Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 54
  • «Göydən gələn həqiqi çörək»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Göydən gələn həqiqi çörək»
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • İsa Məsih həyat çörəyidir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Möcüzə ilə verilmiş çörək
    Gözətçi qülləsi 2024
  • Əbədi yaşamaq üçün nə etməlisiniz?
    Gözətçi qülləsi 2024
  • Məsihin sözləri camaatı çaş-baş qoyur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
İsa Məsihin həyatı və xidməti
gt fəs. 54

Fəsil 54

«Göydən gələn həqiqi çörək»

DÜNƏNKİ gün hadisələrlə dolu keçdi. İsa Məsih minlərlə adama möcüzə ilə çörək verib doydurmuş və onu padşah etmək istəyən camaatdan yaxasını qurtarmışdı. Gecə o, fırtınalı Qalileya gölünün üzəri ilə getmiş, sonra dalğaların üstü ilə ona tərəf gələrkən suda batan Peteri xilas etmiş və küləyi yatırdıb şagirdlərini suya qərq olmaqdan qorumuşdu.

İndi İsa Kapernahumun yaxınlığındadır. Dünən Qalileya gölünün şimal-şərq sahilində möcüzə ilə çörək verdiyi adamlar onun yanına gəlir və soruşurlar: «Sən bura nə vaxt gəldin?» Lakin İsa bu adamları məzəmmət edib deyir ki, onlar onu havayı çörək yemək ümidi ilə axtarırlar. O, onları fani qida üçün yox, əbədi həyat gətirən daimi qidadan ötrü çalışmağa səsləyir. Adamlar soruşurlar: «Allaha xoş gedən işləri görmək üçün biz nə etməliyik?»

İsa Məsih cəmi bir işi, ən mühüm işi göstərir: «Allahın göndərdiyi insana iman etsəniz, Ona xoş gedər».

İş orasındadır ki, onun bütün möcüzələrinə baxmayaraq, adamlar ona iman gətirmirlər. Bir belə xariqüladə işləri gördüklərinə baxmayaraq, onlar yenə deyirlər: «Bir möcüzə göstər, biz də görüb sənə inanaq. Nə göstərə bilərsən? Bizim əcdadlarımız səhrada manna yeyiblər, necə ki, yazılıb: “Allah onlara göydən çörək verdi”».

İsa, onların əlamət istəmələrinə cavab olaraq, bütün möcüzələrin həqiqi Mənbəyini tanıtdırır: «Göydən gələn çörəyi sizə Musa verməmişdi, amma mənim Atam sizə göydən gələn həqiqi çörək verir. Allahın verdiyi çörək göydən gəlmiş və bəşəriyyətə həyat verən insandır».

— Ağa, bizə həmişə bu çörəyi ver, — onlar deyirlər.

— Həyat çörəyi mənəm, — deyə İsa izah edir. — Ardımca gələn heç vaxt acmayacaq və mənə iman edən əsla susamayacaq. Amma dediyim kimi, siz məni görsəniz də inanmırsınız. Atamın mənə verdiyi hər kəs ardımca gələcək. Ardımca gələni isə mən heç vaxt qovmaram. Çünki mən özümün yox, məni göndərənin iradəsini yerinə yetirmək üçün göydən gəlmişəm. Məni göndərənin iradəsi isə budur ki, Onun mənə verdiyi adamlardan heç birini itirməyim, onları axırıncı gündə dirildim. Bəli, Atamın iradəsi budur ki, Oğulu görüb ona iman edən hər kəs əbədi həyata qovuşsun.

Yəhudilər İsanın: «Mən göydən gəlmiş çörəyəm», — sözlərini eşidəndə deyinməyə başlayırlar. Nazaretlilər kimi, onlar da İsanı adi insan övladı sayırlar. Onlar narazılıqla deyirlər: «Məgər bu, Yusifin oğlu İsa deyil? Biz onun atasını da, anasını da yaxşı tanıyırıq. Bəs necə olur ki o deyir: “Mən göydən gəlmişəm”?»

İsa onların bu sözlərinə qarşı deyir: «Bəsdirin deyindiniz. Əgər məni göndərmiş Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz. Mən o adamı axırıncı gündə dirildəcəyəm. Peyğəmbərlərin kitabında da yazılıb: “Yehova onların hamısını öyrədəcək”. Atamı dinləyib Ondan bilik almış hər bir adam ardımca gəlir. Bu o demək deyil ki, bəşər övladlarından kimsə Atanı görüb. Onu yalnız Özünün göndərdiyi şəxs görüb. Eşidin və agah olun, iman edən əbədi həyata qovuşacaq».

İsa sözünü bir də təkrarlayır: «Mən həyat çörəyiyəm. Sizin əcdadlarınız səhrada manna yedilər, amma axırda öldülər. Göydən gəlmiş çörəyi yeyən adam isə ölməyəcək. Mən göydən gəlmiş diri çörəyəm. Bu çörəkdən yeyən əbədi yaşayacaq». Bəli, adamlar Allahın göndərdiyi İsaya iman gətirməklə əbədi həyata qovuşacaqlar. Heç bir möcüzəli manna, yaxud çörək bunu edə bilməz!

Göydən gəlmiş çörək barədə söhbət, deyəsən, adamlar İsanı Kapernahumun yaxınlığında tapanda başlanır. Lakin söhbət burada qurtarmır və İsa Kapernahum sinaqoqunda öyrədərkən kulminasiya nöqtəsinə çatır. Yəhya 6:25—51, 59; Məzmur 78:24; Yeşaya 54:13; Matta 13:55—57.

▪ Göydən gəlmiş çörək barədəki söhbətə qədər hansı hadisələr olmuşdu?

▪ İsanın bir az əvvəlki işlərinin qarşısında yenə əlamət istəmək nəyə görə yersizdir?

▪ Nə üçün yəhudilər İsanın göydən gəlmiş çörək olduğunu eşidəndə deyinirlər?

▪ Göydən gəlmiş çörək söhbəti harada baş verir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş