Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • «Hökmdarımız Allaha itaət etməliyik»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
    • Bir cütlük Müqəddəs Kitab və ona əsaslanmış nəşrlər vasitəsilə evinin qarşısında dayanmış bir kişiyə təbliğ edir.

      Həvarilər kimi, biz də «ev-ev» təbliğ edirik

      16. Həvarilər ətraflı şəhadət etməyə qəti qərarlı olduqlarını necə göstərdilər və biz onların təbliğ üsulundan necə istifadə edirik?

      16 Həvarilər vaxt itirmədən şahidlik etməyə davam etdilər. Onlar cəsarətlə «hər gün məbəddə və ev-ev Məsih İsa haqqında müjdəni durmadan bildirir»dilərd (Həv. 5:42). Bu çalışqan təbliğçilər ətraflı şahidlik etmək qətiyyətində idilər. Diqqət yetir ki, həvarilər İsa Məsihin əmr etdiyi kimi, insanlara xəbəri onların evlərində çatdırırdılar (Mət. 10:7, 11—14). Şübhəsiz, məhz bunun sayəsində, onlar təlimlərini bütün Yerusəlimə yaya bildilər. Bu gün Yehovanın Şahidləri də həvarilərin təbliğ üsulundan istifadə etməkləri ilə tanınırlar. Ərazimizdəki hər evə getməklə biz də hər kəsə xoş xəbəri eşitməyə imkan verir, beləliklə, ətraflı şəhadət etmək istədiyimizi aydın şəkildə nümayiş etdiririk. Yehova ev-ev təbliği avand edir? Bəli, edir! Sonun yaxınlaşdığı bu dövrdə milyonlarla insan Padşahlıq xəbərini qəbul edib. Onlardan çoxu xoş xəbəri ilk dəfə Yehovanın Şahidləri onların qapılarını döyəndə eşidib.

      EV-EV TƏBLİĞ

      Baxmayaraq ki, Sinedrion təbliğ işinə qadağa qoymuşdu, şagirdlər «hər gün məbəddə və ev-ev» təbliğ edib öyrətməyə davam edirdilər (Həv. 5:42). «Ev–ev» sözünü necə izah etmək olar?

      Qədim yunan dilində katikon ifadəsi hərfi mənada «hər ev» deməkdir. Bəzi tərcüməçilərin fikrincə, kata sözü şagirdlərin bir evdən başqa evə gedərək təbliğ etdiyini göstərir. Luka 8:1 ayəsində də kata sözü eyni cür işlədilir. Orada İsanın «şəhərbəşəhər, kəndbəkənd» gəzib təbliğ etdiyi deyilir.

      Həvarilərin işləri 20:20 ayəsində cəm halında olan katikus sözü işlənilir. Həvari Bulus məsihi ağsaqqallara demişdi: «Sizi insanlar qarşısında, ev-ev öyrətməkdən vaz keçmədim». Növbəti ayə göstərir ki, Bulus, bəzilərinin zənn etdiyi kimi, ağsaqqalların evlərində öyrətməkdən danışmırdı: «Həm yəhudilərə, həm yunanlara tövbə edib Allaha tərəf dönmək və Ağamız İsaya iman etmək haqqında ətraflı şəhadət verdim» (Həv. 20:21). Bulusun dindaşları artıq tövbə edib İsaya iman etmişdilər. Beləliklə, ev-ev təbliğ etmək və öyrətmək imanda olmayanlara şahidlik etməklə bağlı idi.

  • «Hökmdarımız Allaha itaət etməliyik»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
    • Qədim yunan dilində katikon ifadəsi hərfi mənada «hər ev» deməkdir. Bəzi tərcüməçilərin fikrincə, kata sözü şagirdlərin bir evdən başqa evə gedərək təbliğ etdiyini göstərir. Luka 8:1 ayəsində də kata sözü eyni cür işlədilir. Orada İsanın «şəhərbəşəhər, kəndbəkənd» gəzib təbliğ etdiyi deyilir.

      Həvarilərin işləri 20:20 ayəsində cəm halında olan katikus sözü işlənilir. Həvari Bulus məsihi ağsaqqallara demişdi: «Sizi insanlar qarşısında, ev-ev öyrətməkdən vaz keçmədim». Növbəti ayə göstərir ki, Bulus, bəzilərinin zənn etdiyi kimi, ağsaqqalların evlərində öyrətməkdən danışmırdı: «Həm yəhudilərə, həm yunanlara tövbə edib Allaha tərəf dönmək və Ağamız İsaya iman etmək haqqında ətraflı şəhadət verdim» (Həv. 20:21). Bulusun dindaşları artıq tövbə edib İsaya iman etmişdilər. Beləliklə, ev-ev təbliğ etmək və öyrətmək imanda olmayanlara şahidlik etməklə bağlı idi.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş