-
O, ürəklərimizi doydururGözətçi qülləsi 2013 | 1 iyul
-
-
Həqiqətənmi, Allah bizim qayğımıza qalır, yoxsa biz insanların halı onu qətiyyən maraqlandırmır? Müqəddəs Kitabın bu suala verdiyi cavab bizə təskinlik verir. Allah, doğrudan da, bəşər ailəsinin qayğısına qalır və bizim xoşbəxt ömür sürməyimizi istəyir. Allah-Taala hamıya, hətta naşükürlərə belə Onun bol xeyirxahlığından hər gün dadmağa imkan verir. Gəlin Allahın xidmətçisi Pavelin dediyi sözlərin üzərində düşünək. (Həvarilərin işləri 14:16, 17 ayələrini oxuyun.)
O, vahid həqiqi Allaha ibadət etməyən Listra şəhərinin sakinlərinə müraciətində demişdi: «[Allah] keçmişdə hər bir millətə öz yolu ilə getməyə izin vermişdi. Hərçənd Özü haqqında daima şəhadət verirdi: sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu». Pavelin sözləri onun dinləyiciləri üçün hansı mənanı kəsb edirdi?
-
-
O, ürəklərimizi doydururGözətçi qülləsi 2013 | 1 iyul
-
-
Yehova Allah bizə iradə azadlığı verib. Yəqin, fikir verdiniz ki, Yehova bütün bütpərəst xalqlara «öz yolu ilə getməyə» izin vermişdi. Müqəddəs Kitabı tərcümə edənlər üçün bir vəsaitdə qeyd olunur ki, bu ifadə «istədikləri kimi getmək», yaxud da «özlərinin ən düzgün hesab etdikləri kimi davranmaq» mənasını da verə bilər. Yehova heç kəsi Ona ibadət etməyə məcbur etmir. O, bizə iradə azadlığını — həyat yolumuzu seçmək qabiliyyətini bəxş edib (Qanunun təkrarı 30:19).
-