Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w04 1/2 s. 18—23
  • Yehovanın ürəyini sevindirən qadınlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın ürəyini sevindirən qadınlar
  • Gözətçi qülləsi 2004
  • Başlıqlar
  • Oxşar material
  • Fir’onun sözündən çıxan qadınlar
  • Əvvəllər fahişə olan qadın Yehovanın ürəyini sevindirdi
  • Dərrakəli olduğuna görə xeyir-dua almışdır
  • Abiqail kimi ola bilərsənmi?
  • O, “peyğəmbər mükafatını” aldı
  • O, ağılla hərəkət etdi
    İman örnəkləri
  • Aviqail və Davud
    Müqəddəs Kitab hekayələri
  • Yehovanın niyyətində qadınların rolu
    Gözətçi qülləsi 2014
  • Ağılsız kişinin ağıllı arvadı
    Gözətçi qülləsi 2017
Əlavə
Gözətçi qülləsi 2004
w04 1/2 s. 18—23

Yehovanın ürəyini sevindirən qadınlar

“Bu işinin əvəzini qoy Rəbb versin! Qoy... Rəbb sənə bol mükafat versin!” (RUT 2:12, MKŞ).

1, 2. Haqlarında Müqəddəs Kitabda yazılan, Yehovanın ürəyini sevindirən qadınların nümunələri üzərində dərindən düşünməyin hansı faydası var?

ALLAH qorxusuna malik olmaları, iki qadını fir’onun sözündən çıxmağa vadar etdi. İmanla hərəkətə gətirilərək fahişə qadın israilli iki kəşfiyyatçını həyatı bahasına xilas etdi. Çətin vəziyyətdə dərrakəli və həlim olması, bir çox insanın həyatını xilas etməkdə və Yehovanın məsh edilmişini qan tökməkdən saxlamaqda qadına kömək etdi. Yehova Allaha olan imanı və qonaqpərvərlik ruhu, uşağı olan dul qadını sonuncu tikəsini Allahın peyğəmbəri ilə bölüşməyə təşviq etdi. Bu, haqlarında Müqəddəs Kitabda yazılan, Yehovanın ürəyini sevindirən bir çox qadınların nümunələrindən yalnız bə’ziləridir.

2 Yehovanın həmin qadınlara olan münasibətindən və onlara verdiyi xeyir-dualardan görürük ki, insanların cinsindən asılı olmayaraq, Yehova onlarda daha çox ruhani keyfiyyətləri qiymətləndirir. Bugünkü dünyada gözəl xarici görünüşə və maddi gəlirə daha böyük əhəmiyyət verildiyi üçün ruhani dəyərlərə üstünlük vermək asan deyil. Bununla belə, bu gün Allahın xalqının böyük hissəsini təşkil edən, Allah qorxusuna malik olan milyonlarla qadınların nümunəsindən göründüyü kimi, bunu etmək mümkündür. Bu məsihçi qadınlar, Müqəddəs Kitabda xatırlanan Allah qorxusuna malik olan qadınların imanını, dərrakəsini, qonaqpərvərliyini və digər gözəl keyfiyyətlərini təqlid edirlər. Şübhəsiz ki, məsihçi kişilər də, qədim dövrdə yaşamış nümunəvi qadınların keyfiyyətlərini təqlid etmək istərdilər. Bunu daha böyük miqyasda necə etməyin üsulunu görmək üçün, gəlin məqalənin əvvəlində xatırlanan qadınlar haqqındakı Müqəddəs Kitab hekayələrini təfsilatı ilə nəzərdən keçirək (Yaqub 4:8; Romalılara 15:4).

Fir’onun sözündən çıxan qadınlar

3, 4. a) Fir’on israillilər arasında yeni doğulan hər bir oğlan uşaqlarını öldürmək əmri verəndə, Şifra və Pua onun sözündən nəyə görə çıxdılar? b) Cəsarətlərinə və Allah qorxusuna malik olduqlarına görə Yehova bu qadınları necə mükafatlandırdı?

3 İkinci Dünya müharibəsindən sonra Almaniyada keçirilən Nürnberq mühakiməsində, kütləvi qırğınlarda müqəssir bilinənlərin əksəriyyəti sadəcə olaraq əmri yerinə yetirdiklərini bildirərək, özlərinə bəraət qazandırmağa çalışırdılar. Bunu, adı çəkilməyən qəddar fir’onun hakimiyyəti dövründə qədim Misirdə yaşayan Şifra və Pua adlı israilli iki mamaça qadının davranışı ilə müqayisə edək. Yəhudilərin sayca sür’ətlə artmalarından ehtiyat edən fir’on bu iki israilli qadına, israillilər arasında yeni doğulan hər bir oğlan uşağını öldürmək əmrini verdi. Qadınlar bu dəhşətli əmrə necə reaksiya göstərdilər? Onlar, “Misir padşahının onlara əmr etdiyi kimi etmədilər və oğlan uşaqlarını sağ buraxdılar”. Nəyə görə bu qadınlar insan qorxusunun qurbanı olmadılar? Çünki onlar “Allahdan qorxurdular” (Çıxış 1:15, 17; Təkvin 9:6).

4 Mamaça qadınlar Yehovaya güvənirdilər, O da onlar üçün “qalxan” olaraq, onları fir’onun qəzəbindən qorudu (2 Samuel 22:31; Çıxış 1:18-20). Lakin Yehovanın xeyir-duası bununla bitmədi. Yehova Şifra və Puanı, “ev-eşik sahibi” etməklə, onları mükafatlandırdı. Fir’onun adı tarixdən silindiyi halda, Yehova bu qadınların adlarını və onların əməlləri haqqında mə’lumatı gələcək nəsillər üçün Öz Kəlamında saxlamaqla, onları böyük şərəf sahibi etdi (Çıxış 1:21; 1 Samuel 2:30b; Süleymanın məsəlləri 10:7).

5. Bu gün bir çox məsihçi qadınlar hansı cəhətdə Şifra və Puaya bənzərdilər və Yehova onları necə mükafatlandıracaq?

5 Şifra və Puaya bənzər qadınlar bu gün də mövcuddurmu? Şübhəsiz! Hər il, bu cür minlərlə qadınlar Müqəddəs Kitabın həyatverici xəbərini “hökmdarın fərmanı” ilə qadağan edilmiş ölkələrdə azadlıqları və hətta həyatları bahasına qorxu bilmədən təbliğ edirlər (İbranilərə 11:23; Həvarilərin işləri 5:28, 29). Allaha və qonşularına olan məhəbbətdən irəli gələrək, bu cəsarətli qadınlar Allahın Padşahlığı haqqındakı xoş xəbəri başqaları ilə bölüşməkdə onlara heç kimin mane olmasına yol vermirlər. Buna görə də bir çox məsihçi qadınlar müqavimət və tə’qiblərlə qarşılaşırlar (Mark 12:30, 31; 13:9-13). Şifra və Pua ilə olduğu kimi, Yehova bu gözəl, cəsarətli qadınların bütün işlərini görür və əgər onlar axıra kimi sadiqliklə dözsələr, Yehova onların adlarını ‘həyat kitabında’ saxlamaqla onlara Öz məhəbbətini göstərəcəkdir (Filipililərə 4:3; Matta 24:13).

Əvvəllər fahişə olan qadın Yehovanın ürəyini sevindirdi

6, 7. a) Rahab Yehova və Onun xalqı haqqında nə bilirdi və bu biliklər ona necə tə’sir etmişdir? b) Allahın Kəlamında Rahab hansı şərəfə layiq görülmüşdür?

6 Eramızdan əvvəl 1473-cü ildə Kən’an şəhəri Erihada Rahab adında fahişə qadın yaşayırdı. Ehtimal ki, Rahab yaxşı mə’lumatlı qadın idi. İsrailli iki kəşfiyyatçı onun evində gizlənəndə, o, İsrail xalqının Misirdən çıxdığı vaxtdan 40 il keçsə də, həmin hadisələrlə bağlı mö’cüzələr barəsində ətraflı söhbət edə bilmişdi! O, həm də israillilərin Amori padşahları Sihon və Oq üzərindəki yeni qələbələri barədə də bilirdi. Bu mə’lumatların ona necə tə’sir bağışladığına diqqət yetirək. Rahab kəşfiyyatçılara dedi: “Bilirəm ki, Rəbb diyarı sizə vermişdir... çünki Allahınız Rəbb, yuxarıda göylərdə və aşağıda yer üzərində Allah odur” (Yeşu 2:1, 9-11). Bəli, Rahabın Yehova və Onun İsrail xalqı naminə gördüyü işlər barəsində bildikləri ürəyinə işləmiş və onu həqiqi Allaha iman gətirməyə təşviq etmişdir (Romalılara 10:10).

7 Rahabın imanı, onu hərəkətə təşviq etdi. O, İsrail kəşfiyyatçılarını “sülhlə” qəbul etdi və Eriha şəhəri zəbt olunan zaman onların göstərişlərinə riayət etdi (İbranilərə 11:31; Yeşu 2:18-21). Şübhəsiz ki, Rahabın imana əsaslanan əməlləri Yehovanın ürəyini sevindirmişdi, bunun üçün də O, məsihçi şagirdi Yaqubu təşviq etmişdir ki, Rahabı məsihçilərə nümunə gətirərək Allahın dostu olan İbrahimlə yanaşı xatırlatsın. Yaqub yazırdı: “Məgər fahişə Rahab da eyni cür öz əməllərinə görə saleh sayılmadımı? O, kəşfiyyatçıları qəbul etdi və başqa yol ilə geri göndərdi” (Yaqub 2:25).

8. İmanına və itaətkarlığına görə Yehova Rahabı necə xeyir-dualandırdı?

8 Yehova Rahabı bir sıra üsullarla mükafatlandırdı. İlk öncə Yehova onu, həm də evində gizlənən hər bir kəsi, daha doğrusu “atasının ev xalqını və ona aid olanların hamısını” mö’cüzəli şəkildə xilas etdi. Sonra onlara “İsrailin arasında” yaşamağa izn verdi ki, burada da onlarla yerli sakinlər kimi davranmalı idilər (Yeşu 2:13; 6:22-25; Levililər 19:33, 34). Lakin bununla hər şey bitmirdi. Yehova həm də Rahabı, İsa Məsihin ulu nənəsi olmaq şərəfinə layiq gördü. Bir zamanlar bütpərəst olan kən’anlıya necə də böyük mərhəmət göstərildi!a (Məzmur 130:3, 4).

9. Yehovanın Rahaba və I əsrdə yaşayan bə’zi məsihçi qadınlara münasibəti bugünkü qadınlardan kimisə necə ruhlandıra bilər?

9 Həm I əsrdə, həm də bizim dövrdə məsihçi qadınları arasında Rahab kimi Allahı razı salmaq üçün əxlaqsız həyat tərzini buraxan kəslər olmuşdur (1 Korinflilərə 6:9-11). Şübhəsiz ki, onlardan bə’ziləri, əxlaqsızlığın hər yerdə mövcud olduğu və hətta adi hal sayıldığı keçmiş Kən’anla müqayisə olunan mühitdə böyümüşlər. Lakin Müqəddəs Yazılardakı dəqiq biliyə əsaslanan iman, onları dəyişilməyə təşviq etmişdi (Romalılara 10:17). Ona görə bu cür qadınlar haqqında da demək olar ki, “Allah, Özünü onların Allahı adlandırmaqdan utanmır” (İbranilərə 11:16). Necə də böyük şərəfdir!

Dərrakəli olduğuna görə xeyir-dua almışdır

10, 11. Hansı vəziyyət Abiqaili hərəkət etməyə təşviq edir?

10 Keçmişdə yaşayan bir çox sadiq qadınlar, görkəmli surətdə dərrakə təzahür etdirmiş, bu isə onları Yehovanın xalqının dəyərli bir hissəsi etmişdir. Bu cür qadınlardan biri, varlı İsrail mülkədarı Nabalın arvadı Abiqail idi. Əgər o dərrakə ilə davranmasaydı, çox insan həyatı məhv olardı, İsrailin gələcək padşahı Davud isə qatillikdə günahlandırılardı. Abiqail haqqında biz “1 Samuel” kitabının 25-ci fəslində oxuya bilərik.

11 Hekayənin əvvəlində Davudu və onun adamlarını, israilli qardaşları Nabala qarşı xeyirxahlıqlarından onun sürülərinin yaxınlığında düşərgə salaraq gecə-gündüz təmənnasız olaraq keşik çəkdikləri vəziyyətdə tapırıq. Davudun ərzaq ehtiyatı tükənəndə, ərzaq istəmək üçün Nabalın yanına on nəfər gənc adam göndərir. Nabalın Davuda öz minnətdarlığını bildirmək və ona Yehovanın məsh edilmişi kimi ehtiram göstərmək üçün gözəl imkanı yaranır. Nabal isə əksinə davranır. Olduqca qəzəbli surətdə Davudu təhqir edir və gəncləri əliboş yola salır. Bu barədə eşidəndə, Davud 400 nəfər silahlı adam götürür və qisas almağa yollanır. Abiqail ərinin kobudluğu barədə eşidib, yubanmadan və dərrakə ilə hərəkət edir: Davudu sakitləşdirmək üçün, ona böyük miqdarda azuqə yollayır. Sonra özü də Davudun yanına gedir (2-20-ci ayələr).

12, 13. a) Abiqail dərrakəli olduğunu, həmçinin Yehovaya və Onun məsh edilmişinə olan sadiqliyini necə təzahür etdirdi? b) Abiqail evə döndükdə nə etdi və sonra hadisələr necə cərəyan etdi?

12 Abiqail Davudu qarşılayıb mərhəmət göstərməsi barədə ona həlimliklə yalvarır, bu da onun Yehovanın məsh edilmişinə ehtiramını göstərir. Abiqail, “Rəbb mütləq əfəndimə e’tibarlı bir ev quracaqdır, çünki əfəndim Rəbbin cənglərini edir”, deyir və əlavə edir ki, Yehova Davudu İsrail üzərində hökmdar tə’yin edəcəkdir (28-30-cu ayələr). Eyni zamanda Abiqail Davuda, özündə olan qisas yanğısını idarə etməsə, əbəs qanın tökülməsinə səbəb ola biləcəyini söyləməklə, böyük mərdlik göstərir (26-cı, 31-ci ayələr). Abiqailin həlimliyi, göstərdiyi ehtiram hissi və aydın düşüncə tərzi Davudu ayıldır. O cavab verir: “İsrailin Allahı Rəbb mübarək olsun ki, bu gün məni qarşılamağa səni göndərdi; və anlayışın mübarək olsun və sən mübarək olasan; qana girməkdən və intiqamımı öz əlimlə almaqdan məni bu gün sən saxladın” (32-ci, 33-cü ayələr).

13 Evə qayıtdıqdan sonra Abiqail Davuda apardığı hədiyyə barədə ərinə cəsarətlə danışmaq istəyir. Lakin ərini “çox sərxoş” vəziyyətdə tapır. Buna görə də əri özünə gələnə kimi gözləyir və sonra hər şeyi ona söyləyir. Nabal necə reaksiya göstərir? O elə sarsıntı keçirir ki, iflicə tutulur. On gündən sonra Rəbbin əlindən ölür. Davud Nabalın ölümü barədə eşidəndə, keyfiyyətlərinə vurulduğu və dərin hörmət hissi bəslədiyi Abiqailə onunla evlənməyi təklif edir. Abiqail ona ərə getməyə razılıq verir (34-42-ci ayələr).

Abiqail kimi ola bilərsənmi?

14. Biz Abiqailin hansı keyfiyyətlərini artıq dərəcədə təzahür etdirməyi öyrənə bilərdik?

14 Sən bir kişi və ya qadın kimi, Abiqaildə gördüyün keyfiyyətləri daha artıq dərəcədə təzahür etdirə bilərsənmi? Ehtimal ki, sən çətinliklər yaranan zaman daha dərrakəli tərzdə davranmaq istəyirsən. Ya da ki, ətrafında başqaları özlərini idarə edə bilməyəndə, sən sakitcə və mülayimliklə danışmağı öyrənmək istəyirsən. Belə halda bu barədə Yehovaya nəyə görə dua etməyəsən? O, ‘imanla diləyən’ hər bir kəsə hikmət, bilik və dərrakə verməyi və’d edir (Yaqub 1:5, 6; Süleymanın məsəlləri 2:1-6, 10, 11).

15. Məsihçi qadınlar üçün Abiqailin keyfiyyətlərinə bənzər keyfiyyətləri xüsusilə hansı hallarda təzahür etdirmək vacibdir?

15 Bu gözəl keyfiyyətlər imanına şərik olmayan, Müqəddəs Kitab prinsiplərinə ya olduqca az, ya da ümumiyyətlə riayət etməyən ərləri olan qadınlara xüsusilə lazımdır. Ola bilər ki, ər spirtli içkidən sui-istifadə edir. Ümid etmək istəyirik ki, bu cür kişilər yollarını düzəldəcəklər. Artıq çoxları həqiqətən də yollarını düzəltmişlər. Əksər hallarda onlar bunu arvadlarının həlim xasiyyətləri, dərin hörmət hissləri və təmiz davranışları sayəsində etmişlər (1 Peter 3:1, 2, 4).

16. Evdə hökm sürən şəraitdən asılı olmayaraq, məsihçi qadın hər bir şeydən çox Yehova Allahla olan münasibətlərini qiymətləndirdiyini necə göstərə bilər?

16 Evdə hansı çətinliklərlə qarşılaşsan da, yadda saxla ki, Yehova hər zaman səni müdafiə etməyə hazırdır (1 Peter 3:12). Buna görə də ruhani vəziyyətini möhkəmlətməyə çalış. Müdriklik və sakit ürək barəsində dua et. Müqəddəs Kitabı müntəzəm öyrənmək, dua etmək, dərindən düşünmək və həmimanlılarla ünsiyyətdə olmaq vasitəsilə Yehovaya yaxınlaş. Abiqailin ərinin ruhani şəxsiyyət olmaması, onun Allaha olan məhəbbətinə və Onun məsh edilmişinə münasibətinə tə’sir göstərmədi. O, doğru prinsipləri rəhbər tuturdu. Hətta ər Allahın nümunəvi xidmətçisi olan ailələrdə belə, məsihçi qadın başa düşür ki, öz ruhani vəziyyətini möhkəmlətmək və lazımi səviyyədə saxlamaq üçün o özü var qüvvəsi ilə çalışmalıdır. Doğrudur, Müqəddəs Kitaba əsasən onu ruhani və maddi cəhətdən tə’min etmək məs’uliyyətini əri daşıyır, lakin nəticədə qadın özü ‘öz xilasını başa çatdırmaq üçün qorxu və lərzə ilə hərəkət etməlidir’ (Filipililərə 2:12; 1 Timoteyə 5:8).

O, “peyğəmbər mükafatını” aldı

17, 18. a) Tsarefatdan olan dul qadının imanı hansı tərzdə qeyri-adi dərəcədə sınandı? b) Dul qadın İlyasın xahişinə necə hay verdi və Yehova buna görə onu necə mükafatlandırdı?

17 İlyas peyğəmbərin günlərində Yehovanın dul qadının qeydinə qalmasından görürük ki, O, həqiqi ibadəti öz qüvvələri və vəsaitləri hesabına dəstəkləyənlərə dərin minnətdarlıq hissi duyur. İlyasın günlərində uzun müddət davam edən quraqlıq ucbatından bir çoxları, o cümlədən Tsarefat şəhərində yaşayan dul qadın və balaca oğlu aclıqdan ölüm təhlükəsi ilə üzləşdilər. Yalnız bircə dəfəlik yeməkləri qalanda onlara bir qonaq gəlir. Bu İlyas peyğəmbər idi. O, olduqca qeyri-adi bir xahişlə müraciət edir. İlyas qadının acınacaqlı vəziyyətindən xəbərdar olsa da, ondan axırıncı undan və yağdan onun üçün “balaca bir kökə” bişirməyi xahiş edir. Lakin peyğəmbər əlavə edir: “Çünki İsrailin Allahı Yehova belə deyir: Rəbb torpaq üzərinə yağmur verəcəyi günə qədər küpdə un tükənməyəcək və tuluqda yağ əskilməyəcək” (1 Krallar 17:8-14).

18 Bu cür qeyri-adi təklifə siz necə hay verərdiniz? Tsarefatdan olan dul qadın, ehtimal ki, İlyası Yehovanın peyğəmbəri kimi qəbul edib, ‘İlyanın [İlyasın] sözünə gö­rə et­di’. Qonaqpərvərliyinə görə Yehova onu necə mükafatlandırdı? Quraqlığın davam etdiyi müddətdə Yehova onun özünü, oğlunu və İlyası mö’cüzəli surətdə qida ilə tə’min edirdi (1 Krallar 17:15, 16). İsrailli olmasa da, Yehova Tsarefatdan olan dul qadına “peyğəmbər mükafatını” verdi (Matta 10:41). Allahın Oğlu da bu qadını öz doğma şəhəri Nazaretin vəfasız sakinlərinə nümunə gətirərək, ona ehtiram göstərdi (Luka 4:24-26).

19. Bu gün bir çox məsihçi qadınlar Tsarefatdan olan dul qadının əks etdirdiyi ruhu necə əks etdirir və Yehova onlara necə münasibət bəsləyir?

19 Bu gün bir çox məsihçi qadınlar da Tsarefatdan olan dul qadının əks etdirdiyi ruhu əks etdirirlər. Məsələn, əksəriyyəti kasıb və ailələrinin qayğısına qalmalı olan məsihçi bacılar hər həftə təmənnasız olaraq səyyar nəzarətçilərə və onların arvadlarına qonaqpərvərlik göstərirlər. Digərləri, yerli tammüddətli xidmətçiləri nahar yeməyinə də’vət edir, ehtiyacı olanlara kömək edir və ya qüvvələrini və vəsaitlərini sərf edərək, Padşahlıq işini hansısa başqa üsulla dəstəkləyirlər (Luka 21:4). Yehova bu cür qurbanları nəzərə alırmı? Mütləq! “Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun” (İbranilərə 6:10).

20. Növbəti məqalədə nəyi nəzərdən keçirəcəyik?

20 Allah qorxusuna malik olan bə’zi məsihçi qadınlar I əsrdə İsaya və onun həvarilərinə xidmət etmək şərəfinə malik olmuşlar. Növbəti məqalədə, bu qadınların Yehovanın ürəyini necə sevindirdiklərini müzakirə edəcək və hətta çətin anlarda Yehovaya bütün ürəkləri ilə xidmət edən müasir qadınların nümunələrini nəzərdən keçirəcəyik.

[Haşiyə]

a İsanın Matta tərəfindən yazılan nəsil şəcərəsində, dörd qadının adı xatırlanır: Tamar, Rahab, Rut və Məryəm. Bu qadınların hər biri haqqında Allahın Kəlamında böyük hörmətlə danışılır (Matta 1:3, 5, 16).

Təkrar

• Şifra və Pua Yehovanın ürəyini necə sevindirmişlər?

• Rahab Yehovanın ürəyini necə sevindirmişdir?

• Abiqail Yehovanın ürəyini necə sevindirmişdir?

• Tsarefatdan olan dul qadın Yehovanın ürəyini necə sevindirmişdir?

• Bu qadınların nümunələri üzərində dərindən düşünmək hər birimizə necə kömək edir? İzah edin.

[19-cu səhifədəki şəkillər]

Bir çox sadiq qadınlar “hökmdarın fərmanına” baxmayaraq, Allaha xidmət edirlər.

[20-ci səhifədəki şəkil]

Nəyə görə Rahab, imana malik olan adamın gözəl nümunəsidir?

[20-ci səhifədəki şəkil]

Sən Abiqailin hansı keyfiyyətlərini təqlid etmək istəyirsən?

[22-ci səhifədəki şəkil]

Bu gün bir çox məsihçi qadınlar Tsarefatdan olan dul qadının əks etdirdiyi ruhu əks etdirirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş