Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 50
  • Təqiblərə qarşı hazırlıq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təqiblərə qarşı hazırlıq
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Təbliğdəki təqiblərə hazırlıq
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Ayrılmaq ərəfəsində
    İsa Məsihin həyatı və xidməti
  • İsa Məsih — yol, həqiqət, həyat
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
İsa Məsihin həyatı və xidməti
gt fəs. 50

Fəsil 50

Təqiblərə qarşı hazırlıq

İSA MƏSİH şagirdlərinə təbliğ etmək üsullarını öyrətdikdən sonra onlara əleyhdarlarla üzləşəcəklərini bildirir. O deyir: «Mən sizi canavarlar arasına quzu kimi göndərirəm... İnsanlarla ehtiyatlı olun, çünki onlar sizi məhkəmələrə verəcək və öz sinaqoqlarında qamçılayacaqlar. Məndən ötrü sizi hakimlərin və padşahların önünə gətirəcəklər».

Hərçənd İsanın davamçıları şiddətli təqiblərə məruz qalacaq, amma o, onları arxayın edir: «Sizi məhkəməyə verəndə nədən və ya necə danışacağınız barəsində narahat olmayın, çünki nə demək lazım olduğu sizə həmin an veriləcək. Danışanda tək olmayacaqsınız, Atanızın müqəddəs ruhu sizin vasitənizlə danışacaq».

İsa davam edir: «Qardaş qardaşı, ata övladını ölümə verəcək. Uşaqlar valideynlərinə qarşı qalxacaq və onları ölümə verəcəklər». Sonra əlavə edir: «Mənim adıma görə hamı sizə nifrət edəcək. Ancaq axıra kimi dözən xilas olacaq».

Təbliğ çox mühüm işdir. Buna görə də İsa qeyd edir ki, azadlıqda qalıb təbliğ edə bilmək üçün ehtiyatlı olmaq gərəkdir: «Sizi bir şəhərdə təqib edəndə, o biri şəhərə qaçın. Bunu bilin ki, siz İsrail şəhərlərinin hamısını gəzib qurtarmamış insan Oğlu gələcək».

Hərçənd İsa Məsih göstərişləri, xəbərdarlığı və ürək-dirəyi 12 həvarisinə verir, lakin bu sözlər İsa ölüb-diriləndən sonra ümumdünya təbliğ işində çalışacaq hər kəsə aiddir. Bunu İsanın «hamı sizə nifrət edəcək» sözlərindən görmək olur; həvarilər isə ancaq israillilərə təbliğ etmək üçün göndərilirlər. Həm də bu qısa təbliğ kampaniyası vaxtı həvarilər hakimlərin və ya padşahların yanına aparılmadı; bu vaxt iman gətirənlər yaxınları tərəfindən ölümə verilmədilər.

İsa şagirdlərə bütün şəhərləri gəzib qurtarmamış «insan Oğlu gələcək» deməklə bir peyğəmbərlik söyləyir. Bu o deməkdir ki, şagirdlər Padşahlıq haqqında xəbərlə dünyanı dolanıb qurtarmamış, şanlı padşah İsa Məsih Har-Magedonda Yehova Allahın hökmlərini icra etmək üçün gələcək.

Sonra İsa təbliğ işi ilə bağlı belə deyir: «Şagird müəllimindən və nökər ağasından üstün deyil». İsanın davamçıları bilməlidirlər ki, səmavi Padşahlığı təbliğ etmək üstündə ağaları pislik görüb, təqib olunursa, onlar da belə şeylərlə qarşılaşacaqlar. Bunun üzərinə İsa nəsihət verir: «Bədəni öldürüb, amma gələcək həyatınıza xətər yetirə bilməyənlərdən qorxmayın, əksinə, sizi Hinnom dərəsində məhv etməyə qadir olandan qorxun».

Bu sahədə İsa özü nümunə olacaqdı. O, mütləq qüdrət sahibi olan Yehova Allaha sədaqətini itirməmək üçün, ölümün gözünə dik baxacaqdı! Bəli, həyatı məhv edən də (insanı gələcəkdə əbədi yaşamaqdan məhrum etmək), ölmüş insanı dirildib ona əbədi həyat bəxş edən də Qadir Allah Yehovadır. Həqiqətən də, səmavi Atamız Yehova Allah misilsiz məhəbbət və mərhəmət sahibidir.

Daha sonra İsa Yehova Allahın qayğı və məhəbbətini vurğulayan bir məsəl söyləyərək şagirdlərinə ürək-dirək verir. O soruşur: «Məgər iki sərçəni bir qara qəpiyə satmırlar? Hərçənd onlardan heç biri Atanızın xəbəri olmadan yerə düşmür. Sizin isə saçınızın telləri belə bir-bir sayılıb. Buna görə də qorxmayın. Siz sərçələrdən qat-qat qiymətlisiniz».

İsanın öz şagirdlərinə həvalə etdiyi xoş xəbər bir adamın qəbul edib, digər adamın qəbul etmədiyi ailələrdə fikir ayrılığı yaradacaqdı. İsa deyir: «Elə bilməyin ki, mən yer üzünə sülh gətirməyə gəlmişəm. Mən yer üzünə sülh yox, qılınc gətirmişəm». Beləliklə, Müqəddəs Kitabdakı həqiqətə hay vermək üçün cəsarət lazımdır. İsa qeyd edir: «Atasını və ya anasını məndən çox istəyən mənə layiq deyil, həmçinin oğlunu və ya qızını məndən çox istəyən mənə layiq deyil».

Axırda İsa göstərir ki, onun şagirdlərini qəbul edən adam onu qəbul etmiş olur. O deyir: «Kim bu kiçiklərdən birinə onun şagird olduğu üçün bir parç sərin su verirsə, inanın ki, mükafatsız qalmayacaq». Matta 10:16—42.

▪ İsa Məsih şagirdlərini nədən xəbərdar edir?

▪ O, şagirdlərini hansı sözlərlə arxayın edir?

▪ Nəyə görə İsanın göstərişləri müasir məsihçilərə də aiddir?

▪ İsanın şagirdi müəllimindən hansı mənada üstün deyil?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş