-
İlazər dirilirİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
Sinedrion İsa peyğəmbərin ölümünə qərar verir və beləcə, Qayafa istəyinə nail olur. Peyğəmbərə dost münasibəti bəsləyən Sinedrion üzvü Nikodem bu haqda İsa Məsihi xəbərdar edirmi? Hər necə olursa olsun, İsa peyğəmbər dərhal Yerusəlim ərazisini tərk edir və beləcə, Allahın təyin etdiyi vaxtdan qabaq ölmür.
-
-
On cüzamlıdan yalnız biri qayıdırİsa peyğəmbər. Yol, həqiqət, həyat
-
-
Sinedrionun İsa Məsihi öldürmək cəhdi baş tutmur, çünki Məsih Yerusəlimdən çıxıb Əfraim şəhərinə gedir. Bu şəhər Yerusəlimdən şimal-şərq istiqamətində yerləşir. O, şagirdləri ilə birgə burada, düşmənlərindən kənarda qalır (Yəhya 11:54). Amma eramızın 33-cü ilinin Pasxa bayramı yaxınlaşdığı üçün İsa peyğəmbər tezliklə yenə yola çıxır. O, Səməriyyədən keçib şimala tərəf, Cəliləyə gedir. Bu, Məsihin Cəliləyə ölümündən qabaq sonuncu səfəridir.
-