Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 58
  • Çörək və maya

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Çörək və maya
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Bərəkətli çörək və fərisilərin mayası
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa minlərlə adamı möcüzə ilə doydurur
    İsa Məsihin həyatı və xidməti
  • Peyğəmbər minlərlə insanı doyurur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa camaatı doyurur
    Müqəddəs Kitab hekayələri
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 58

Fəsil 58

Çörək və maya

DEKAPOL bölgəsində İsanın yanına axın-axın adam gəlib. Onlardan çoxu İsanı dinləmək və şəfa tapmaq üçün uzun yollar qət edib, əhalisinin əksəriyyəti bütpərəstlər olan bu yerə gəlmişlər. Bu adamlar özləri ilə iri səbətlər götürüblər. Adətən, yəhudilər başqa millətlərin yaşadığı əraziyə gedəndə azuqələrini səbətə qoyub aparırdılar.

Bir müddət keçdikdən sonra İsa şagirdlərini yanına çağırıb deyir:

— Camaata yazığım gəlir. Artıq üç gündür ki, yanımdadırlar, yeməyə də heç nələri yoxdur. Onları evlərinə ac yola salsam, yolda taqətdən düşə bilərlər. Axı çoxları uzaq yerlərdən gəlib.

— Bu çöllükdə bu qədər camaatı yedirtmək üçün haradan çörək tapmaq olar?

— Neçə çörəyiniz var?

— Yeddi çörəyimiz var, bir neçə dənə də xırda balığımız.

İsa göstəriş verir ki, camaat yerə otursun, sonra çörəyi və balığı götürüb şükür edir və şagirdlərinə verir. Onlar da çörəkləri camaata paylayırlar, hamı doyunca yeyir. Qadın və uşaqları çıxmaq şərtilə, burada dörd min kişi var idi. Bununla belə, axırda artıq qalmış tikələrdən yeddi dolu səbət yığılır!

Sonra İsa xalqı yola salır, özü isə şagirdləri ilə birgə qayığa minir, onlar Qalileya gölünün qərb sahilinə tərəf üzürlər. Burada fəriseylər, bu dəfə sadukeylərlə (sadukeylər dini təriqət idi) birgə gəlib, İsanı sınamaq məqsədilə göydən bir əlamət göstərməsini istəyirlər.

İsa bilir ki, onlar onu sınayırlar, buna görə də belə cavab verir: «Axşam düşəndə siz deyirsiniz: “Hava yaxşı olacaq, çünki göyün üzü qıpqırmızıdır”; sübh çağı isə deyirsiniz: “Hərçənd göy qızarıb, lakin tutqun olduğundan bu gün hava soyuq və yağmurlu olacaq”. Göy üzünün görünüşünü necə yozmağı bacarırsınız, amma dövrlərin əlamətlərini yoza bilmirsiniz!»

İsa onları «pis və zinakar nəsil» adlandırır və bundan qabaq bir dəfə fəriseylərə verdiyi cavabı təkrar edərək deyir ki, Yunus peyğəmbərin əlamətindən başqa əlamət onlar görməyəcəklər. Sonra İsa şagirdləri ilə qayığa minib gölün şimal-şərq sahilinə, Betsaydaya yola düşür. Yolda şagirdlərin yadına düşür ki, çörək götürməyi unudublar və cəmi bir çörəkləri var.

İsa fəriseylər və Hirodun ardıcılları olan sadukeylərlə görüşünü nəzərdə tutaraq şagirdlərini xəbərdar edir: «Baxın ha, özünüzü fəriseylərin və Hirodun mayasından gözləyin». «Maya» sözünü eşidəndə şagirdlər elə düşünürlər ki, İsa onların çörək götürməyi unutduqlarına işarə edir və öz aralarında mübahisə edirlər. İsa görəndə ki, onu düz başa düşməyiblər, deyir: «Çörək götürmədiyiniz üçün niyə mübahisə edirsiniz?»

İsa minlərlə adama möcüzə ilə çörək vermişdir, özü də axırıncı dəfə bunu cəmi bir-iki gün əvvəl edib. Şagirdlər bilməli idilər ki, İsa çörəkdən ötrü narahat olmur. İsa onlara xatırladır:

— Məgər yadınızdan çıxıb ki, mən beş min adam üçün beş çörəyi böləndə neçə dolu zənbil yığdınız?

— On iki.

— Bəs dörd min adam üçün yeddi çörəyi böləndə neçə dolu səbət yığmışdınız?

— Yeddi.

— Yəni hələ də sözümün canını anlamırsınız? Məgər başa düşmürsünüz ki, mən sizinlə çörək barəsində danışmıram? Dediyim odur ki, özünüzü fəriseylərin və sadukeylərin mayasından gözləyin.

Nəhayət şagirdlər onun fikrini başa düşürlər. Xəmiri acıdıb qaldırmaq üçün istifadə edilən maya burada «korlanma» mənasını daşıyır. İndi şagirdlərə aydın olur ki, İsa məcazi dildə danışır və onları xəbərdar edir ki, özlərini fəriseylərin və sadukeylərin korlayıcı təlimlərindən qorusunlar. Mark 8:1—21; Matta 15:32—16:12.

▪ Adamlar iri səbətləri nə üçün götürüblər?

▪ Dekapoldan çıxdıqdan sonra İsa haralara gedir?

▪ «Maya» sözü şagirdlərdə hansı anlaşılmazlığı yaradır?

▪ İsa «fəriseylərin və sadukeylərin mayası» ifadəsi ilə nə demək istəyir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş