Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 39
  • Məğrurlar və həlimlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məğrurlar və həlimlər
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Ürəyi küt nəslin vay halına
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • «Yanıma gəlin və Mən sizə rahatlıq verərəm» (Mətta 11:28—30)
    Müqəddəs Kitab ayələrinin izahı
  • Həyatdakı gərginliyi azaltmağa dair praktiki rəhbərlik
    Gözətçi qülləsi 2002
  • «Yanıma gəlin, mən sizə təravət verəcəyəm»
    Gözətçi qülləsi 2019
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 39

Fəsil 39

Məğrurlar və həlimlər

VƏFTİZÇİ YƏHYANIN gözəl xüsusiyyətləri barədə danışdıqdan sonra İsa Məsih diqqətini ətrafındakı məğrur və səbatsız adamlara yönəldib deyir: «Bu nəsil... bazar meydanında oturub biri digərinə: “Biz sizin üçün tütək çaldıq, amma siz oynamadınız; biz ağı dedik, amma siz kədərdən başınıza döymədiniz”, — deyən uşaqlara bənzəyir».

İsanın bu sözlərinin mənası nədir? O izah edir: «Yəhya gəlib nə yeyir, nə içir, amma camaat deyir: “Onda cin var”. İnsan Oğlu gəlib həm yeyir, həm içir, insanlar yenə deyirlər: “Budur ha, qarınqulu və şərab düşkünü, vergiyığanların və günahlıların dostu”». Bəli, insanları razı salmaq müşkül məsələdir.

Bu adamlar da hər şeydən narazıdırlar. Yəhya doğulmazdan əvvəl mələk onun atasına demişdi ki, uşağın «dilinə şərab və ya digər kefləndirici içki dəyməməlidir». O, mələyin bu göstərişinə müvafiq olaraq, nəziri kimi özünü hər şeydən məhrum edir və camaat deyir ki, o cinə tutulub. İsa isə zahid deyil, adi adamlar kimi yaşayır, amma ona «qarınqulu» deyirlər.

Bu insanları razı salmaq necə də çətindir! Onlar dostları şən hava çaldıqda oynamayan, ağı deyərkən ağlamayan uşaqlara bənzəyirlər. Beləcə, İsa deyir: «Hikmətin doğruluğu əməllərindən bəlli olur». Bəli, Yəhyanın və İsanın gördükləri işlər onlara qarşı sürülən ittihamların yalan olduğunu üzə çıxarır.

Sonra İsa Xorazin, Betsayda və Kapernahumu ittiham edir, çünki o, möcüzələrinin çoxunu bu şəhərlərdə etmişdi. İsa qeyd edir ki, əgər o, bu möcüzələri Finikiyanın Sur və Sidon şəhərlərində etsəydi, bu şəhərlərin camaatı tövbə edib çul geyinər və kül içində oturardılar. İsa, özünün bir növ fəaliyyət mərkəzi olan, Kapernahum şəhərini mühakimə edərək deyir: «Hökm günü Sodom torpağı üçün tab gətirmək ona [Kapernahuma] nisbətən daha asan olacaq».

Daha sonra İsa səmavi Atasına şükür edir. Çünki Allah saf inciyə bənzər ruhani həqiqətləri ağıllı və hikmətli adamlardan gizlədib «körpələrə», yəni həlimlərə açır.

Sonda İsa ürəkaçan bir dəvətlə müraciət edir: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və mənə baxıb öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər. Çünki boyunduruğum rahat, yüküm yüngüldür».

Bəli, İsa adamları təravətləndirir. Necə? O, onları din xadimlərinin ağır yük kimi insanların boynuna qoyduğu ənənələrin, misal üçün, şənbə günü ilə bağlı sərt qaydaların köləliyindən azad edir. O, həmçinin hakimiyyət sahiblərinin zülmü və günahların ağırlığı altında inildəyən insanlara qəlb rahatlığı gətirir. İsa vicdan əzabı çəkən adamlara günahların bağışlanmasına və Allahla gözəl münasibət qurmağa aparan yolu göstərir.

Biz özümüzü Allaha həsr etdikdə İsanın dediyi rahat boyunduruğu götürmüş oluruq. Beləcə, şəfqətli və mərhəmətli səmavi Atamıza xidmət etmək üçün üzümüzə qapı açılır. İsanın yanına gələnlərə təklif etdiyi yüngül yük isə əbədi həyata yetişmək üçün Allahın tələblərinə riayət etmək deməkdir. Bu əmrlər Müqəddəs Kitabda yazılıb və onlara əməl etmək qətiyyən ağır deyil. Matta 11:16—30; Luka 1:15; 7:31—35; 1 Yəhya 5:3.

▪ Nə üçün İsanın məğrur və səbatsız müasirləri uşaqlara bənzəyirlər?

▪ İsa səmavi Atasına nədən ötrü şükür edir?

▪ İnsanların boynuna hansı ağır yük qoyulub və İsa onlara necə rahatlıq verir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş