Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 81
  • Yenidən İsanı öldürmək cəhdi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yenidən İsanı öldürmək cəhdi
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • İsa Məsih Allah deyil
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Ataları İbrahim peyğəmbərdir, yoxsa İblis?
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa Məsih dünyanın nurudur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Əslində kim kimin övladıdır
    İsa Məsihin həyatı və xidməti
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 81

Fəsil 81

Yenidən İsanı öldürmək cəhdi

İNDİ qış olduğundan İsa «Süleyman eyvanı» adlanan üstüörtülü yerdə gəzişir. Bu yer məbədin böyründədir. Burada yəhudilər İsanı dövrəyə alıb deyirlər: «Sən nə vaxta qədər bizi intizarda qoyacaqsan? Əgər Məsihsənsə, açıq de».

«Mən sizə demişəm, siz isə inanmırsınız», — İsa cavab verir. İsa quyu başında samariyalı qadına dediyi kimi, onlara Məsih olduğunu birbaşa deməmişdi. Lakin göylərdən gəldiyini və İbrahim peyğəmbərdən qabaq mövcud olduğunu söyləyəndə kimliyini onlara məlum etmişdi.

İsa istəyir ki, adamlar Müqəddəs Yazılarda Məsihin görəcəyi işlər haqqında deyilənləri onun işləri ilə müqayisə edib onun Məsih olduğunu özləri başa düşsünlər. Məhz buna görə İsa əvvəllər şagirdlərinə onun Məsih olduğunu heç kəsə deməməyi tapşırmışdı. İndi də buna görə ona qarşı düşmənçilik edən yəhudilərə o, belə cavab verir: «Atamın adı ilə gördüyüm işlər mənim haqqımda şəhadət edir. Siz isə inanmırsınız».

Axı onlar nə üçün inanmırlar? Bəlkə İsanın Məsih olduğunu sübut edən dəlillər azdır? Xeyr, səbəb başqadır. İsa deyir: «Mənim qoyunlarımdan deyilsiniz. Mənim qoyunlarım səsimə qulaq asırlar, mən onları tanıyıram və onlar mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verəcəyəm. Onlar heç vaxt məhv olmayacaqlar və heç kəs onları əlimdən dartıb ala bilməz. Atamın mənə verdikləri hər şeydən qiymətlidir və heç kim onları Atamın əlindən ala bilməz».

Sonra İsa özü ilə Atası arasındakı münasibətdən danışır: «Atamla mən vəhdətdəyik». Bu ifadə onların bir şəxsiyyət olduğunu göstərmir, çünki İsa yerdədir, Allah isə göylərdə. İsanın bu sözlərindən məlum olur ki, onların məqsədi, amalı birdir və onların arasında tam həmrəylik var.

İsanın sözündən qəzəblənən yəhudilər, bir neçə ay bundan qabaq Çardaqlar bayramında olduğu kimi, indi də daş götürüb onu öldürmək istəyirlər. İsa onu öldürməyə hazır olan bu adamların qarşısında cəsarətlə dayanıb soruşur: «Mən sizə Atamın buyurduğu çoxlu yaxşı iş göstərdim. Bu işlərin hansına görə məni daşlamaq istəyirsiniz?»

Onlar cavab verirlər: «Biz səni yaxşı işlərə görə yox, küfr danışdığın üçün daşlayacağıq. Çünki sən insan olduğun halda, özünü allah yerinə qoyursan». Axı İsa heç vaxt deməyib ki, o, Allahdır, bəs nə üçün yəhudilər onu öldürmək istəyirlər?

Bunun səbəbi göz qabağındadır: onların fikrincə, yalnız Allaha məxsus olan qabiliyyətləri İsa özünə götürür. Misal üçün o, həlim insanlar haqqında indicə: «Mən onlara əbədi həyat verəcəyəm», — dedi. Bunu heç bir insan bacarmaz. Ancaq yəhudilər bir şeyi nəzərdən qaçırırlar, axı İsa etiraf etmişdi ki, bu qabiliyyəti ona Allah verib.

İsanın özünü Allahdan aşağı saydığı onun növbəti sualından görünür: «Məgər sizin Qanunda [Məzmur 82:6]: “Demişəm: «Siz allahlarsınız»”, — yazılmayıb? Əgər Allah, məhkum etdiyi adamları Öz kəlamında “allah” adlandırırsa,.. nəyə görə siz “Mən Allahın Oğluyam” dediyim üçün mənə, Atanın pak edib dünyaya göndərdiyi adama: “Sən küfr danışırsan”, — deyirsiniz?»

Müqəddəs Yazılarda ədalətsiz insan hakimlərinə də «allah» deyilirsə, yəhudilər İsanı özünü «mən Allahın Oğluyam» adlandırdığına görə necə ittiham edə bilərlər? İsa əlavə edir: «Əgər mən Atamın buyurduğu işləri görmürəmsə, mənə inanmayın. Yox əgər bu işləri görürəmsə, mənə inanmasanız da, gördüyüm işlərə inanın ki, Atanın mənimlə, mənim də Ata ilə vəhdətdə olduğumu bilib anlayasınız».

Bu sözlərin üstündə yəhudilər İsanı yaxalamaq istəyirlər. Amma Çardaqlar bayramında olduğu kimi, İsa bu dəfə də onların əlindən qurtula bilir. O, Yerusəlimdən çıxıb İordan çayının o tayına gedir. Təxminən dörd il bundan əvvəl Vəftizçi Yəhya burada vəftiz etməyə başlamışdı. Bu yer Yerusəlimdən iki günlük məsafədə yerləşir və görünür, Qalileya gölünün cənub sahilinə yaxındır.

Burada İsanın yanına çoxlu adam gəlir. Onlar deyirlər: «Hərçənd Yəhya heç bir möcüzə göstərmədi, lakin onun bu adam haqqında dediyi hər söz doğru çıxdı». Orada bir çoxları İsaya iman gətirir. Yəhya 10:22—42; 4:26; 8:23, 58; Matta 16:20.

▪ Adamlar İsanın Məsih olduğunu nədən başa düşməlidirlər?

▪ Hansı mənada İsa və Atası vəhdətdədirlər?

▪ Yəhudilər nə üçün İsanın özünü Allah səviyyəsinə qaldırdığını düşünürlər?

▪ İsanın məzmurlardan (Zəburdan) gətirdiyi sitat onun Allaha şərik olmadığını necə sübut edir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş