Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 45 s. 114—s. 115 abz. 3
  • Cinlərə meydan oxuyan peyğəmbər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cinlərə meydan oxuyan peyğəmbər
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Qeyri-adi şagird
    İsa Məsihin həyatı və xidməti
  • İsa cinlərdən güclüdür
    Böyük Müəllimdən öyrən
  • Möcüzənin mənbəyi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Müqəddəs Kitab mələklər barədə nə deyir?
    Müqəddəs Kitab təlimləri
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 45 s. 114—s. 115 abz. 3
Cinə tutulmuş adam İsa ilə danışır

FƏSİL 45

Cinlərə meydan oxuyan peyğəmbər

MƏTTA 8:28—34 MARK 5:1—20 LUKA 8:26—39

  • CİNLƏR DONUZLARIN İÇİNƏ GİRİR

Dənizdə baş verən dəhşətli hadisədən sonra şagirdlər sahilə çıxırlar. Orada onlar qorxulu mənzərənin şahidi olurlar. Yaxınlıqdakı qəbiristanlıqdan qorxunc görkəmli iki adam çıxıb İsa peyğəmbərə sarı qaçır. Bu adamlar cinə tutulublar. Görünür, onlardan biri çoxdandır ki, cinin təsiri altındadır və daha azğındır, buna görə də əsas diqqət ona yönəlib.

Yazıq neçə vaxtdır ki, çılpaq gəzir. O, «gecə-gündüz sərdabələrin arasında, dağlarda durmadan bağırır, özünü daş-kəsəklə yaralayırdı» (Mark 5:5). Bu adam o qədər vəhşidir ki, kimsə o yoldan keçməyə cürət etmir. Onu zəncirləməyə çalışsalar da, o, hər dəfə zəncirləri qırıb, qandalları sındırırdı. Heç kim onun öhdəsindən gələ bilmir.

Bu adam yaxınlaşıb İsanın ayaqlarına yıxılır, içindəki cinlər onu qışqırmağa məcbur edirlər: «Ey Allah-Taalanın Oğlu İsa! Məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə əzab vermə!» İsa Məsih cinlərin üzərində hakimiyyətə sahib olduğunu göstərərək deyir: «Ey murdar ruh, bu adamdan çıx!» (Mark 5:7, 8).

Əslində, bu kişinin içində bir yox, çoxlu murdar ruh var. Peyğəmbər ondan soruşur: «Adın nədir?» O cavab verir: «Adım Legiondur, çünki biz çoxuq» (Mark 5:9). Roma ordusunun baş hərbi hissəsi legion adlanırdı və legion minlərlə əsgərdən ibarət idi. Beləcə, bu adama qarşı çoxlu cin birləşib və onun əzab çəkməsindən həzz alırlar. Cinlər İsa Məsihə yalvarırlar ki, «onları dibsiz quyuya göndərməsin». Görünür, cinlər onları və başçıları İblisi gələcəkdə nələrin gözlədiyini bilirlər (Luka 8:31).

Bir donuz sürüsü uçurumdan aşağı atılıb boğulur

Yaxınlıqdakı otlaqda təxminən 2000 donuzdan ibarət bir sürü otlayır. Qanuna görə, bu heyvanlar napak sayılır və yəhudilər onları saxlamamalı idilər. Cinlər İsa Məsihə yalvarırlar: «Bizi donuzların içinə göndər, icazə ver, onlara girək» (Mark 5:12). Məsih onlara getməyi deyəndə onlar donuzların içinə girir və 2000 donuzun hamısı uçurumdan atılıb dənizdə boğulur.

Bunu görən çobanlar qaçıb hal-qəziyyəni şəhərdə və kəndlərdə danışırlar. Camaat nə baş verdiyini görmək üçün ora axışır. Adamlar gəlib çatanda içindən cin çıxmış kişini müşahidə edirlər. O, əynində paltar, ağlı başında İsa peyğəmbərin ayaqları yanında oturub.

İsa Məsih cinlərdən azad olmuş adama evə gedib başına gələnləri qohumlarına danışmağı tapşırır

Hadisə barədə eşidənlər, bu kişinin dəyişdiyini öz gözləri ilə görənlər bərk qorxurlar. Bunun onlar üçün nə məna kəsb etdiyini anlamadıqları üçün İsa peyğəmbərin el-obalarından çıxıb getməsini istəyirlər. O, qayığa minib getmək istəyir, amma cinlərdən azad olmuş adam ondan xahiş edir ki, onu da özü ilə götürsün. Lakin İsa peyğəmbər ona deyir: «Evinə, qohumlarının yanına get və Yehovanın sənin üçün etdiyi hər şeyi, sənə necə mərhəmət göstərdiyini onlara danış» (Mark 5:19).

Adətən, İsa peyğəmbər şəfa verdiyi adamları kiməsə bu haqda danışmağa qoymur. O istəmir ki, insanlar sensasiyalı xəbərlər əsasında nəticə çıxarsınlar. Amma bu dəfə cinlərdən azad edilmiş adam İsa peyğəmbərin qüdrətinin canlı sübutudur və o, peyğəmbərin baş çəkə bilməyəcəyi adamlara təbliğ edə bilər. Bundan əlavə, o adamın şahidliyi donuzların məhv olması ilə əlaqədar yayıla biləcək xoşagəlməz söz-söhbətin qarşısını alacaq. Beləcə, həmin adam gedir və İsa peyğəmbərin onun üçün nələr etdiyini bütün Dekapola yayır.

  • Cinə tutulmuş adamlar iki nəfər olduqları halda, nəyə görə diqqət onlardan birinə yönəlib?

  • Cinlər gələcəkləri haqqında nələri bilirlər?

  • Nəyə görə İsa peyğəmbər cinlərdən azad olmuş adama bu haqda başqalarına danışmağı tapşırır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş