Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 92
  • İsa və on cüzamlı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa və on cüzamlı
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • On cüzamlıdan yalnız biri qayıdır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Təşəkkür etməyi unutma
    Böyük Müəllimdən öyrən
  • İsa Məsih çoxlu möcüzələr göstərir
    Müqəddəs Kitab dünyasına səyahət
  • ‘Müjdə günündə’ diqqəti yayındıran şeylərdən uzaq duraq
    Gözətçi qülləsi 2009
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 92

Fəsil 92

İsa və on cüzamlı

SİNEDRİONUN İsa Məsihi öldürmək cəhdi baş tutmur, çünki İsa Yerusəlimdən çıxıb Efraim şəhərinə gedir. Bu şəhər Yerusəlimdən şimal-şərq istiqamətində, təxminən 25 kilometr məsafədə yerləşir. İsa şagirdləri ilə birgə burada, düşmənlərindən kənarda qalır.

Eramızın 33-cü ilinin Pasxa bayramı yaxınlaşır. Bir azdan İsa yenə yola çıxır, o, Samariyadan keçib Qalileyaya gedir. Bu, İsanın Qalileyaya ölümündən qabaq sonuncu səfəridir. Yəqin, burada İsa və şagirdləri Yerusəlimə, Pasxa bayramına gedənlərə qoşulurlar. Onların yolu İordanın şərq sahilində yerləşən Pereya bölgəsindən keçir.

Haradasa yolun başlanğıcında İsa Samariyada və ya Qalileyada bir kəndə girərkən on cüzamlı kişi onun qarşısına çıxır. Cüzam qorxunc xəstəlikdir. O, tədricən insan bədəninin müxtəlif üzvlərini — əl və ayaq barmaqlarını, qulağını, burnunu və dodaqlarını çürüdüb tökür. Başqalarının bu xəstəliyə yoluxmaması üçün Allahın Qanununda cüzamlılar barədə deyilir: «O adam ağzını örtüb: “Murdaram! Murdaram!” — deyə çığırsın. Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın... Tək yaşasın».

Bu on cüzamlı Qanunun tələbinə riayət edərək İsaya yaxınlaşmır, uzaqda durub qışqırırlar: «İsa, Ustad, bizə rəhm et!»

İsa onları görəndə: «Gedin özünüzü kahinlərə göstərin», — deyir. İsa bu göstərişi ona görə verir ki, Qanuna əsasən, cüzamlının sağaldığını məhz kahinlər xalqa elan etməli idilər. Yalnız bu təqdirdə onlar yenidən sağlam adamların arasında yaşaya bilərdilər.

Bu on cüzamlı, İsanın xariqüladə gücünə inandıqlarından hələ sağalmamış, kahinlərin yanına gedirlər. Yolda ikən onlar hiss edirlər ki, sağalırlar. Beləcə, onlar İsaya iman gətirməyin bəhrəsini görürlər.

Cüzamdan təmizlənəndən sonra bu on nəfərdən doqquzu öz işinin dalınca gedir, biri isə İsanı tapmaq üçün geri qayıdır. O, sağaldığı üçün çox minnətdardır. Bu kişi Allaha ucadan şükür edir və İsanı tapanda onun ayaqlarına yıxılıb təşəkkür edir. Həmin adam samariyalı idi.

İsa soruşur: «Məgər on nəfər təmizlənmədi? Bəs qalan doqquz nəfər hanı? Allaha həmd etmək üçün bu yadellidən savayı heç kim qayıdıb gəlmədi?»

Sonra İsa samariyalı kişiyə deyir: «Dur get, imanın səni sağaltdı».

İsanın on cüzamlını sağaltması hekayətini oxuyarkən onun: «Bəs qalan doqquz nəfər hanı?» — sualı üzərində ciddi düşünüb, özümüzə dərs götürməliyik. Doqquz nəfər nankor, Samariyalı isə minnətdar idi. Məgər biz də Allahdan aldığımız hər şeyə, o cümlədən ədalətli yeni dünyada əbədi yaşamaq ümidinə görə Ona minnətdar olmalı deyilik? Yəhya 11:54, 55; Luka 17:11—19; Levililər 13:16, 17, 45, 46; Vəhy 21:3, 4.

▪ İsanı öldürmək cəhdi nəyə görə boşa çıxır?

▪ Sonra İsa hara yola düşür və onun səfərinin məqsədi nədir?

▪ Cüzamlılar nə üçün uzaqda durublar və İsa onları nəyə görə kahinlərin yanına göndərir?

▪ Bu hadisədən hansı dərs götürməliyik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş