Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 68 s. 162—s. 163 abz. 19
  • İsa Məsih dünyanın nurudur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih dünyanın nurudur
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • İsa təlim verməkdə davam edir
    İsa Məsihin həyatı və xidməti
  • Yenidən İsanı öldürmək cəhdi
    İsa Məsihin həyatı və xidməti
  • İsa Məsih Allah deyil
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Ataları İbrahim peyğəmbərdir, yoxsa İblis?
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 68 s. 162—s. 163 abz. 19
İsa peyğəmbər gecə vaxtı məbəddə təlim verir

FƏSİL 68

İsa Məsih dünyanın nurudur

YƏHYA 8:12—36

  • İSA PEYĞƏMBƏR KİMİN OĞLU OLDUĞUNU İZAH EDİR

  • YƏHUDİLƏR HANSI MƏNADA QULDURLAR?

Çardaqlar bayramının yeddinci, yəni axırıncı günüdür. İsa Məsih məbədin «xəzinə qabları» adlanan hissəsində təlim verir (Yəhya 8:20; Luka 21:1). Görünür, bu yer məbədin «Qadınlar həyəti» adlanan hissəsində yerləşir. Camaat oradakı ianə qablarına öz ianələrini gətirib atır.

Bayram ərzində gecələr məbədin bu hissəsi xüsusilə işıqlandırılır. Burada dörd böyük şamdan durur və şamdanların hər birində yağla dolu dörd iri qab var. Bu yanan şamdanların saçdığı gur işıq gecələr böyük ərazini işıqlandırır. Görünür, indi İsa peyğəmbərin dediyi sözlər onun dinləyicilərinin xəyalında məhz bu səhnəni canlandırır. O deyir: «Mən dünyanın nuruyam. Mənim ardımca gələn əsla qaranlıqda yeriməyəcək. O, həyat nuruna sahib olacaq» (Yəhya 8:12). Fərisilər buna etiraz edirlər:

— Sən özün-özünə şəhadət edirsən, sənin şəhadətin doğru deyil.

— Mən özüm-özümə şəhadət etsəm də, mənim şəhadətim doğrudur. Çünki mən haradan gəldiyimi və hara gedəcəyimi bilirəm. Siz isə mənim haradan gəldiyimi və hara gedəcəyimi bilmirsiniz. Sizin Qanunda da yazılıb: «İki nəfərin şəhadəti doğrudur». Mən özüm də özüm haqda şəhadət edirəm, məni göndərmiş Ata da mənim haqqımda şəhadət edir (Yəhya 8:13—18).

Bunu qəbul etməyən fərisilər soruşur:

— Sənin Atan haradadır?

— Siz nə məni tanıyırsınız, nə də Atamı. Məni tanısaydınız, Atamı da tanıyardınız, — deyə İsa peyğəmbər birbaşa cavab verir (Yəhya 8:19).

Fərisilər hələ də peyğəmbəri tutmaq fikrindədirlər, amma hələ ki, ona əl dəymirlər. İsa peyğəmbər bundan əvvəl dediyi sözləri təkrarlayır:

— Mən çıxıb gedirəm. Siz məni axtaracaqsınız, bununla belə, öz günahınız içində öləcəksiniz. Siz getdiyim yerə gələ bilməzsiniz.

Yəhudilər İsa peyğəmbərin sözlərini səhv başa düşüb deyirlər:

— Bəlkə, bu, özünü öldürmək istəyir? Bir görün nə deyir: «Siz getdiyim yerə gələ bilməzsiniz».

Onlar İsa peyğəmbərin haradan gəldiyini bilmədikləri üçün onun sözlərinin mənasını başa düşmürlər. Peyğəmbər onlara deyir:

— Siz aşağıdakı aləmdənsiniz, mən isə yuxarıdakı aləmdənəm. Siz bu dünyadansınız, mən isə bu dünyadan deyiləm (Yəhya 8:21—23).

Bu sözlərlə peyğəmbər əvvəllər göydə yaşadığına və özünün vəd edilmiş Məsih olduğuna işarə edir. Bu din xadimləri onun gəlişini gözləməli idilər. Lakin onlar dərin nifrət hissi ilə ondan soruşurlar: «Sən kimsən?» (Yəhya 8:25).

Onu qəbul etmədiklərinə görə peyğəmbər belə deyir:

— Yəni bütün dediklərim hədər getdi?

Bununla belə, o, bütün diqqəti Ataya yönəldir və nəyə görə yəhudilərin Oğula qulaq asmalı olduqlarını izah edir:

— Məni göndərən haqdır. Mən Ondan eşitdiklərimi dünyaya danışıram (Yəhya 8:25, 26).

Sonra İsa Məsih yəhudilərdə çatışmayan xüsusiyyətləri, Allaha etibarını və imanını ifadə edir:

— Siz insan Oğlunu yuxarı qaldıranda mənim o şəxs olduğumu və özümdən heç bir şey etmədiyimi biləcəksiniz. Ata mənə nə öyrədibsə, mən də onu danışıram. Məni göndərən mənimlədir. O, məni tək qoymayıb, çünki mən həmişə Onun bəyəndiyi işləri görürəm (Yəhya 8:28, 29).

Bəzi yəhudilər İsa peyğəmbərə iman edir. O, bu adamlara deyir:

— Əgər mənim sözlərimə daima əməl etsəniz, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək (Yəhya 8:31, 32).

Azad olmaq fikri onlara qəribə gəlir. Onlar etiraz edirlər:

— Biz İbrahimin övladlarıyıq, heç vaxt heç kəsin köləsi olmamışıq. Necə yəni «siz azad olacaqsınız»?

Hərçənd yəhudilər bəzən başqa xalqların köləsi olsalar da, kölə adını qəbul etmirlər. Lakin İsa peyğəmbər göstərir ki, onlar hələ də kölədirlər. O deyir: «Eşidin və agah olun, günah işləyən hər bir adam günahın köləsidir» (Yəhya 8:33, 34).

Yəhudilər günahın köləsi olduqlarını inkar etməklə özlərini təhlükəyə atırlar. Peyğəmbər izah edir: «Nökər evdə həmişəlik qalmır. Oğul həmişəlik qalır» (Yəhya 8:35). Nökərin varislik hüququ yoxdur və onu istənilən vaxt qova bilərlər. Evdə yalnız doğma, yaxud oğulluğa götürülmüş oğul «həmişəlik», yəni həyatı boyu qalır.

Beləliklə, Oğul, yəni İsa Məsih haqqında həqiqət insanları ölümə aparan günahdan əbədiyyən azad edir. İsa Məsih bəyan edir: «Əgər Oğul sizi azad etsə, siz, həqiqətən də, azad olacaqsınız» (Yəhya 8:36).

  • Bayram ərəfəsində gecə nə olur və bu, İsa peyğəmbərin təliminə necə aiddir?

  • İsa peyğəmbər öz mənşəyi haqqında nə deyir və bu, onun kimliyini necə açıqlayır?

  • Yəhudilər hansı mənada kölədirlər və hansı həqiqət onları azad edə bilər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş