Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 117 s. 270—s. 271 abz. 3
  • Ağanın şam yeməyi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ağanın şam yeməyi
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Xatirə gecəsi
    İsa Məsihin həyatı və xidməti
  • Üst mərtəbədəki otaqda
    Müqəddəs Kitab hekayələri
  • Məsih xəyanətə uğrayır və həbs olunur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Ağanın şam yeməyi
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 117 s. 270—s. 271 abz. 3
İsa Məsih on bir həvarisi ilə Ağanın şam yeməyi mərasimini təsis edir

FƏSİL 117

Ağanın şam yeməyi

MƏTTA 26:21—29 MARK 14:18—25 LUKA 22:19—23 YƏHYA 13:18—30

  • YƏHUDA SATQIN ÇIXIR

  • İSA MƏSİH ANMA MƏRASİMİNİ TƏSSİS EDİR

Bir az əvvəl İsa Məsih həvarilərinin ayaqlarını yumaqla onlara təvazökarlığın vacibliyini göstərdi. İndi, görünür, Pasxa yeməyindən sonra o, Davud padşahın peyğəmbərlik sözlərini sitat gətirir: «Güvəndiyim kəs, yaxın dostum, çörək kəsdiyim adam mənə xəyanət etdi». Sonra bunu izah edir: «Sizlərdən biri məni satacaq» (Zəbur 41:9; Yəhya 13:18, 21).

Həvarilər bir-birinə baxıb ondan soruşurlar: «Ağa, bu mənəm?» Hətta Yəhuda İskəryut da bu sualı verir. Butrus Məsihin yanında oturan Yəhyaya deyir ki, bu satqının kim olduğunu ondan öyrənsin. Yəhya İsa Məsihə tərəf əyilib ondan soruşur: «Ağa, o adam kimdir?» (Mətta 26:22; Yəhya 13:25).

İsa peyğəmbər cavab verir: «Çörəyi kasanın içinə batırıb kimə versəm, odur». O, çörəyi kasaya batırıb Yəhuda İskəryuta verir və deyir: «İnsan Oğlu onun haqqında yazıldığı kimi gedir, amma vay onu satanın halına! O adam dünyaya heç gəlməsəydi, onun üçün daha yaxşı olardı» (Yəhya 13:26; Mətta 26:24). Bundan sonra Şeytan Yəhudanın ürəyinə girir. Yəhuda artıq yolunu azıb və beləcə, İblisin istəyinə xidmət edir, bununla da o, «həlaka gedən adam» olur (Yəhya 6:64, 70; 12:4; 17:12).

Məsih Yəhudaya deyir: «Nə edəcəksənsə, tez elə». Pul qutusu Yəhudada olduğu üçün digər həvarilər elə bilir ki, İsa Məsih ona: «Bayram üçün lazım olan şeyləri al», — deyir, ya da ona kasıblara bir şey paylamağı tapşırır (Yəhya 13:27—30). Yəhuda isə gedib Məsihi satır.

Pasxa yeməyi olan axşam İsa Məsih yeni bir mərasim təsis edir. O, çörəyi götürür, Allaha şükür edəndən sonra çörəyi bölür və həvarilərinə ötürür. O deyir: «Bu çörək sizin uğrunuzda fəda ediləcək bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin» (Luka 22:19). Həvarilər çörəyi bir-birinə ötürüb yeyirlər.

Sonra İsa Məsih əlinə içində şərab olan camı götürür, Allaha şükür edir və onu da ötürüb deyir: «Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir» (Luka 22:20). Həvarilərin hər biri şərabdan içir.

Beləcə, İsa Məsih ölümünün anma mərasimini təsis edir. Onun davamçıları hər il nisanın 14-ü bu günü yad etməlidirlər. Bu, onlara İsa Məsihin və Allahın imanlı insanları günahın və ölümün pəncəsindən qurtarmaq üçün nələr etdiklərini xatırladacaq. Bu mərasim yəhudilər üçün olan Pasxa bayramından da böyük məna daşıyır, bu, imanları olan insanlara əsil qurtuluşu vurğulayır.

İsa Məsih deyir ki, onun qanı bir çoxlarının günahını əfv etmək üçün axıdılacaq. Əfv olunanların sırasında onun sadiq həvariləri və digər şagirdləri var. Onlar İsa Məsihlə birgə Allahın Padşahlığında olacaqlar (Mətta 26:28, 29).

  • İsa Məsih bir yoldaşı ilə bağlı hansı ayəni sitat gətirir və bunu necə tətbiq edir?

  • İsa Məsih Yəhudaya nə etməyi buyurur, bəs həvarilər bunu necə başa düşürlər?

  • İsa Məsih hansı yeni mərasimi təsis edir və bu mərasimin məqsədi nədir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş