-
Yehova Allah barədə nə bilirik?Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
3. Yehova insanları sevdiyini necə göstərir?
Yehovanın ən üstün xüsusiyyəti məhəbbətdir. Əslində, Allah Özü «məhəbbətdir» (1 Yəhya 4:8). Yehova Öz məhəbbətini təkcə Müqəddəs Kitab vasitəsilə yox, yaratdığı şeylər vasitəsilə də aşkar edir. (Həvarilərin işləri 14:17 ayəsini oxuyun.) Məsələn, Onun məhəbbəti bizi necə xəlq etməsindən görünür. Biz göz oxşayan rəngləri görür, əsrarəngiz musiqidən zövq duyur, dadlı yeməklərdən ləzzət alırıq. O istəyir ki, həyat bizə zövq versin.
-
-
Həyat ənamını qiymətləndirinƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
1. Həyatı nəyə görə qiymətləndirməliyik?
Həyat bizə səmavi Atamız Yehovadan ənamdır. Buna görə də həyatı qiymətləndirməliyik. Yehova «həyat mənbəyi»dir, yəni həyatı O xəlq edib (Zəbur 36:9). «O... hamıya həyat, nəfəs — hər şey verir» (Həvarilərin işləri 17:25, 28). Bəli, Yehova bizə yaşamaq üçün hər şey verir. Üstəlik, yaşadığımız həyatdan zövq almaq üçün bizi cürbəcür şeylərlə təmin edir. (Həvarilərin işləri 14:17 ayəsini oxuyun.)
-