-
Yehova ‘Ondan diləyənlərə müqəddəs ruhu verir’Gözətçi qülləsi 2007 | 1 yanvar
-
-
4 İsa məsələ belə başladı: «Fərz edək ki, sizlərdən birisinin dostu var. Gecə yarısı onun evinə gəlib deyir: “Dostum! Mənə üç çörək borc ver, çünki yoldan yanıma bir dostum gəlib, ona təklif edəcək bir şeyim yoxdur”. O da içəridən ona cavab verərək deyir: “Məni narahat etmə, qapı artıq bağlıdır və uşaqlarım mənimlə bərabər yataqdadırlar; qalxıb sənə bir şey verə bilmərəm”. Sizə deyirəm ki, əgər o, dostluq naminə qalxıb verməsə də, dostu üzə saldığından qalxıb nə qədər istəyirsə ona verəcəkdir». Sonra İsa bu məsəli duaya tətbiq edərək dedi: «Mən sizə deyirəm: Diləyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq. Çünki hər diləyən alır, axtaran tapır və qapı döyənə açılır» (Luka 11:5-10).
-
-
Yehova ‘Ondan diləyənlərə müqəddəs ruhu verir’Gözətçi qülləsi 2007 | 1 yanvar
-
-
6. İsanın günlərində qonağı necə qarşılayırdılar?
6 İsa bizə təkcə necə dua etməli olduğumuzu deyil, həm də nə üçün belə etməli olduğumuzu göstərdi. Bu ibrət dərsini yaxşı başa düşmək üçün, əvvəlcə məsəli dinləyənlərin qonağa necə münasibət göstərdiklərini nəzərdən keçirməliyik. Müqəddəs Yazılardan görürük ki, o dövrdə yaşayan insanlar, xüsusilə Allahın xidmətçiləri qonağın qayğısına qalmağı özlərinə borc bilirdilər (Yaradılış 18:2-5; İbranilərə 13:2). Qonağı yaxşı qarşılamamaq ayıb sayılırdı (Luka 7:36-38, 44-46). Bunu yadda saxlayaraq, gəlin İsanın söylədiyi hekayətə bir daha nəzər salaq.
7. İsanın məsəlindəki ev sahibi dostunu yuxudan oyatmağa nə üçün çəkinmədi?
7 Məsəldəki kişinin evinə gecə yarısı qonaq gəlir. O, qonağın qabağına yemək qoymağı özünə borc bilir, lakin mə’lum olur ki, ‘təklif edəcək bir şeyi yoxdur’. Çətin vəziyyətə düşən ev sahibi nə olursa-olsun çörək tapmalıdır. Buna görə də, o, çəkinmədən dostunun yanına gedir və onu yuxudan oyadaraq deyir: «Dostum! Mənə üç çörək borc ver». O, istədiyini almayınca əl çəkmir. Qonağın qabağına yalnız çörək qoyduqdan sonra əsl qonaqpərvərlik göstərərdi.
Nə qədər çox ehtiyac duyuruqsa, bir o qədər də tə’kidlə xahiş etməliyik
8. Müqəddəs ruh üçün tə’kidlə dua etməyə bizi nə təşviq edəcək?
8 Bu nümunə bizə tə’kidlə dua etməyin səbəbi haqda nə öyrədir? Ev yiyəsi başa düşürdü ki, qonağı layiqincə qarşılamaq üçün çörək mütləq lazımdır, buna görə də tə’kidlə dostundan çörək istədi (Yeşaya 58:5-7). Çörəksiz o, qonağın qabağına çıxa bilməzdi. Biz də başa düşürük ki, məsihçi xidmətini icra etmək üçün bizə Allahın müqəddəs ruhu mütləq lazımdır. Buna görə də, tə’kidlə Allaha müqəddəs ruh üçün dua edirik (Zəkəriyyə 4:6). Müqəddəs ruh olmadan Allaha xidmət edə bilmərik (Matta 26:41). Bu nümunədən hansı vacib nəticəni çıxarırıq? Əgər biz Allahın ruhuna son dərəcədə ehtiyacımız olduğunu dərk ediriksə, dualarımızda onu tə’kidlə istəyəcəyik.
9, 10. a) Allahdan müqəddəs ruhu nə üçün tə’kidlə diləməli olduğumuzu nümunə əsasında göstərin. b) Özümüzə hansı sualı verməliyik və nə üçün?
9 Gəlin bu nümunəni bizim günlərə tətbiq edək. Təsəvvür edin ki, ailə üzvlərinizdən kiminsə halı gecə yarısı pisləşir. Məgər siz həkimi oyatmazdınızmı? Əgər bu kiçik nasazlıqdırsa, əlbəttə ki, yox. Lakin onun ürəyi tutubsa, həkimə zəng etməyə utanmazdınız. Niyə? Çünki vəziyyət təhlükəlidir. Başa düşürsünüz ki, həkimin köməyi mütləq lazımdır. Həkim çağırmasanız, xəstə ölə bilər. Həqiqi məsihçilərin də vəziyyəti təhlükəlidir. Çünki Şeytan «nə’rə çəkən... aslan kimi» bizi daim aşırmağa çalışır (1 Peter 5:8). Ruhani cəhətdən sağ qalmaq üçün, Allahın ruhunun köməyi mütləq lazımdır. Allahdan kömək istəməsək, bu, faciə ilə nəticələnə bilər. Buna görə də, Allahdan tə’kidlə müqəddəs ruh diləyirik (Efeslilərə 3:14-16). Yalnız belə etdikdə ‘axıra qədər səbir etmək’ üçün qüvvəmiz olacaq (Matta 10:22; 24:13).
-