Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/1 s. 6—12
  • Həyatdakı gərginliyi azaltmağa dair praktiki rəhbərlik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatdakı gərginliyi azaltmağa dair praktiki rəhbərlik
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Həyatınız gərginlik içindədirmi?
  • Boyunduruq altında
  • Təravət tapmaq mümkündür
  • Təravət tapmağın yolu
  • «Yanıma gəlin və Mən sizə rahatlıq verərəm» (Mətta 11:28—30)
    Müqəddəs Kitab ayələrinin izahı
  • «Yanıma gəlin, mən sizə təravət verəcəyəm»
    Gözətçi qülləsi 2019
  • İsa insanlara təravət verirdi
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • «Boyunduruğumu üzərinizə götürün»
    Müqəddəs ibadətimiz 2008
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/1 s. 6—12

Həyatdakı gərginliyi azaltmağa dair praktiki rəhbərlik

“Ey bütün zəhmətkeşlər və yükləri ağır olanlar, mənim yanıma gəlin və mən sizə təravət verərəm” (MATTA 11:28, YD).

1, 2. a) Müqəddəs Kitabda yazılan hansı mə’lumatlar, gərginliyi azaltmağa kömək edər? b) İsanın tə’limləri nə dərəcədə tə’sirli idi?

YƏQİN razılaşacaqsınız ki, özünü gücə salmaq ziyandır, çünki hədsiz gərginlik əzablara səbəb olur. Müqəddəs Kitabın qeyd etdiyi kimi, bəşəriyyət ağır yük altında olduğu üçün, bir çoxları bugünkü gərgin həyatdan azad olmağı səbirsizliklə gözləyirlər (Romalılara 8:20-22). Bununla yanaşı, Müqəddəs Kitab əzabları artıq indidən əhəmiyyətli dərəcədə yüngülləşdirməyin mümkün olduğunu da göstərir. Buna, iki min il bundan qabaq yaşamış gənc adamın məsləhətinə riayət etməklə və nümunəsini təqlid etməklə nail olmaq mümkündür. Həmin şəxs dülgər idi, amma sənətindən çox insanları sevirdi. O, insanların qəlbinə yol tapır, onların ehtiyaclarına qayğı göstərir, zəiflərə kömək edir və mə’yuslara təsəlli verirdi. Bundan əlavə, ruhən inkişaf etməkdə də çoxlarına kömək edirdi. Bunun sayəsində, onlar yüngüllük hiss edirdilər - buna siz də nail ola bilərsiniz (Luka 4:16-21; 19:47, 48; Yəhya 7:46).

2 Haqqında bəhs edilən şəxs - Nazaretdən olan İsa - qədim Romada, Afinada yaxud İsgəndəriyyədə bə’zilərinin mənimsəməyə cəhd etdikləri elmi biliyi rəhbər tutmurdu. Buna baxmayaraq, onun tə’limləri məşhur idi. Onun tə’limlərinin əsasını, Allahın yer üzünü müvəffəqiyyətlə idarə etmək üçün istifadə edəcəyi Padşahlıq haqqındakı mövzu təşkil edirdi. İsa, həmçinin əsas həyati prinsipləri - zəmanəmizdə həqiqətən də vacib olan prinsipləri izah edirdi. İsanın tə’limlərini öyrənən və tətbiq edən kəslər, tezliklə əldə edilən faydaları, o cümlədən gərginliyin azaldığını hiss edirlər. Məgər bu sizi cəlb etmirmi?

3. İsa insanlara hansı gözəl də’vətlə müraciət edirdi?

3 “Uzun illər bundan qabaq yaşamış bir kəs, mənim həyatıma əhəmiyyətli tə’sir göstərə bilərmi?”, deyə sizdə şübhə yarana bilər. Belə isə, gəlin İsanın gözəl də’vətini dinləyək: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq [“təravət”, YD] verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür” (Matta 11:28-30). O, nəyi nəzərdə tuturdu? Gəlin bu sözləri ətraflı şəkildə nəzərdən keçirək və gərginliyi aradan qaldırmaqda onların necə kömək etdiyini müəyyənləşdirək.

4. İsa kimlərə müraciət edirdi və nəyə görə onun dinləyiciləri, din rəhbərləri tərəfindən qarşılarına qoyulan tələbləri yerinə yetirməyə çətinlik çəkirdilər?

4 İsa, Qanunu bütün qüvvələri ilə icra etməyə çalışan, amma Yəhudi din rəhbərlərinin dini ağır yükə çevirdiklərinə görə, “yükləri ağır olan” çox adamlara müraciət edirdi (Matta 23:4). Din rəhbərləri, həyatın bütün sahələri üçün saysız-hesabsız qayda-qanunlar tə’yin etməyə üstünlük verirdilər. Daima “bunu etmə, onu etmə” ifadəsini eşitmək xoşuna gələrmi? Bunun əksinə olaraq, İsanın də’vəti insanları həqiqətə, ədalətə, onu dinləmək sayəsində mümkün olan ən gözəl həyata yönəldirdi. Bəli, həqiqi Allahı tanımaq üçün diqqəti İsa Məsihə yönəltmək lazım idi, çünki onu tanıyan insanlar, Yehovanın necə Allah olduğunu görə bilərdilər və görürlər də. İsa dedi: “Məni görən, Atanı görmüş olur” (Yəhya 14:9).

Həyatınız gərginlik içindədirmi?

5, 6. İsanın günlərində və bizim zəmanədə olan əməyi və əmək haqqını müqayisə edin.

5 Əgər iş və ya ailədəki vəziyyət sizi ağır yük kimi narahat edirsə, onda bu məsələ sizə də aid ola bilər. Ola bilsin ki, üzərinizə ağır yük kimi düşən başqa çətin vəzifələri yerinə yetirməli olursunuz. Əgər bu belədirsə, siz, İsanın rastlaşdığı və kömək etdiyi səmimi adamlara bənzəyirsiniz. Məsələn, dolanmaq üçün pul qazanmaq problemini nəzərdən keçirək. Bu, indiki zəmanədə bir çoxlarına çətinliklə başa gəlir, İsanın günlərində də belə idi.

6 O zaman, işçi, gün ərzində 12 saat, həftədə 6 gün zəhmət çəkir və bir qayda olaraq adətən günə 1 dinar alırdı (Matta 20:2-10). Bu cür əmək haqqı sizin və ya dostlarınızın maaşı ilə müqayisədə çoxdur, yoxsa az? Keçmişdə verilən maaş ilə müasir dövrün maaşını müqayisə etmək çətindir. Bunu yoxlamaq üçün, keçmişdəki və indiki pulun dəyərini nəzərdən keçirmək olar. Bir alim qeyd edir ki, İsanın günlərində 4 stəkan buğda unundan hazırlanan çörək təxminən bir saatlıq əmək haqqına bərabər idi. Başqa alim isə deyir ki, litrin dörddəbiri qədər yaxşı şərab üçün, təxminən iki saat işləmək lazım gəlirdi. Bu təfsilatlar göstərir ki, həmin dövrdə yaşamaq üçün insanlar günün çox hissəsini ağır zəhmət çəkməli idilər. Bizim kimi, onların da rahatlığa və təravətə ehtiyacları vardı. Əgər muzdlu fəhləsinizsə, sizdən daha çox iş tələb edə bilərlər. Əksər hallarda ətraflı düşünərək qərar qəbul etməyə vaxt çatmır. Yəqin ki, siz də rahatlığın həsrətini çəkirsiniz.

7. İsanın sözlərinə necə münasibət göstərildi?

7 İsanın “bütün zəhmətkeşlər və yükləri ağır olanlara” etdiyi də’vət, şübhəsiz ki, bir çox dinləyicilər arasında öz əksini tapdı (Matta 4:25; Mark 3:7, 8). İsanın “Mən sizə təravət verərəm” — və’dini də xatırlayaq. Bu və’d bu günə qədər qüvvədədir. Əgər “zəhmətkeş” insanıqsa və yükü “ağır” vəziyyətdəyiksə, həmin və’d bizə, o cümlədən, eyni vəziyyətdə olan əzizlərimizə də aid ola bilər.

8. Uşaqların tərbiyəsi, yaşın artması həyatın gərginliyini necə artırır?

8 İnsanlar başqa yüklər də daşıyırlar. Məsələn, uşaqların tərbiyəsi xeyli vaxt və qüvvə tələb edir. Uşaqların özləri də az əziyyət çəkmirlər. Bundan əlavə, psixi və fiziki xəstəliklərdən müxtəlif yaşda olan daha çox insanlar əzab çəkirlər. Ümumi götürdükdə, indi insanların ömrü uzun olsa da, tibb sahəsindəki nailiyyətlərə baxmayaraq, qocalar xüsusi problemlərlə toqquşurlar (Vaiz 12:1).

Boyunduruq altında

9, 10. Keçmiş zamanlarda boyunduruq nəyə əlamət idi və nəyə görə İsa insanları, onun boyunduruğunu götürməyə də’vət edirdi?

9 Yəqin ki, İsanın, Matta 11:28, 29 ayələrində dediyi “Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin” sözlərinə diqqət yetirmisiniz. O zamanlar sadə zəhmətkeşə elə gələ bilərdi ki, boyunduruq altında çalışır. Hələ qədim zamanlarda, köləliyi və ya əsarəti təsvir etmək üçün, məcaz kimi “boyunduruq” ifadəsi istifadə edilirdi (Təkvin 27:40; Levililər 26:13; Təsniyə 28:48). İsanın qarşısına çıxan, birgünlük iş üçün tutulan fəhlələrdən çoxu, çiyinlərində ağır yük daşıyaraq, sözün əsl mə’nasında boyunduruq altında çalışırdılar. Düzəlməsindən asılı olaraq, boyunduruq boyun və çiyində ya rahat durur, ya da ki, bu hissələri sürtürdü. Bir dülgər kimi İsa, ehtimal ki, boyunduruq da düzəldirdi və onu “rahat” düzəltməyi bacarırdı. Bədəni daha az sürtsün deyə, ola bilsin, İsa boyunduruğun bədənə toxunan yerinə dəri və ya parça tikirdi.

10 “Boyunduruğumu üzərinizə götürün” deyərkən, bəlkə də, İsa özünü, işçinin boynu və çiyni üçün “rahat” olan, keyfiyyətli boyunduruq təklif edən adamla müqayisə edirdi. Buna görə də, İsa əlavə etdi: “Yüküm yüngüldür”. Bu o demək idi ki, belə boyunduruq altında işləmək xoş idi, bu zaman əmək də kölə əməyini xatırlatmırdı. Boyunduruğunu üzərlərinə götürməyə də’vət etməklə, İsa dinləyicilərinə, həmin vaxt mövcud olan bütün yüklərdən dərhal azad olmağı təklif etmirdi. Amma insanlar İsanın öyrətdiyi kimi düşünməklə böyük yüngüllük hiss edirdilər. Həmçinin həyat tərzlərində və vərdiş etdikləri işlərdə dəyişiklik etməkdən də rahatlıq hissi duyurdular. Bundan əlavə, aydın və əsaslı ümid, həyatlarında baş verən gərginliyi azaldırdı.

Təravət tapmaq mümkündür

11. Nəyə görə demək olar ki, İsa bir boyunduruğu digəri ilə əvəz etməyi təklif etmirdi?

11 Diqqət yetirin ki, İsa bir boyunduruğu digəri ilə əvəz etməyi təklif etmirdi. Bu gün məsihçilərin yaşadığı ərazilərdə hakimiyyətlər hökmranlıq etdiyi kimi, o zaman da ölkədə Roma rəhbərliyi hökmranlığını davam etdirəcəkdi. Romanın vergi ödəmə sistemi də aradan götürülməyəcəkdi. Xəstəliklər və iqtisadi çətinliklər yenə də qalacaqdı. İnsanlar həmişəki kimi, qeyri-kamilliyin və günahın əzabı altında olacaqdılar. Buna baxmayaraq, İsanın tə’liminə riayət etməklə, onlar təravət tapardılar - bu bizim üçün də mümkündür.

12, 13. İsanın sözlərindən göründüyü kimi, insana təravət gətirən nədir və bə’ziləri onun də’vətinə necə hay verdilər?

12 Vaxt ötdükcə aydın oldu ki, İsanın boyunduruq haqqında söylədiyi nümunə çox sahədə şagirdlər hazırlamağa aiddir. Şübhə yoxdur ki, İsa üçün vacib şərt, başqalarını öyrətmək, xüsusilə də, əsas diqqəti Allahın Padşahlığına yönəltmək idi (Matta 4:23). Buna görə də, “boyunduruğumu üzərinizə götürün” dedikdə, sözsüz bu onu göstərirdi ki, İsanın çalışdığı həmin işdə iştirak etməklə onun ardınca getmək lazımdır. İncildə oxuyuruq ki, İsa səmimi insanları məşğul olduqları işi dəyişməyə təşviq edir, bunu etmək isə, bir çoxları üçün həyatda böyük dəyişiklik demək idi. Onun Peter, Andrey, Yaqub və Yəhyaya: “Ardımca gəlin, Mən sizi insan tutan balıqçılar edəcəyəm”, də’vətini xatırlayaq (Mark 1:16-20). İsa, həyatında ən vacib olan işdən həmin balıqçıların da məmnunluq duyacaqlarını və bu işi onun rəhbərliyi və köməyi ilə icra edəcəklərini göstərdi.

13 İsanı dinləyən yəhudilərdən bə’ziləri onun sözlərini anladılar və ardınca getdilər. Gölün sahilində baş verən və haqqında Luka 5:1-11 ayələrində bəhs edilən hadisəni təsəvvürümüzə gətirək. Dörd balıqçı bütün gecəni çalışmış, ancaq heç nə tuta bilməmişlər. Birdən onların torları balıqla dolur! Bu təsadüfən baş vermir; bunu İsa edir. Onlar sahilə nəzər saldıqda, İsanın tə’limlərini dinləmək həsrətində olan izdihamı gördülər. İsa Peterə dedi: “bu gündən e’tibarən insanları tutacaqsan”. Peter və digər şagirdlər bu də’vətə necə hay verdilər? “Qayıqları sahilə çıxararaq, hər şeyi atıb, Onun ardınca getdilər”.

14. a) Bizim dövrümüzdə təravət tapmaq necə mümkündür? b) İsa hansı təravətverici xoş xəbəri e’lan edirdi?

14 İsanın də’vətinə biz də eyni tərzdə hay verə bilərik. İnsanlara Müqəddəs Kitab tə’limlərini öyrətmək işi davam edir. Bütün dünyada Yehovanın altı milyona yaxın Şahidi, İsanın “boyunduruğumu üzərinizə götürün” də’vətini qəbul edib, “insan tutan balıqçılar” oldular (Matta 4:19). Bu işi bə’ziləri tammüddətli xidmətə çevirirlər; digərləri isə bacardıqları qədər icra edirlər. Bu işdə iştirak etmək hamıya təravət gətirir və onların həyatında gərginlik azalır. Axı onlar xoşladıqları işi — başqalarına xoş xəbəri, “Padşahlığın Müjdəsini” danışmaqla məşğuldurlar (Matta 4:23, İ-93). Yaxşı xəbərlər, xüsusilə də bu cür xoş xəbər haqqında danışmaq həmişə xoşdur. Müqəddəs Kitabda, bir çox insanları, gərginliyi az olan həyat tərzi sürməyin mümkün olduğuna əmin etmək üçün lazım olan əsas mə’lumat var (2 Timoteyə 3:16, 17).

15. İsanın həyata dair tə’limlərindən fayda əldə etmək necə mümkündür?

15 Allahın Padşahlığı haqda bu yaxınlarda bilik almağa başlayan insanlar, necə yaşamaq barədə İsanın tə’limlərindən artıq müəyyən dərəcədə fayda əldə ediblər. Çoxları təsdiq edə bilər ki, İsanın tə’limləri onlara təravət gətirir və yeni həyata başlamağa imkan verir. Matta, Mark və Yəhya tərəfindən yazılan Müjdələrdə İsanın həyatı və xidməti haqqında bəhs edilən əhvalatlarda ifadə olunan bə’zi həyat prinsiplərini nəzərdən keçirməklə, siz də buna əmin ola bilərsiniz.

Təravət tapmağın yolu

16, 17. a) İsanın əsas tə’limlərindən bə’zilərini harada tapmaq olar? b) İsanın tə’limlərinə riayət edərək, təravət almaq üçün nə lazımdır?

16 İsa, eramızın 31-ci ilinin yazında, bugünə qədər bütün dünyada məşhur olan mə’ruzə ilə çıxış etdi. Həmin mə’ruzəni çox vaxt Dağüstü təbliğ adlandırırlar. Bu mə’ruzə Mattanın yazdığı Müjdənin 5-dən 7-dək fəsillərində, eləcə də Lukanın yazdığı Müjdənin 6-cı fəslində yazılıb. Bu təbliğdə İsanın tə’limlərindən bir çoxu ümumiləşdirilir. İsanın digər tə’limlərini İncilin başqa hissələrində tapmaq olar. Onun dediklərinin çoxu tam aydınlıqla başa düşülsə də, bunu həyatda tətbiq etmək asan olmur. Nəyə görə həmin fəsilləri diqqətlə, üzərində düşünərək oxumayasınız? Qoy İsanın söylədiyi ideyaların qüvvəsi sizin düşüncə və əhval-ruhiyyənizə tə’sir etsin.

17 Sözsüz ki, İsanın tə’limlərini müxtəlif cür qruplaşdırmaq olar. Gəlin əsas tə’limləri elə ayıraq ki, üzərində dərindən düşünərək tətbiq edə bilək deyə, hər aya biri düşsün. Bunu necə etmək olar? Tə’limləri sadəcə olaraq gözdən keçirmək düzgün olmazdı. İsa Məsihdən: “Əbədi həyatı miras almaq üçün nə etməliyəm?” - deyə, soruşan zəngin gənc rəisi xatırlayaq. İsa, Allahın Qanununun əsas tələblərini sadalayanda, rəis həmin tələbləri artıq yerinə yetirdiyini bildirdi. Lakin gənc rəis, bunun kifayət etmədiyini başa düşürdü. İsa onu, Allahın prinsiplərinə praktikada əməl etməyə və onun fəal şagirdi olmağa də’vət etdi. Göründüyü kimi, həmin adam belə fədakarlığa hazır deyildi (Luka 18:18-23). Deməli, bu gün İsanın tə’limlərini mənimsəmək istəyənlərin hamısı, həmin tə’limlərlə yalnız razılaşmağın və onları praktikada tətbiq edərək həyatdakı gərginliyi azaltmağın arasında fərqin olduğunu yadda saxlamalıdırlar.

18. Əlavə çərçivənin necə faydalı ola biləcəyini izah edin.

18 İsanın tə’limlərini nəzərdən keçirib, onlara riayət etmək üçün, əlavə çərçivədə verilən birinci bəndə diqqət yetirin. Həmin bənd bizi Matta 5:3-9 kimi ayələrinə istiqamətləndirir. Açığını desək, bizlərdən hər birimiz, bu ayələrdəki gözəl nəsihətlər üzərində dərindən düşünməyə xeyli vaxt sərf edə bilərik. Lakin onları ümumi götürdükdə hansı nəticəyə gəlirsiniz, əhval-ruhiyyəmiz necə olmalıdır? Əgər lüzumsuz gərginlikdən doğrudan da azad olmaq istəyirsinizsə, sizə nə kömək edər? Fikrinizin daha çox ruhani işlərlə məşğul olmasına yol verməklə, ruhani dəyərlərə daha artıq diqqət yetirməyiniz hansı xeyirli səmərələri gətirəcəkdir? Ruhani dəyərlər barədə daha çox düşünmək üçün, həyatınızda az əhəmiyyət veriləsi şeylər varmı? Belə davranaraq, artıq indidən xoşbəxt olacaqsınız.

19. Bilik və anlayışınızı necə dərinləşdirə bilərsiniz?

19 İndi isə davam edək. Nəyə görə bu ayələri Allahın başqa bir xidmətçisi ilə, məsələn, həyat yoldaşınız, yaxın qohumunuz və ya dostunuzla müzakirə etməyəsiniz? (Süleymanın məsəlləri 18:24; 20:5). Unutmayaq ki, zəngin rəis bu sualı başqa bir kəslə - İsa ilə müzakirə etmək qərarına gəldi. İsanın cavabı, ona, daha xoşbəxt gələcəyə və uzunömürlü həyata malik olmaq imkanı verdi. Bu ayələri müzakirə edəcəyiniz qardaş və ya bacı İsanin səviyyəsində olmasa da, onun tə’limləri haqqında apardığınız söhbət həm sizə, həm də müsahibinizə fayda gətirəcəkdir. Tezliklə bu mövzuda söhbət etməyə çalışın.

20, 21. İsanın tə’limlərini hansı proqram əsasında mənimsəmək olar və öz nailiyyətlərimizi necə müəyyən edə bilərik?

20 Gəlin, “Kömək edən tə’limlər” adlı əlavə çərçivəyə bir daha nəzər salaq. Bu tə’limlər elə qruplaşdırılıb ki, gün ərzində ən azı birini nəzərdən keçirmək mümkün olsun. Əvvəlcə, gətirilən ayələrdə İsanın dediklərini oxuya bilərsiniz. Sonra onun sözləri üzərində dərindən fikirləşin. Həyatda onlara necə riayət edəcəyinizi ətraflı düşünün. Əgər onlara artıq əməl etdiyinizi sanırsınızsa, onda, yuxarıdan verilən bu tə’limə daha geniş ölçüdə necə riayət etmək barədə götür-qoy edin. Gün ərzində bu tə’lim əsasında davranmağa çalışın. Əgər hər hansı tə’limi anlamaqda və ya onu praktikada tətbiq etməkdə çətinlik çəkirsinizsə, həmin tə’limə əlavə bir gün də sərf edin. Növbəti tə’limə keçmək üçün, əvvəlkini mükəmməl öyrənmək məcburi deyil. Səhəri gün başqa tə’limi nəzərdən keçirmək olar. Həftənin sonunda, İsanın tə’limlərindən dördünə və ya beşinə nə dərəcədə yaxşı riayət etdiyinizi yoxlaya bilərsiniz. İkinci həftədə, günü-gündən növbəti tə’limlərə diqqət yetirin. Əgər hansısa tə’limi həyata keçirməyə müvəffəq olmamısınızsa, ruhdan düşməyin. Bu hər məsihçinin başına gəlir (2 Tarixlər 6:36; Məzmur 130:3; Vaiz 7:20; Yaqub 3:8). Üçüncü və dördüncü həftə üçün təklif olunan plana riayət etməyə davam edin.

21 Ehtimal ki, ay ərzində 31 bəndin hər birinə diqqət yetirə biləcəksiniz. Hətta buna müvəffəq olmasanız belə, siz ikinci ayın əvvəlində özünüzü necə hiss edəcəksiniz? Məgər göstərdiyiniz sə’yə görə xoşbəxtliyiniz bir qədər artmayacaqmı? Gərginliyiniz azalmayacaqmı? Böyük dəyişiklik olmasa da, ehtimal ki, gərginlik azalacaq. Hər halda siz onun öhdəsindən gəlməyi öyrənəcəksiniz. Bundan başqa, planlaşdırmağı öyrənəcəksiniz. Unutmayın ki, İsanın tə’limlərindəki gözəl fikirlərin bir çoxu bu siyahıya daxil olmayıb. Nəyə görə onları axtarmağa və praktikada tətbiq etməyə sə’y göstərməyəsiniz? (Filipililərə 3:16).

22. İsanın tə’limlərinə riayət etməklə nəyə nail olmaq mümkündür və hansı sualı dərindən araşdırmaq lazımdır?

22 Gördüyümüz kimi, İsanın boyunduruğu yüngül olmasa da, çox rahatdır. Onun tə’limlərini daşımaq və şagirdi olmaq asandır. İsanın yaxın dostu olan və onun tə’limlərinə 60 ildən artıq riayət edən həvari Yəhya bu fikirlə razılaşaraq yazırdı: “Çünki Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir” (1 Yəhya 5:3). Buna biz də əmin ola bilərik. İsanın tə’limlərinə nə qədər çox riayət ediriksə, bir o qədər də aydın olur ki, bu gün çox insanların həyatını olduqca gərgin edən amillər, bizə eyni tərzdə əzab vermir. Yaşamaq xeyli asanlaşır (Məzmur 34:8). Lakin İsanın rahat boyunduruğu ilə əlaqədar, daha bir məsələni nəzərdən keçirməliyik. İsa həmçinin, “həlim və qəlbdən təvazökar”olduğunu söylədi. Bu, İsadan tə’lim almağımızla və onu təqlid etməyimizlə necə bağlıdır? Bu haqda növbəti məqalədə bəhs olunacaqdır (Matta 11:29).

Siz necə cavab verərdiniz?

• Həyatın gərginliyini bir qədər azaltmaq üçün, nəyə görə İsaya diqqət yetirmək lazımdır?

• Boyunduruq nəyi təmsil edirdi və nəyə görə?

• İsa nə üçün insanları, onun boyunduruğunu götürməyə də’vət edirdi?

• Ruhani təravəti necə tapmaq olar?

[9-cu səhifədəki yazı]

Yehovanın Şahidlərinin 2002-ci il üçün illik ayəsi bu olacaqdır: “Mənim yanıma gəlin və mən sizə təravət verərəm” (Matta 11:28, YD).

[10 və 11-ci səhifələrdəki çərçivə/şəkil]

Kömək edən tə’limlər

Mattanın Müjdəsi 5-dən 7-yə kimi olan fəsillərdən biz hansı faydanı əldə edə bilərik? Bu fəsillərə, Böyük Müəllim olan İsanın, Qalileya dağının ətəyində söylədiyi tə’limlər daxildir. Aşağıda gətirilən ayələri şəxsi Müqəddəs Kitabınızdan oxuyun və onlarla əlaqədar özünüzə suallar verin.

5:3-9 Bu ayələrə əsasən mənim düşüncə tərzim necə olmalıdır? Daha çox xoşbəxtliyə nail olmaq üçün nə edə bilərəm? Ruhani tələbatlarıma daha çox diqqət yetirə bilərəmmi?

5:25, 26 Bir çoxlarına xas olan rəqiblik ruhunu əks etdirmək əvəzinə, hansı davranış tərzi daha yaxşı olardı? (Luka 12:58, 59).

5:27-30 İsanın sözləri, şəhvani hisslərlə əlaqədar nəyi vurğulayır? O hisslərə yol verməməklə, xoşbəxtliyimə və qəlb rahatlığıma necə kömək etmiş olaram?

5:38-42 Müasir cəmiyyətdə normal bir hal kimi qiymətləndirilən kobudluqdan nəyə görə qaçınmalıyam?

5:43-48 Təmasda olduğum və düşmən hesab etdiyim insanlarla daha yaxşı tanış olsam, nəyə nail ola bilərəm? Bu, gərginliyin zəifləməsinə və ya aradan qalxmasına necə tə’sir göstərə bilər?

6:14, 15 Bə’zən kiminsə səhvini bağışlamağa çətinlik çəkirəmsə, bunun səbəbi həsəd və hiddət ola bilərmi? Onların öhdəsindən necə gəlmək olar?

6:16-18 Daxili cəhətdən necə olduğuma diqqət yetirmək əvəzinə, daha çox xarici görünüşüm barədə düşünməyə meyilliyəmmi? Mən nəyə daha çox fikir verməliyəm?

6:19-32 Əgər həddindən artıq pul və maddi vəsait haqqında düşünürəmsə, bunun nəticəsi nə ola bilər? Bu məsələdə düşüncəmi tarazlaşdırmağa mənə nə kömək edə bilər?

7:1-5 Başqalarını mühakimə və tənqid edən, onlarda həmişə səhv axtaran kəslərin əhatəsində özümü necə hiss edirəm? Belə insanlara bənzəməmək nəyə görə vacibdir?

7:7-11 Duada tə’kidli olmaq yaxşıdır, bəs həyatın başqa sahələri haqda nə demək olar? (Luka 11:5-13).

7:12 Qızıl qanunu bilməyimə baxmayaraq, başqaları ilə münasibətimdə bu qanuna həmişə riayət edirəmmi?

7:24-27 Həyatımı özüm idarə etdiyim üçün, baş verə biləcək fırtına və həyəcanlara necə hazırlaşa bilərəm? Nəyə görə bunlar haqqında indidən düşünməliyəm? (Luka 6:46-49).

Nəzərdən keçiriləsi əlavə tə’limlər.

8:2, 3 İsa çətin vəziyyətdə olanlara daima mərhəmət göstərirdi, bəs mən bunu necə edə bilərəm?

9:9-38 Başqalarına mərhəmət göstərmək həyatımda hansı yeri tutur və bu keyfiyyəti daha geniş tərzdə necə əks etdirə bilərdim?

12:19 İsa haqqında peyğəmbərlikdə deyildiyi kimi, mübahisədən uzaqlaşmağa çalışırammı?

12:20, 21 Başqalarını sözlə və ya hər hansı hərəkətimlə “qırmamaqla”, nə qədər yaxşı iş görmüş oluram?

12:34-37 Söhbətlərimdə əsas yeri nə tutur? Əgər portağalı sıxarıqsa ondan portağal şirəsi alınacaq. Bu misalı nəzərə alaraq, mən nə üçün daxilimdə və ürəyimdə olanlar haqqında düşünməliyəm? (Mark 7:20-23).

15:4-6 İsanın sözlərindən yaşlılara qayğı göstərməyə dair nə öyrənirəm?

19:13-15 Mən daha çox nəyə vaxt ayırmalıyam?

20:25-28 Nəyə görə məqsədim, hakimmiyyətə yiyələnmək olmalı deyil? Bu cəhətdən İsanı necə təqlid edə bilərəm?

Mark tərəfindən qələmə alınmış əlavə fikirlər.

4:24, 25 Başqaları ilə davranışım mənim üçün nə mə’na kəsb edir?

9:50 Danışığımda və ya hərəkətlərimdə ədəb qaydalarını qoruyuramsa, ehtimal ki, bu hansı yaxşı səmərələr gətirəcək?

Nəhayət, Luka tərəfindən qələmə alınmış, nəzərdən keçiriləsi bir neçə tə’lim.

8:11, 14 Əgər həyatım bütünlüklə qayğılara, var-dövlətə və əyləncələrə tabedirsə, bu, ürəyimdə olan Allahın Kəlamına öz tə’sirini necə göstərə bilər?

9:1-6 İsa xəstələri sağaltmaq qüvvəsinə malik olsa da, o, daha çox nəyə diqqət yetirirdi?

9:52-56 Mən tez inciyirəm? İntiqam ruhundan qaçınırammı?

9:62 Allahın Padşahlığı haqqında təbliğ etmək vəzifəmə necə yanaşıram?

10:29-37 Başqalarına qarşı yad deyil, yaxın olduğumu necə sübut edə bilərəm?

11:33-36 Həyatımı sadələşdirmək üçün hansı dəyişikliklər etmək imkanım var?

12:15 Həyat və var-dövlət bir-biri ilə necə əlaqəlidir?

14:28-30 Əgər qərarlarımı dərindən götür-qoy etmək üçün vaxt ayırıramsa, nədən qaçınaram və bu hansı faydanı gətirə bilər?

16:10-12 Hər şeydə düzgünlüyü qorumaq nəyə görə faydalıdır?

[8-ci səhifədəki şəkillər]

İsanın boyunduruğunu üzərimizə götürərək, xilasedici işdə iştirak etmək bizə təravət gətirir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş