Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 113
  • Pasxa axşamında təvazökarlıq dərsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Pasxa axşamında təvazökarlıq dərsi
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Pasxa bayramında təvazökarlıq dərsi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Məsihin keçirəcəyi sonuncu Pasxa bayramı
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsanın sonuncu Pasxa bayramı yaxınlaşır
    İsa Məsihin həyatı və xidməti
  • «Bu... sizin üçün xatirə günü olacaq»
    Gözətçi qülləsi 2013
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 113

Fəsil 113

Pasxa axşamında təvazökarlıq dərsi

PETER və Yəhya İsanın göstərişinə əsasən, Yerusəlimə gəlib Pasxa üçün hazırlıq görür. İsa digər on həvarisi ilə bura axşama yaxın gəlir. Günəş üfüqə doğru əyiləndə İsagil Zeytun dağından enirlər. İsa ölümündən qabaq axırıncı dəfə bu dağdan şəhəri gün işığında seyr edir.

Bir azdan bu yolçular şəhərə girib Pasxa bayramını qeyd edəcəkləri evə tərəf addımlayırlar. İsagil evə çatıb, onlar üçün hazırlanmış üst mərtəbədəki böyük otağa qalxırlar. İsa bu günü səbirsizliklə gözləyirdi. O deyir: «Əzab çəkməzdən əvvəl bu pasxa yeməyini sizinlə yeməyi çox arzulayırdım».

Adətə görə, Pasxa bayramı qeyd edilərkən dörd cam şərab içilirdi. İsa, güman ki, üçüncü camı götürəndə şükür edir və deyir: «Bu camı alıb bir-birinizə ötürün. Çünki Allahın padşahlığı gəlməyincə mən bir daha üzüm meynəsinin məhsulundan içməyəcəyəm».

Bu arada İsa süfrə arxasından qalxıb əbasını soyunur, bir dəsmal götürür və ləyənə su tökür. Adətən, evə qonaq gələndə onun ayağını yumaq məsuliyyəti ev sahibinin üzərinə düşürdü. Bu bayram mərasimində ev sahibi iştirak etmədiyindən İsa bu məsuliyyəti öz üzərinə götürür. Bunu həvarilərdən hər biri edə bilərdi, amma, görünür, ürəklərində rəqabət hissi olduğundan heç biri qabağa çıxmır. İsa onların ayaqlarını yuyanda isə utanırlar.

İsa Peterə yaxınlaşanda o etiraz edir:

— Ömrümdə qoymaram ki, sən mənim ayaqlarımı yuyasan.

— Yumasam, yanımda sənə yer yoxdur.

— Ağa, onda təkcə ayaqlarımı yox, əllərimi də, başımı da yu.

— Çimmiş adam tərtəmizdir, təkcə ayaqlarını yusa bəsidir. Siz də təmizsiniz, amma hamınız yox. Bunu ona görə deyir ki, Yəhuda İskariotun onu satacağını bilirdi.

İsa, satqın Yəhuda İskariot da daxil olmaqla, 12 həvarisinin ayağını yuyur, sonra əbasını geyib yenidən süfrəyə əyləşir. O, onlardan soruşur: «Sizin üçün nə etdiyimi başa düşürsünüz? Siz mənə “Müəllim”, “Ağa” deyirsiniz və düz edirsiniz, bu, elədir ki var. Əgər mən, Ağa və Müəllim ola-ola, sizin ayaqlarınızı yudumsa, siz də bir-birinizin ayaqlarını yumalısınız. Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın. Bunu bilin, nökər ağasından artıq deyil və göndərilən də onu göndərəndən artıq deyil. Madam ki, bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız».

Bu, təvazökarlıqla xidmət etməyə dair çox gözəl dərsdir! Həvarilər birinciliyə can atmamalıdırlar; onlar elə düşünməməlidirlər ki, başqalarından üstündürlər və başqaları onlara xidmət etməlidir. Onlar İsadan nümunə götürməlidirlər. Bu nümunə ayaq yumaqdan qat-qat böyük məna daşıyır. O, üzgörənlik etmədən insanlara xidmət etmək və hansı tapşırıq olursa-olsun, onu canla-başla yerinə yetirməyi bildirir. Matta 26:20, 21; Mark 14:17, 18; Luka 22:14—18; 7:44; Yəhya 13:1—17.

▪ İsanın bu səfər Yerusəlimi seyr etməsi nə ilə əlamətdardır?

▪ Pasxa bayramında İsa say etibarilə hansı camı götürüb şükür edir və həvarilərinə ötürür?

▪ İsanın günlərində qonaq gələndə nə edirdilər? Nə üçün bu axşam İsagilə bu xidmət göstərilmir?

▪ İsa həvarilərin ayağını yumaqla nə demək istəyir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş