə necə cəmləyə bilərik? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

VİDEO: «Daha gözəl olun!» (5:10)

  • Bacı-qardaşların müsbət keyfiyyətlərini görməyə nə kömək edə bilər?

Yehova bizim müsbət cəhətlərimizə fikir verir. 2 Salnamələr 16:9a ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Yehovanın müsbət cəhətlərinizə diqqətini cəmləməsi sizdə hansı hissləri doğurur?

Brilyant üzük.

Gözəl brilyantda belə, qüsurlar olur, amma o, yenə də qiymətlidir. Bacı-qardaşlarımız da qeyri-kamildir, amma Yehova üçün dəyərlidirlər

BƏZİ İNSANLAR DEYİR: «Üzr istəsin, bağışlayım».

  • Nəyə görə bağışlamağa hazır olmalıyıq?

İCMAL

Dindaşlarınızı bağışlamaqla və bütün bacı-qardaşlara məhəbbət göstərməklə yığıncaqdakı birliyə töhfə verə bilərsiniz.

Təkrar

  • Qərəzə necə qalib gələ bilərsiniz?

  • Dindaşınızla aranızda anlaşılmazlıq yaranarsa, nə edəcəksiniz?

  • Nəyə görə başqalarını bağışlamaqda Yehovaya bənzəmək istəyirsiniz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Görün İsanın çəkdiyi bir məsəl başqalarını mühakimə etməməyə necə kömək edə bilər.

«Gözündəki tiri çıxart» (6:56)

Səhv etmədiyimizi düşünsək də, üzr istəməliyik?

«Üzr istəmək barışığın açarıdır» («Gözətçi qülləsi», 1 fevral 2003)

Görün bəzi insanlar başqalarına qərəzsiz yanaşmağı necə öyrəndi.

«Gözlərimizin gördüyü ilə mühakimə etməyək» (5:06)

Kiminləsə aranızdakı münaqişəni yığıncaqda sülhü pozmadan necə yoluna qoya bilərsiniz?

«Mübahisələri məhəbbətlə yoluna qoyun» («Gözətçi qülləsi», may 2016)

a Məhəbbət məsihiləri yoluxucu xəstəliyi yaymamağa təşviq edir. Bununla bağlı 6-cı əlavəyə baxın.

b İşgüzar və hüquqi məsələləri həll etməklə bağlı 7-ci əlavəyə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş