Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Yehovaya yayınmadan xidmət edin
    Gözətçi qülləsi 2015 | 15 oktyabr
    • 2 İsa Martanı yalnız qonaqpərvər və işgüzar olduğuna görə yox, həm də ruhani insan olduğuna görə çox istəyirdi. O, İsanın təlimlərinə inanırdı. Marta İsanın vəd olunmuş Məsih olduğuna ürəkdən iman edirdi (Yəh. 11:21—27). Eyni zamanda, bizim kimi, o da qeyri-kamil idi. Bir dəfə İsa Martagilə qonaq gəlmişdi. Marta ərk eləyib İsaya irad tutdu və dedi: «Ağa, bacım məni tək qoyub kömək eləmir, niyə ona bir söz demirsən? Ona de ki, durub mənə kömək etsin». (Luka 10:38—42 ayələrini oxuyun.) Bu hadisədən nə öyrənirik?

  • Yehovaya yayınmadan xidmət edin
    Gözətçi qülləsi 2015 | 15 oktyabr
    • 4 Lakin Marta İsanı layiqincə qarşılamaq üçün bişirib-düşürür, başqa işlərin dalınca qaçırdı. Amma bütün bunlar onu qaçaqaça salmışdı və o, Məryəmə əsəbiləşmişdi. İsa görürdü ki, Marta əldən-ayaqdan gedir. Buna görə də o, mehribancasına dedi: «Marta, sən çox şeyə görə narahat olub özünü yorursan». Sonra söylədi ki, bir xörək də bəs edər. Ardınca Məryəmi tərifləyib dedi: «Məryəm özünə yaxşı pay seçib və bu, ondan alınmayacaq». Yəqin ki, Məryəm çox keçməmiş həmin gün nə yediyini unudacaqdı, ancaq eşitdiyi tərifi və İsaya diqqətlə qulaq asaraq aldığı ruhani qidanı heç vaxt unutmayacaqdı. 60 ildən sonra həvari Yəhya yazmışdı: «İsa Marta ilə bacısını... çox istəyirdi» (Yəh. 11:5). Yəhyanın Allahdan ilham alaraq yazdığı bu sözlər göstərir ki, Marta İsanın məsləhətinə qulaq asmış və yerdə qalan illərində də Yehovaya sədaqətlə xidmət etmişdi.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş