Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Yehova ‘Ondan diləyənlərə müqəddəs ruhu verir’
    Gözətçi qülləsi 2007 | 1 yanvar
    • 5. Xahişini tə’kidlə bildirən ev sahibinin nümunəsindən göründüyü kimi, biz necə dua etməliyik?

      5 Bu əyani nümunədən necə dua etmək lazım olduğunu öyrənirik. Diqqət yetirin ki, kişi «üzə saldığından» istədiyini ala bildi (Luka 11:8). «Üzə salmaq» ifadəsinə Müqəddəs Kitabda yalnız bir dəfə rast gəlinir. Ümumiyyətlə bu pis xüsusiyyət olsa da, xeyirxah işlər üçün üzə salmaq və ya tə’kid göstərmək tə’rifə layiqdir. Məsəldəki ev sahibi haqqında da belə demək olar. O özünə lazım olan şeyi tə’kidlə istəməyə utanmadı. İsanın çəkdiyi bu nümunə göstərir ki, biz tə’kidlə dua etməliyik. Yehova bizim ‘diləməyə, axtarmağa, qapını döyməyə’ davam etməyimizi istəyir. Cavabında O, diləyənlərə müqəddəs ruhu verəcək.

  • Yehova ‘Ondan diləyənlərə müqəddəs ruhu verir’
    Gözətçi qülləsi 2007 | 1 yanvar
    • 9, 10. a) Allahdan müqəddəs ruhu nə üçün tə’kidlə diləməli olduğumuzu nümunə əsasında göstərin. b) Özümüzə hansı sualı verməliyik və nə üçün?

      9 Gəlin bu nümunəni bizim günlərə tətbiq edək. Təsəvvür edin ki, ailə üzvlərinizdən kiminsə halı gecə yarısı pisləşir. Məgər siz həkimi oyatmazdınızmı? Əgər bu kiçik nasazlıqdırsa, əlbəttə ki, yox. Lakin onun ürəyi tutubsa, həkimə zəng etməyə utanmazdınız. Niyə? Çünki vəziyyət təhlükəlidir. Başa düşürsünüz ki, həkimin köməyi mütləq lazımdır. Həkim çağırmasanız, xəstə ölə bilər. Həqiqi məsihçilərin də vəziyyəti təhlükəlidir. Çünki Şeytan «nə’rə çəkən... aslan kimi» bizi daim aşırmağa çalışır (1 Peter 5:8). Ruhani cəhətdən sağ qalmaq üçün, Allahın ruhunun köməyi mütləq lazımdır. Allahdan kömək istəməsək, bu, faciə ilə nəticələnə bilər. Buna görə də, Allahdan tə’kidlə müqəddəs ruh diləyirik (Efeslilərə 3:14-16). Yalnız belə etdikdə ‘axıra qədər səbir etmək’ üçün qüvvəmiz olacaq (Matta 10:22; 24:13).

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş