Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Yehova başınızdakı saçları belə saymışdır
    Gözətçi qülləsi 2005 | 1 oktyabr
    • 6 Həvarilərin nəyə görə qorxmalı olmadıqlarını başa düşmələri üçün, İsa iki əyani məsəl gətirdi. O dedi: «Məgər iki sərçə quşu bir assariyə satılmırmı? Və Atanızın hökmü olmadıqda, onlardan heç biri yerə düşməz. Sizin isə başınızdakı saçlar da belə sayılmışdır. Odur ki, qorxmayın; siz bir çox sərçədən daha dəyərlisiniz» (Matta 10:29-31). Diqqət yetirin ki, İsa ağır şəraitlər qarşısında qorxmamaqla, Yehovanın şəxsən bizim qayğımıza qaldığına əminlik arasında bağlılıq olduğunu göstərdi. Görünür, həvari Pavel də belə əminliyə malik idi. O yazmışdır: «Əgər Allah bizimlədirsə, kim bizə qarşı ola bilər? Məgər Öz Oğlunu əsirgəməyib hamımız üçün təslim edən, Onunla bərabər bütün şeyləri bizə ehsan etməyəcəkdirmi?» (Romalılara 8:31, 32). Yadda saxla: hansı çətinliklərlə üzləşirsən üzləş, Yehovaya sadiqliyini qoruduğun müddətdə O, sənə qayğı göstərəcək. İsanın həvarilərinə dediyi sözlər üzərində dərindən düşünsək, bu fikir daha aydın olar.

  • Yehova başınızdakı saçları belə saymışdır
    Gözətçi qülləsi 2005 | 1 oktyabr
    • 10. «Sizin isə başınızdakı saçlar da belə sayılmışdır» sözləri nə deməkdir?

      10 Bu məsəldən əlavə İsa həmin mövzuya aid başqa bir məsəl də çəkdi: «Sizin isə başınızdakı saçlar da belə sayılmışdır» (Matta 10:30). Necə də dərin və aydın fikirdir! İnsanın başında 100 000-ə yaxın saç var. Ümumi hesabla saçların hamısı eynidir, buna görə də diqqətə layiq olmayan bir şey kimi görünür. Buna baxmayaraq, Yehova Allah onların hər birinə diqqət yetirmiş və saymışdır. İndi isə fikirləşək: həyatımızda elə bir şey varmı ki, Yehova onu bilməsin? Şübhəsiz, Yehova Öz xidmətçiləri haqda hər şeyi bilir. O, insanın ürəyində olanlardan da xəbərdardır (1 Şamuel 16:7).

      11. Davud, Yehovanın şəxsən onun qayğısına qaldığına əminliyini necə ifadə etdi?

      11 Çox əziyyətlər çəkmiş Davud Yehovanın ona diqqət yetirdiyinə əmin idi. O yazırdı: «Ya Rəbb, məni yoxlayaraq tanıdın, oturuşumu-duruşumu Özün bilirsən, fikirlərimi uzaqdan duyursan» (Məzmur 139:1, 2). Sübhə etmə ki, Yehova səni də tanıyır (Yeremya 17:10). Sənin əhəmiyyətsiz insan olduğunu və Yehovanın hər şeyi görən gözlərinin səni görməyəcəyini düşünmə!

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş