Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kl fəs. 5 s. 43—52
  • Allaha hansı ibadət məqbuldur?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allaha hansı ibadət məqbuldur?
  • Əbədi həyata aparan bilik
  • Başlıqlar
  • Oxşar material
  • RUHƏN VƏ HƏQİQƏTƏN İBADƏT
  • ATANIN İRADƏSİNİ YERİNƏ YETİRMƏK
  • DƏQİQ BİLİK MÜDAFİƏDİR
  • İNSAN ƏMRLƏRİ OLAN TƏ’LİMLƏR
  • ALLAHIN İRADƏSİNƏ ZİDD DAVRANMAQDAN ÇƏKİNİN
  • ALLAHIN YÜKSƏK NORMALARINA RİAYƏT EDİN
  • ÜRƏKDƏN EDİLƏN İBADƏT
  • Allahın qəbul etdiyi ibadət
    Müqəddəs Kitab təlimləri
  • Oxucuların sualları
    Gözətçi qülləsi 2008
  • Yehovaya ibadət bizi xoşbəxt edir
    Gözətçi qülləsi 2022
  • İsanı təqlid et. Allaha Onun istədiyi kimi ibadət et
    Gözətçi qülləsi 2008
Əlavə
Əbədi həyata aparan bilik
kl fəs. 5 s. 43—52

FƏSİL 5

Allaha hansı ibadət məqbuldur?

ALLAHA hansı ibadət məqbuldur deyə heç özünüzdən soruşmusunuzmu? Görünür, Samariyada Gerizim dağı yaxınlığında İsa Məsihlə söhbət edən qadının da belə bir sualı yaranmışdı. Qadın yəhudilərlə samariyalıların müxtəlif tərzdə ibadət etdiklərinə diqqət yetirərək, dedi: “Atalarımız bu dağda ibadət ediblər, siz isə deyirsiniz ki, ibadət etmək yeri Yerusəlimdədir” (Yəhya 4:20). İsa samariyalı qadına hər cür ibadətin Allaha məqbul olduğunumu dedi? Yoxsa o, Allahı razı salmaq üçün nə isə xüsusi bir şey tələb olunduğunu söylədi?

2 İsanın cavabı qadını təəccübləndirdi: “Elə vaxt gəlir ki, o zaman Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz” (Yəhya 4:21). Samariyalılar uzun müddət Yehovaya ehtiram hissi bəsləyir və Gerizim dağında başqa ilahilərə ibadət edirdilər (2 Krallar 17:33). İndi isə İsa Məsih deyir ki, həqiqi ibadətdə nə bu dağ, nə də Yerusəlim heç bir rol oynamayacaq.

RUHƏN VƏ HƏQİQƏTƏN İBADƏT

3 Sonra İsa Samariyalı qadına dedi: “Siz bilmədiyinizə ibadət edirsiniz, biz bildiyimizə ibadət edirik; çünki qurtuluş yəhudilərdəndir” (Yəhya 4:22). Samariyalılar arasında yanlış dini nöqteyi-nəzərlər mövcud idi. Onlar Müqəddəs Kitabın ancaq özlərinin Samariya Tövratı adlı xüsusi redaksiyalarında nəşr edilən yalnız ilk beş kitabının Allahdan ilham aldığını qəbul edirdilər. Buna görə də, əslində Allahı tanımırdılar. Yəhudilərə isə Allahın Kəlamı həvalə edilmişdi (Romalılara 3:1, 2). Müqəddəs Yazılarda sadiq yəhudilərin və başqa səmimi insanların Allahı tanıya bilmələri üçün lazım olan hər şey vardı.

4 Əslində İsa göstərdi ki, Allahın lütfünü qazanmaq istəyən həm yəhudilər, həm də samariyalılar öz ibadət tərzlərində dəyişiklik etməli idilər. O dedi: “Həqiqi ibadət edənlərin Ataya ruhən və həqiqətən ibadət edəcəkləri saat gəlir və gəldi də. Çünki Ata Özünə bu cür ibadət edənlər axtarır. Allah ruhdur və Ona ibadət edənlərin ruhən və həqiqətən ibadət etmələri gərəkdir” (Yəhya 4:23, 24). Ataya “ruhən” ibadət etmək üçün, Onun müqəddəs ruhuna malik olmalı və bu ruhla idarə olunmalıyıq. Allaha “həqiqətən” ibadət etmək isə, Onun Kəlamı olan Müqəddəs Kitabı öyrənməyin və bizə açılan həqiqətə müvafiq tərzdə ibadət etməyin sayəsində mümkündür. Sizdə belə bir istək varmı?

5 İsa, yalnız həqiqi ibadətin Allaha məqbul olduğunu vurğuladı. Bu onu göstərir ki, Yehovaya məqbul olmayan ibadət növləri də mövcuddur. Allaha ibadət etmək — Ona ehtiram bəsləmək və müqəddəs xidməti icra etmək deməkdir. Əgər siz qüdrətli bir rəhbərə ehtiram göstərmək istəsəydiniz, yəqin ki, ona sədaqətlə xidmət etməyə və ona məqbul olan işi görməyə çalışardınız. Şübhəsiz ki, biz Allahı razı salmağı daha çox istəyərdik. Sadəcə “Mənim dinim məni qane edir” deməkdənsə, ibadətimizi Allahın tələblərinin əsasında yoxlamağa dəyər.

ATANIN İRADƏSİNİ YERİNƏ YETİRMƏK

6 Gəlin Matta 7:21-23 ayələrini oxuyaq və Allaha hər bir ibadətin məqbul olub-olmadığını müəyyən edən həlledici amili nəzərdən keçirək. İsa demişdir: Mənə: “Ya Rəbb, ya Rəbb”, — deyən hər kəs Səmavi Səltənətə [Padşahlığa] girməyəcəkdir; ancaq göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcəkdir. O gündə bir çoxları Mənə: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmədikmi? Sənin adınla cinləri çıxarmadıqmı? Və Sənin adınla çox mö’cüzələr yaratmadıqmı?” — deyəcəklər. Və onda Mən onlara açıqca söyləyəcəyəm: “Mən sizi heç vaxt tanımamışam, yanımdan çəkilin, haqsızlıq edənlər!”

7 Həqiqi ibadətdə İsa Məsihin Rəbb olduğunu qəbul etmək olduqca vacibdir. Lakin bu sözlərdən göründüyü kimi, özünü İsanın şagirdləri adlandıran bir çoxlarının ibadətində nə isə çatışmır. İsa demişdir ki, onlardan bə’ziləri fövqəltəbii surətdə şəfa vermək kimi “mö’cüzələr” göstərirlər. Ancaq onlar İsanın vacib sandığı bir şeyi icra etməyi nəzərdən qaçırırlar. Onlar onun ‘Atasının iradəsini yerinə yetirmirlər’. Əgər biz Allaha məqbul olmaq istəyiriksə, əvvəlcə səmavi Atamızın iradəsini öyrənməli, sonra isə onu yerinə yetirməliyik.

DƏQİQ BİLİK MÜDAFİƏDİR

8 Allahın iradəsini yerinə yetirmək üçün həm Yehova Allah, həm də İsa Məsih haqqında dəqiq bilik əldə etmək lazımdır. Bu bilik əbədi həyata aparır. Buna görə də hər birimizə, sözsüz ki, Allahın Kəlamı olan Müqəddəs Kitabdan dəqiq bilik əldə etməyə ciddi yanaşmaq lazımdır. Bə’ziləri elə hesab edirlər ki, əgər insan öz ibadətində səmimidirsə və sə’y göstərirsə, bu bir o qədər də vacib deyil. Başqaları isə deyirlər: “Az biləndən, az da soruşurlar”. Lakin Müqəddəs Kitab bizi Allah və Onun niyyətləri haqqında biliyimizi inkişaf etdirməyə təşviq edir (Efeslilərə 4:13; Filipililərə 1:9; Koloslulara 1:9).

9 Bu cür bilik ibadətimizi natəmizlikdən qoruyacaq. Həvari Pavel “nur mələyi” cildinə girən ruhani bir varlıqdan söz etmişdi (2 Korinflilərə 11:14). Özünün iç üzünü gizlədən bu ruhani varlıq, daha doğrusu, Şeytan çalışır ki, bizi Allahın iradəsinə zidd davranmağa vadar etsin. Şeytanla əlbir olan digər ruhani varlıqlar da insanların ibadətini ləkələyirlər, bu səbəbdən Pavel demişdi: “Bütpərəstlər qurbanı Allaha deyil, cinlərə gətirirlər” (1 Korinflilərə 10:20). Çoxları, ehtimal ki, Allaha düzgün ibadət etdiklərini düşünürdülər, eyni zamanda isə Allahın onlardan gözlədiyini etmirdilər. Onlar özləri də bilmədən natəmiz, yalan ibadətə cəlb edilmişlər. Daha sonra Şeytan və onun cinləri haqqında geniş öyrənəcəyik, lakin artıq indidən mə’lumdur ki, Allahın bu düşmənləri bəşəriyyətin ibadətini natəmiz etmişlər.

10 Əgər içdiyiniz suyun mənbəyini kiminsə qəsdən zəhərlədiyini bilsəydiniz, ondan içməyə davam edərdinizmi? Sözsüz ki, siz dərhal təmiz su mənbəyi axtarmağa başlayardınız. Allahın Kəlamındakı dəqiq bilik həqiqi dini ayırd etməkdə və Allaha ibadəti murdarlaya biləcək hər bir şeyi rədd etməkdə bizə kömək edir.

İNSAN ƏMRLƏRİ OLAN TƏ’LİMLƏR

11 İsa yer üzündə olanda bir çox yəhudilər Allah haqqındakı dəqiq biliyə müvafiq davranmırdılar. Buna görə də, onlar Yehovanın qarşısında təmiz qalmaq imkanından məhrum oldular. Pavel onlar haqqında yazmışdır: “Onlara şəhadət edirəm ki, Allah üçün sə’yləri vardır, lakin elmə [“dəqiq biliyə”, YD] əsaslanmamışdır” (Romalılara 10:2). Onlar Allahı dinləmək əvəzinə, Ona necə ibadət edəcəklərini özləri qərara alırdılar.

12 Əvvəlcə israillilər Allahın verdiyi təmiz dinə e’tiqad edirdilər, lakin sonralar ona insan tə’limləri və fəlsəfələrini əlavə etdilər (Yeremya 8:8, 9; Malaki 2:8, 9; Luka 11:52). Fəriseylər kimi tanınan yəhudi din rəhbərləri etdikləri ibadətin Allaha məqbul olduğunu düşünsələr də, İsa onlara dedi: “Yeşaya [İşaya] peyğəmbər sizin üçün nə yaxşı söyləmişdir! Necə ki, yazılmışdır: “Bu xalq dodaqları ilə Mənə hörmət edir. Onların ürəyi isə Məndən uzaqdır. Ehkam olaraq insan əmrlərini öyrədərək, Mənə boş yerə ibadət edirlər” (Mark 7:6, 7).

13 Elə ola bilərmi ki, biz də fəriseylər kimi davranaq? Əgər ibadət haqqında Allahın dediklərini dinləmək əvəzinə miras aldığımız dini ən’ənələrə riayət edəriksə, əlbəttə ki, bu baş verə bilər. Belə halda olduqca real təhlükə haqqında xəbərdarlıq edərək, Pavel deyirdi: “Ruh isə aydın şəkildə deyir ki, axır zamanlarda bə’ziləri imandan dönəcək, yoldan çıxaran ruhlara və cinlərin tə’limlərinə qulaq asacaqlar” (1 Timoteyə 4:1). Gördüyümüz kimi, sadəcə olaraq ibadətimizin Allaha məqbul olduğunu zənn etmək kifayət deyil. İsa ilə rastlaşan samariyalı qadın kimi, bəlkə biz də ibadətimizi valideynlərimizdən miras almışıq. Lakin biz əmin olmalıyıq ki, etdiyimiz işləri Allah bəyənir.

ALLAHIN İRADƏSİNƏ ZİDD DAVRANMAQDAN ÇƏKİNİN

14 Ehtiyatlı olmasaq, Allaha məqbul olmayan hərəkət edə bilərik. Məsələn, həvari Yəhya “səcdə etmək üçün” mələyin ayaqlarına qapandı. Lakin mələk onu xəbərdar etdi: “Bax, bunu etmə! Mən sənin və İsanın şəhadətinə malik olan qardaşlarının həmkarıyam. Allaha səcdə eylə” (Vəhy 19:10). Buna görə də ibadətinizin bütpərəstliyin hər hansı növü ilə murdarlanmadığını yoxlamağın vacibliyini anlayırsınızmı? (1 Korinflilərə 10:14).

15 Bə’zi məsihçilər Allaha məqbul olmayan dini adət-ən’ənələrə riayət etməyə başladıqda, Pavel onlardan soruşdu: “Necə olur ki, təkrarən zəif və dəyərsiz ibtidai qüvvələrə qayıdırsınız? Onlara yenidən kölə olmaqmı istəyirsiniz? Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz! Sizin üçün qorxuram ki, bəlkə boş yerə sizə zəhmət çəkmişəm” (Qalatiyalılara 4:8-11). Həmin insanlar Allah haqqında bilik əldə etmişdilər, lakin sonradan dini bayramları qeyd etməklə və Yehovaya məqbul olmayan ən’ənələrə riayət etməklə ağılsız davranmağa başlamışdılar. Pavelin dediyi kimi, biz “Rəbbə nəyin məqbul olduğunu öyrənməyə” çalışmalıyıq (Efeslilərə 5:10).

16 Biz, Allahın prinsiplərini pozan dini bayramlar və ən’ənələrdən qaçınmalıyıq (1 Saloniklilərə 5:21). Misal üçün, İsa öz davamçıları haqqında demişdi: “Mən dünyadan olmadığım kimi, onlar da dünyadan deyillər” (Yəhya 17:16). Mənsub olduğunuz dində bu dünyanın işlərinə qarışmamaq prinsipinə zidd gedən bayram və ən’ənələr mövcuddurmu? Sizin dininizə mənsub olan kəslər dini bayram və ən’ənələr zamanı özlərini həvari Peterin haqqında danışdığı insanlar kimi aparırlarmı? O yazmışdır: “Yetər ki, siz keçmiş zamanlarda iman gətirməyənlərin istəklərini yerinə yetirib, ömrünüzü səfahətlə, şəhvətlə, sərxoşluqla, işrət aləmləri ilə, içki məclisləri ilə və iyrənc bütpərəstliklə keçirdiniz” (1 Peter 4:3).

17 Həvari Yəhya Allah qorxusuna malik olmayan bu dünyanın ruhunu əks etdirən əməllərdən qaçınmağın gərəkliyini vurğulamışdı. Yəhya yazırdı: “Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur. Çünki dünyada olan hər şey, yə’ni cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil, dünyadandır. Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:15-17). “Allahın iradəsini yerinə yetirən” kəslərin əbədi yaşayacaqlarına diqqət yetirdinizmi? Bəli, əgər biz Allahın iradəsini yerinə yetirir və bu dünyanın ruhuna xas olan əməllərdən qaçınırıqsa, əbədi həyat ümidinə sahib ola bilərik!

ALLAHIN YÜKSƏK NORMALARINA RİAYƏT EDİN

18 Allah istəyir ki, Onun xidmətçiləri yüksək əxlaq normalarına riayət etsinlər. Qədim Korinfdə yaşayan bə’zi məsihçilər yanlış olaraq elə düşünürdülər ki, Allah əxlaqsız hərəkətlərə tab gətirəcəkdir. Lakin 1 Korinflilərə 6:9, 10 ayələrindən göründüyü kimi, onlar çox yanılırdılar. Əgər biz Allaha məqbul olan tərzdə ibadət etmək istəyiriksə, onda yalnız sözdə deyil, əməlimizdə də Onu razı salmalıyıq. Siz də Allaha belə ibadət edirsiniz? (Matta 15:8; 23:1-3).

19 Bizim insanlarla olan münasibətimizdə də Allahın normaları əks olunmalıdır. İsa Məsih bizi təşviq etdi ki, başqalarının bizimlə necə rəftar etmələrini istəyiriksə, biz də onlarla elə rəftar edək — bu, həqiqi ibadətin vacib hissəsidir (Matta 7:12). Qardaşlıq məhəbbətinin təzahür olunması haqqında da onun nə dediyinə diqqət yetirin: “Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya 13:35). İsanın şagirdləri bir-birlərini sevməli və necə ki, həmimanlılarına, eləcə də başqa insanlara yaxşılıq etməlidirlər (Qalatiyalılara 6:10).

ÜRƏKDƏN EDİLƏN İBADƏT

20 Yəqin ki, siz də Allaha məqbul tərzdə ibadət etmək istəyirsiniz. Əgər bu belədirsə, onda ibadətə dair Yehovanın nöqteyi-nəzərinə sahib olmalısınız. Şagird Yaqub bu və ya digər məsələyə bizim deyil, Allahın necə baxmasının vacib olduğunu vurğulamışdır. Yaqub deyir: “Ata Allahın yanında təmiz və ləkəsiz dindarlıq budur: Yetimləri və dulları onların məşəqqətli anlarında ziyarət etmək və özünü dünyadan ləkəsiz saxlamaq” (Yaqub 1:27). Allahı razı salmaq istəyi hər birimizi təşviq edəcəkdir ki, ibadətimizin Allaha məqbul olmayan əməllərlə murdarlanmadığını və Allahın nöqteyi-nəzərinə görə vacib olan nəyi isə nəzərdən qaçırmadığımızı yoxlayaq (Yaqub 1:26).

21 Yehova yalnız təmiz və ürəkdən edilən ibadəti qəbul edir (Matta 22:37; Koloslulara 3:23). İsrail xalqı Yehovaya tələb olunduğundan az verəndə O dedi: “Oğul ataya və qul ağasına hörmət edər; ismimi xor görən kahinlər, əgər mən atayamsa, hanı mənim izzətim? Əgər mən ağayamsa, hanı məndən qorxu?” Onlar Allaha kor, şikəst və xəstə heyvanları qurban gətirməklə Onu təhqir edirdilər, Allah isə belə ibadəti rədd etdi (Malaki 1:6-8). Yehova büllur kimi təmiz ibadətə layiqdir və O, yalnız hədsiz sədaqəti qəbul edir (Çıxış 20:5, 6; Süleymanın məsəlləri 3:9; Vəhy 4:11).

22 Görünür, İsa ilə söhbət edən samariyalı qadını Allaha məqbul ibadət tərzi maraqlandırırdı. Əgər bu bizi də maraqlandırırsa, biz murdar olan hər bir tə’lim və ən’ənələrdən qaçınacağıq (2 Korinflilərə 6:14-18). Bunun əvəzinə, Allah haqqında dəqiq bilik əldə etmək və Onun iradəsini yerinə yetirmək üçün bütün qüvvəmizi sərf edəcəyik. Biz Allaha məqbul olan ibadət üçün irəli sürülən bütün tələblərə müvafiq olmağa çalışacağıq (1 Timoteyə 2:3, 4). Yehovanın Şahidləri bunu etməyə çalışır və sizi də Allaha “ruhən və həqiqətən” ibadət etməkdə onlara qoşulmağa səmimi qəlbdən də’vət edirlər (Yəhya 4:24). İsa demişdi: “Ata Özünə bu cür ibadət edənlər axtarır” (Yəhya 4:23). Ümidvarıq ki, siz də həmin kəslərdən birisiniz. Samariyalı qadın kimi, əlbəttə ki, siz də əbədi yaşamaq istərdiniz (Yəhya 4:13-15). Ancaq sirr deyil ki, insanlar qocalır və ölürlər. Növbəti fəsil bunun səbəbini izah edir.

BİLİYİNİZİ YOXLAYIN

• Yəhya 4:23, 24 ayələrindən göründüyü kimi, Allaha hansı ibadət məqbuldur?

• Müəyyən adət və ən’ənələrin Allaha məqbul olub-olmadığını necə öyrənə bilərik?

• Allaha məqbul tərzdə ibadət etmək üçün irəli sürülən bə’zi tələblər hansılardır?

[Öyrənilmə üçün olan suallar]

1. Samariyalı qadın ibadət haqqında nəyi bilmək istəyirdi?

2. Samariyalı qadının sualına İsa necə cavab verdi?

3. a) Nəyə görə samariyalılar əslində Allahı tanımırdılar? b) Sadiq yəhudilər və başqa insanlar Allahı necə tanıya bilərdilər?

4. İsanın sözlərinə görə, ibadətlərinin Allaha məqbul olması üçün həm yəhudilər, həm də samariyalılar nə etməli idilər?

5. a) “İbadət” nə deməkdir? b) İbadətimiz Allaha məqbul olsun deyə biz nə etməliyik?

6, 7. Nəyə görə İsa onun şagirdləri olduqlarını iddia edən bə’zilərini qəbul etmir?

8. Əgər Allahın iradəsini yerinə yetirmək istəyiriksə, bizdən nə tələb olunur və hansı yanlış fikirlərdən qaçınmalıyıq?

9. Dəqiq bilik bizi nədən qoruyur və nəyə görə belə bir biliyə ehtiyac duyuruq?

10. Əgər kimsə qəsdən su mənbəyini zəhərləyərsə, bu zaman siz nə edərdiniz və Allahın Kəlamındakı dəqiq bilik bizə necə kömək edir?

11. Bir çox yəhudilərin ibadətində səhv olan nə idi?

12. İsraillilərin ibadətini murdarlayan nə idi və bunun nəticəsi nə oldu?

13. Necə ola bilər ki, biz də fəriseylər kimi davranaq?

14, 15. Allahın iradəsi haqqında müəyyən qədər biliyimiz olsa da, nəyə görə ehtiyatlı olmaq lazımdır?

16. Hansı bayram və ən’ənələrin Allaha məqbul olub-olmadığını müəyyən etməkdə Yəhya 17:16 və 1 Peter 4:3 ayələri bizə necə kömək edir?

17. Nəyə görə bu dünyanın ruhuna xas olan hər bir şeydən qaçınmalıyıq?

18. Bə’zi korinflilər davranış tərzinə dair nədə yanılırdılar və biz buradan hansı ibrət dərsini götürə bilərik?

19. Həqiqi ibadət başqaları ilə olan münasibətimizə necə tə’sir göstərir?

20, 21. a) Allaha hansı ibadət məqbuldur? b) Nəyə görə Yehova Malakinin günlərində israillilərin ibadətini rədd etdi?

22. Əgər Allahın ibadətimizi qəbul etməsini istəyiriksə, nədən qaçınmalı və əksinə, nəyi etməliyik?

[44-cü səhifədəki şəkil]

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş